MULTİKULTURALİZMƏ GİRİŞ
170
Konfutsi şagirdlərinə belə demişdir:
“Mən bilirəm ki, quş uça, balıq üzə, vəhşi
heyvan isə qaça bilir. Qaçanı tələyə, üzəni tora salmaq, uçanı isə oxla vurmaq
olar. Əjdahaya gəldikdə isə, mən bilmirəm, necə olur ki, o, küləyi yəhərləyib,
buludları dələrək, səmaya doğru irəliləyir. Mən bu gün Lao-Tzu ilə görüşdüm,
o, əjdaha kimidir!”
.
Əfsanəyə görə, insanları sadə və tərki-dünya həyat tərzi sürməyə dəvət
edən Lao-Tzu ahıl yaşında doğma yurdunu tərk edərək qərbə tərəf getmişdir. O,
Çinin son sərhəd məntəqəsinə çatdıqda sərhəd rəisi ondan öz təlimi haqqında
danışmağı xahiş etmişdir. Sərhəd rəisinin xahişini yerinə yetirən Lao-Tzu “Dao
de tszin” adlı kitab qələmə almişdiır. Daha sonra isə dünya həyatından tamamilə
uzaqlaşaraq naməlum yerlərə getmişdir. Ona görə də Lao-Tzunun vəfat tarixi və
yeri məlum deyildir.
“Dao de tszin” kitabının müəllifi Lao-Tzu hesab olunsa da, bu dini-fəlsəfi
əsər onun yaşadığı dövrdən sonra yazılmışdır. Tədqiqatçılar bu kitabın yazılma
tarixini e.ə. III əsrə aid edirlər. Hətta bir çox araşdırmaçılar tarixdə Lao-Tzu adlı
şəxsiyyətin mövcud olmadığını bildirirlər.
Qeyd edək ki, daosizmin dini ənənəsinin inkişafında Yan Çju (e.ə. 440/414-
380/360 illər) adlı şəxs böyük rol oynamışdır. O, Yan Tzi və ya Yan Şen adı ilə
də tanınır. Onun dünyagörüşünü bu şəkildə xülasə etmək mümkündür: “Hər kəs
özü üçündür” və “Hər şeyə nifrət etmək, həyatı yüksək qiymətləndirmək”.
Daosizmin inanc prinsipləri üç kitaba əsaslanır:
“Dao de tszin”, “Çjuan
tszı” və “Le tszı”
. Daha əvvəl bəhs etdiyimiz “Dao de tszin” daosizmin ən əsas
kitabı sayılır. Bu kitab 81 kiçik fəslə bölünmüşdür və 5000 heroqlifdən ibarətdir.
Məzmun baxımından olduqca sirli mətndir. Buna görə də hər bölüm bir neçə
variantda şərh edilmişdir. Traktatda Dao apofatik (bütün
mümkün təriflərin
inkarı yolu ilə Tanrının mahiyyətinin izah olunması. Məs.: Tanrı – günahsızdır,
ölümsüzdür, sonsuzdur. – Red.) tərzdə təsvir edilmiş, ona ilahi atributlar verilmiş,
bütün varlığın başlanğıcı kimi təqdim olunmuşdur. Həmçinin fiziki dünyada
Daonun təzahürü olan De xeyir gücündən də bəhs edilmişdir.
Daosizmin ikinci əsas kitabı olan “Çjuan tszı” adını müəllifi sayılan filosof
Çjuan Tszıdan götürmüşdür. Konfutsiçiliyə qarşı polemik fikirlərin yer aldığı
bu traktatda ayinlərin mənəvi və praktiki dəyəri ideyası inkar edilir. Burada
obrazların köməyi ilə insan biliklərinin nisbiliyi, ümumiyyətlə, mövcud olan hər
şeyin nisbiliyi ideyası irəli sürülür.
171
MİLLİ DİNLƏR
“Le-tszı” adlı üçüncü kitab da öz müəllifi
Le Yuy-konun şərəfinə belə
adlandırılmışdır. Bu əsərdə daoistlərin təbiət və ətraf dünya ilə bağlı fəlsəfi
prinsipləri izah olunur. Burada həmçinin insanın şəxsi rifahının onun ictimai
mənfəətindən üstün olduğu ideyasına yer verilir.
Daosizmdə əsas kateqoriya “Dao”dur. Onun
ifadə olunduğu heroqlif
aşağıdakı mənalara gəlir: qanunauyğunluq, prinsip, yol, danışmaq və s.
Daosizmin dini-fəlsəfi sistemində Dao - hər şeyin başlanğıcı, eyni zamanda
bütün aləmin və varlıqların yaranma və var olma səbəbini izah edən kainatın
təməl qanunudur.
Daosizmin ikinci təməl kateqoriyası sayılan
De isə xeyir qüvvə,
məziyyət kimi tərcümə olunur. “Dao de tszin”in 51-ci fəslində deyilir:
“Dao
(şeyləri) yaradır, de (onları) yedizdirir, böyüdür, tərbiyə edir, təkmilləşdirir,
kamil edir, (onların) qayğısına qalır, (onlara) dəstək olur. Vücuda gətirmək və
mənimsəməmək, yaratmaq və öyünməmək, böyük olmaq və hökm verməmək –
bütün bunlar ən dərin “de” sayılır”.
Daoya ehtiram ilk baxışda daosizmin monoteist
din olduğu fikrini
formalaşdıra bilər. Ancaq daoist panteonuna müxtəlif xalq inanclarından,
həmçinin digər dini ənənələrdən (məs.: buddizm) götürülmüş çoxsaylı tanrılar
daxildir.
Daosizmə əsasən, şərti olaraq tanrılar iki qrupa bölünür:
“səmadan
öncəkilər”
– görünən dünya yaranmadan öncə mövcud olanlar və
“səmadan
sonrakılar”
– yer üzündə yaşayan və ölümsüzlük əldə edənlər. Sonunculara həm
də kiçik ilahi personajlar aid edilir. Daodan sonrakı mərtəbəni “Üç pak” adlanan
tanrılar tutur: İlk səma hökmdarı, Səmanın hörmətli mənəvi cəvahiratları, Ali
hökmdar Lao, yaxud Ən qədim ali hökmdar (Lao-Tzunun təcəssümlərindən biri
sayılır). “Səmadan sonrakılar” arasında isə ölümsüzlük və möcüzə göstərmək
qabiliyyəti əldə etmiş 8 personaja xüsusi ehtiram göstərilir.
Daoistlər dünyanın yaranmasını faciə kimi qəbul edir. Çünki dünya
Daodan ayrılma nəticəsində meydana çıxmışdır. Bu isə hər şeyin, hər məxluqun
öz mənşəyindən qopması deməkdir. Odur ki, varlıq faciəsinin qarşısını almaqdan
ötrü əsas kateqoriyaları “boşluq” və “sadəlik” olan Daoya bənzəmək lazımdır.
Bu baxımdan xaosun özü nizam-intizamdan daha üstün sayılır, çünki o, ümumi
başlanğıcdan daha az uzaqlaşmışdır.
Daoistlər Daodan ayrı düşdüyünə görə dünyanın mövcudluğu kimi, insanın
MULTİKULTURALİZMƏ GİRİŞ
172
var olmasını da faciə sayırlar. Daosizm Çin mədəni
ənənələrində məşhur olan
prinsipi insan mövcudluğunun əsas məqsədi elan etmişdir: “Ölmədən uzun müddət
yaşamaq”. Məhz ölümün öhdəsindən gəlmək, iztirab və xaosa tabe olmayan
xüsusi vəziyyətə çatmaq daoistlər tərəfindən son məqsəd olaraq elan edilmişdir.
Daoist ibadətinin klassik, ilk növbədə, ictimai normaları haqqında ümumi
təsəvvürləri Tayvanda bu günə qədər mövcud olan daoist icmalarının müasir
ibadət təcrübəsindən əldə edə bilərik. Dini mərasimlər
ikipilləli iyerarxiya
şəklində təmsil olunan ruhani sinfinin nümayəndələri tərəfindən həyata keçirilir.
Ən yüksək pillədə “Dao-şi” (hərfi mənada “yol rəhbəri, müəllim”) durur. O,
kosmik bərpa ritualı sayılan daoist ibadətini yerinə yetirmək hüququna sahibdir.
Bu ibadəti hər ayın birinci və on beşinci günü yerinə yetirirlər. İbadət qədim
Çin ədəbi dilində keçirilir. Onu yalnız ən təhsilli çinlilər anlaya bilərlər. Zəruri
hallarda Dao-şi, adətən, aşağı pillədəki ruhanilər tərəfindən həyata keçirilən
ayinləri də yerinə yetirə bilər.
Aşağı pillədə isə “Fa-şi” (hərfi mənada “qanunu öyrədənlər”) durur.
Onlar danışıq dilində aşağı ilahlara həsr olunmuş ayinləri, o cümlədən xüsusi
mərasimləri (məsələn, şeytanın qovulması kimi ayinləri) yerinə yetirirlər.
Dostları ilə paylaş: