175
MİLLİ DİNLƏR
XX əsrin 30-cu illərində Yaponiya artıq militarizmin və millətçi şovinist
ideyaların təsiri altında yaşayırdı. Xüsusilə, Birinci Dünya müharibəsi illərində
hərbi əməliyyatlar zamanı yapon əsgərlərinin cəsarəti və özlərini qurban etməyə
hazır olmaları hər kəsi heyrətə gətirirdi. Xüsusi intihar qrupları – kamekadze
dəstələri yaradılırdı.
Həmin dövrdə belə bir dini konsepsiya mövcud idi ki, baş tanrı Amateras
pilotlara Yaponiyanı qorumaq üçün xüsusi missiya tapşırmışdır. Döyüşdə ölənlər
qəhrəman adı qazanır, kami elan olunurdu. Onların adına məbədlər tikilir,
ailələri isə həmvətənləri tərəfindən hörmətlə qarşılanırdı. Ölkəsi və imperator
üçün canını verməyə hazır olan gənclərin sayı bunun üçün nəzərdə tutulmuş
təyyarələrin sayından qat-qat çox idi. Ancaq 1945-ci ilin avqust ayında Hirosima
və Naqasakiyə atılan atom bombaları, həmçinin Rusiyanın Yaponiyaya qarşı
müharibəyə başlaması vəziyyəti dəyişdi. Bu hadisələr nəticəsində 2
sentyabr
1945-ci ildə Yaponiyanın qeyd-şərtsiz təslim olması barədə akt imzalandı.
1945-ci ilin dekabrında dini qurumlara etiqad azadlığı verən sərəncam
qəbul olundu. Sintoizm milli din və ideologiya statusundan məhrum edildi.
1946-cı ilin fevralında özündə 100 min məbəddən 80 minini birləşdirən Sinto
Məbədləri Assosiasiyası yaradıldı. 1947-ci ildə isə Yaponiya yeni sekulyar
konstitusiya qəbul etdi.
Bu gün yaponların əksə-
riyyəti
praktikada az dindar
olsalar da, özlərini eyni anda
həm sintoist,
həm də buddist
sayırlar. Yaponiya ərazisinin
müxtəlif bölgələrində fərqli
ölçüyə
və ehtiram dərəcəsinə
malik 100 min məbəd vardır.
Ənənəvi olaraq, sinto məbədi
“cinca”
(yapon
dilindən
tərcümədə “müqəddəs yer,
ibadətgah” deməkdir.- Red.)
adlandırılır. Onu vizual olaraq
buddist
məbədindən fərq-
ləndirən özünəməxsus cəhət
İtsukusima məbədinin “torii” darvazaları.
Yaponiyanın Hiroşima prefekturası.
1875-ci il.
MULTİKULTURALİZMƏ GİRİŞ
176
“torii” adlanan darvazalardır. Bu darvazalar məbədin müqəddəs ərazisini ətraf
yerlərdən ayırır.
Bir çox dindar yaponların evində kiçik ev səcdəgahları – “kamidana”lar
(hərfi mənada “kami üçün rəf”) olur. Bunlar xüsusi ehtiram bəslənilən əcdadların,
yaxud ailə üçün əhəmiyyətli olan ruhların şərəfinə tikilir.
Xalq mərasimləri ruhanilər, “kannusi” adlanan kahinlər tərəfindən həyata
keçirilir. Qədim dövrlərdə hesab olunurdu ki, məbəd ayinləri zamanı kaminin
ruhu kahinin bədəninə keçir. Başqa sözlə, kannusi şaman rolunu oynayırdı.
Burada sinto ibadətinin əsas struktur nöqtələrini
vurğulamaq yerinə
düşərdi. Məbəd yolunda ilk addım yuyunma ayini – “misoqi”dən başlayır.
Bunun ardınca təmizlənmə (“harae”) ayini gəlir. Bu zaman xüsusi təmizləyici
dualar oxunur, sonra isə ucuna ağ kağız parçaları yapışdırılmış ritual çubuğu ilə
dua edənlərə xeyir-dua verilir. İştirakçılar həsirin üstündə əyləşirlər və kaminin
çağırılması, yaxud enməsi ayini keçirilir. Bu zaman çox vaxt xüsusi mahnı ifa
olunur. Kannusi pərəstişkarlarının hüzuruna “enmiş” kamiyə yemək təqdim edir
və onu tərifləyən dualar oxuyur. Ardınca inananlar fərdi olaraq tanrıya bəxşiş –
ucuna ağ kağız parçaları yapışdırılmış müqəddəs ağacın budağını təqdim edirlər.
Bu, ruha ünvanlanan istəklərin simvoludur. Növbə qurban edilmiş qidaların
götürülməsinə çatır: kannusi kaminin təqdis etdiyi qurbanı götürür. Çox vaxt
müqəddəs sake (düyüdən hazırlanan spirtli içki –red.) ilə birlikdə həmin qidalar
yeyilir. Ayin ruhun simvolik olaraq yola salınması, yaxud “qalxması” ilə başa
çatır.
Dostları ilə paylaş: