Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə76/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   72   73   74   75   76   77   78   79   ...   175
1 Multikulturalizmə giriş 2019

4.2.3. Sintoizm
Yaponların milli dini olan Sintoizmin tarixi qədim dövrlərə gedib çıxır. 
Çoxtanrılı din olan Sintoizm bir növ arxaik şaman kultlarının varisidir. Xalqın 
ruhunun təzahürü kimi ortaya çıxan bu ənənəvi yapon dini onun mentalitetinə, 
tarixinə, mədəniyyətinə, ölkənin siyasi və ictimai həyatına təsir göstərmişdir.
Uzun əsrlər boyu yaponlar özlərinin ənənəvi inanclarını təyin etməyə 
ehtiyac duymamışlar. Bu ehtiyac xarici inanclar, ilk növbədə, buddizm, 
daosizm və konfutsiçilik kimi təlimlər Yaponiya adalarına ayaq açdıqdan sonra 
yaranmışdır. Məhz buddizmlə müxalifətdə 
“kami-no-miti”
(hərfi mənada 
“tanrıların yolu”.- Red.) termini ortaya çıxmışdır. Bu terminin Çin dilində eyni 
mənaya gələn analoqu “Şen Dao” adını almışdır ki, bu da Avropa dillərinə 
”sinto” şəklində keçmişdir. 
Adətən, dinşünaslığa aid dərsliklərdə qeyd edilir ki, bu mənəvi ənənə 
özündə ibtidai xalqlara xas olan bütün inanc və ibadət növlərini – totemizm, 
animizm, sehr, əcdadlar kultu və s. birləşdirir. Qədim yaponlar onları əhatə 


173
MİLLİ DİNLƏR 
edən təbii hadisələri, bitki və heyvanları, ölmüş əcdadlarını ilahiləşdirir, ruhlar 
aləmi ilə vasitəçi rolunu oynayan sehrbazlara, maqlara, şamanlara hörmətlə 
yanaşırdılar.
Xalq inancı yapon dilində “kami-no-miti” söz birləşməsi ilə ifadə olunur. 
Kami kultun obyekti sayılır: ümumi ibadətlərdə, o cümlədən ev ibadətlərində 
ona sitayiş edilir. Bu terminin adekvat tərcüməsini tapmaq olduqca çətindir. 
Tədqiqatçılar arasında sözün etimologiyasına dair vahid fikir mövcud deyil. 
Avropa dillərinə əsasən “tanrı” və ya “ruh” şəklində tərcümə olunur. 
Sintoizmə görə, insanlar, heyvanlar və daşlar kimi cansız obyektlər ruha 
sahibdirlər, buna görə də böyüyə bilirlər (ancaq olduqca asta). Bununla yanaşı, 
onlar həm də ilahi təbiətə malikdirlər, çünki dünya nizamını idarə edən və zərurət 
yarandıqda tarixin gedişinə müdaxilə edən Kami ilə əlaqəlidirlər.
Kultun mənşəyi və buna müvafiq olaraq da, panteona daxil olma üsulu 
baxımından bütün kamiləri dörd kateqoriyada ümumiləşdirmək mümkündür:
1. 
Xalq arasında məşhur olanlar.
Bir qayda olaraq, Kami yatmış əcdadların 
yerlərinin və ya ruhlarının qoruyucusudur (məs.: dağların kamisi, çayların 
kamisi, təbiət hadisələrinin kamisi, ölmüş əcdadların kamisi.- Red.). Çox vaxt 
onların şəxsi adları, ikonoqrafik təsvirləri, hətta daimi səcdəgahları olmur;
2. 
Mənşə baxımından xarici ilahi personajlar.
Onların şəxsi adları və fərdi 
şəkilləri var, çox vaxt şərəflərinə səcdəgahlar qurulur. Belə personajların klassik 
nümunəsini yeddi xoşbəxtlik tanrısı (“Daykoku”, “Ebisu” və s.) təşkil edir. 
3. 
Tarixi personajlar, yaxud xüsusi şeylərin qoruyucusu qismində ehtiram 
bəslənənlər. 
Onların adı mifoloji mənbələrdə qeyd edilmir, müqəddəs təsvirləri 
yoxdur, lakin çox məşhurdurlar. Bu kaminin adına ölkənin müxtəlif yerlərinə 
səpələnmiş bir çox məbəd və səcdəgahlar vardır. Bunun klassik nümunəsini elm 
və poeziyanın himayədarı Tendzin təşkil edir. O, real tarixi şəxsiyyət – IX əsr 
şairi Suqavara-no-Mitidzanenin ilahiləşdirilmiş formasıdır. 
4. 
Qədim mifoloji toplularda adları çəkilən əfsanəvi tanrılar və onların 
nəsilləri (imperator ailəsinin dünyasını dəyişmiş üzvləri).
Bu tanrılar dövlət 
səviyyəsində olduğundan onlara hər yerdə hörmət bəsləyirdilər. Vaxtilə onlara 
dövlət hesabına çoxlu məbədlər tikilmişdi. Ancaq bu tanrılar xalq arasında 
o qədər populyar deyil və tarixi kami qədər sevilmirlər. Bunlara misal kimi, 
panteonun baş tanrısı Amaterası göstərmək olar. O, hökmdar ailənin və birbaşa 
imperatorun özünün himayədarı sayılırdı. 


MULTİKULTURALİZMƏ GİRİŞ
174
Kamiyə bir neçə 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin