MULTİKULTURALİZMƏ GİRİŞ
166
Mənbələrə əsasən, Konfutsi 19 yaşında evlənmiş, ancaq ailə həyatında
xoşbəxtlik tapmamışdır. Onun xanımının adı bilinmir, ancaq onların bir qızı
və bir oğlu olmuşdur. Konfutsinin nəslinin nümayəndələri bu gün də Tayvan
ərazisində yaşayır və böyük ehtiram görürlər.
Ümumiyyətlə, Konfutsi özü ailə
ocağını və ev rahatlığını əsl mütəfəkkirə və
“alicənab ərə” layiq görmürdü. Nəticədə
o, öz təlimini reallaşdırmaq imkanı
axtarışında tez-tez yer dəyişərək səyyah
həyatı yaşamışdır.
Evlilik həyatına qədər Konfutsi o
dövrdə hər bir təhsilli adamdan tələb olunan
“Altı sənət”i, yaxud “Altı qanun”u
(“lyu-i”)
mükəmməl şəkildə mənimsəmişdi. Bu
qabiliyyətlər kompleksinə ritualların izahı,
musiqi savadı, ox atmaq və araba çəkmək
bacarığı, yazmaq və saymaq daxil idi.
Tarixçi Sima Qian bildirir ki,
Konfutsi mahnı, adət-ənənə, ritual və
musiqi öyrədirdi. Onun təxminən üç min
şagirdi vardı, onlardan yetmiş ikisi altı
sənətin hamısını tamamilə mənimsəmişdi,
onun təlimini öyrənənlərin sayı isə həddən
çox idi. Öz dərslərini söhbətlər şəklində
təşkil edən Konfutsi tələbələrindən bunun qarşılığında çox cüzi məbləğ – “üç
quru ət paketi” alırdı. Ancaq bunu verməyə gücü yetməyənlər də öyrətməkdən
imtina etmirdi. Buna görə də onun şagirdləri arasında yalnız varlı ailələrin
nümayəndələri deyil, həm də sadə insanlar olmuşdur. Bununla Konfutsi öz
ideyasını təsdiqləyirdi: “alicənab ər” adı nəsil vasitəsilə qazanılmamalıdır, bu,
insanın daxili vəziyyətinin nəticəsidir.
Konfutsi öz təlimində ibtidai inanclara - əcdadlar kultu, torpaq kultu, qədim
çinlilərin ali tanrısı və əfsanəvi atası sayılan Şan-diyə ehtirama əsaslanmışdır.
Nəticədə o, yer üzündə bütün canlıların taleyini müəyyənləşdirən ən yüksək
ilahi güc olaraq Səma ilə əlaqələndirilməyə başlanılmışdır. Bu müdriklik və güc
Dostları ilə paylaş: