157
MİLLİ DİNLƏR
vəsf edən başqa ad və epitetlərdən (məs.: “Adonay” (“Bizim Rəbb”), “Elohim”
(“Tanrı”) və s.) də istifadə olunur.
Yəhudiliyə görə, kainatın yaradıcısı və idarəçisi olan Tanrı insanı öz
surətində yaratmışdır. O, salehləri mükafatlandırır, günahkarları isə cəzalandırır.
Burada onu vurğulamaq lazımdır ki, yəhudilikdə tanrı anlayışı
vaxtilə milli
səciyyə daşımışdır. Yəni keçmişdə tanrı Yahova sırf yəhudilərə məxsus sayılırdı.
Lakin dini inancın çoxəsrli təkamülü nəticəsində yəhudiliyin tanrısı Yahova
kainatın yaradıcısına və ümumbəşəri tanrıya çevrilmişdir.
Yəhudi dininə görə, Tanrı öz istək və buyruqlarını insanlara çatdırmaq,
onları gələcək barədə xəbərdar etmək məqsədilə xüsusi seçilmiş insanları, yəni
peyğəmbərləri göndərmişdir. İudaizmdə bu çoxsaylı ilahi elçilər arasında Musa,
Davud və Süleymana daha böyük ehtiram göstərilir.
İudaizmin ardıcılları inanırlar ki, Tanrı qiyamət günü ölüləri dirildəcək
və axirətdə insanlar haqq-hesaba çəkiləcəklər. Tövratda
axirəti təsvir etmək
üçün “ölülər diyarı” mənasına gələn “Şeol” sözü, cəhənnəm anlamında isə “Ge
Hinnom” (Hinnom vadisi) ifadəsi işlədilir.
Yəhudilikdə xilaskar inancı da mövcuddur. Yəhudilər bu xilaskarı
“Məsih” adlandırırlar. Məsih barədə inanc İkinci Məbəd dövründə meydana
gəlmişdir. Xüsusən yəhudilər qədim Roma imperiyasının zülmü altında yaşayan
vaxtı Məsih inancı yəhudi cəmiyyətində geniş yayılmışdır. Belə ki, bizim eranın
I əsrində yəhudilər tezliklə xilaskarın gələcəyini gözləyirdilər. Onlar inanırdılar
ki, axır zamanda yer üzünə gələcək və Davudun peyğəmbərin soyundan olacaq
Məsih Tanrının seçilmiş xalqını, yəni İsrail övladlarını zülmdən xilas edəcək,
vəd edilən Kənan torpaqlarında yəhudi xalqının
siyasi müstəqilliyini bərpa
edəcəkdir. Nəticədə bütün xalqlar İsrailin tanrısını bütün kainatın tanrısı kimi
qəbul edəcəklər. xilaskar tərəfindən əsirlikdən qurtarılaraq Fələstin torpaqlarında
dini və siyasi azadlıq qazanması nəticəsində əvvəlki ehtişam və qüdrətlərinə
qovuşmalarına dair inanc və doktrinanı ifadə edir.
Dostları ilə paylaş: