(“triratna”)
adlanan bu etik prinsiplərə riayət etmək lazımdır:
1. Mahaviraya inam;
2. Təlimin mahiyyətini dərk etmək;
3. Doğru davranış, saleh əməl.
Üçüncü etik prinsip Caynizmin ardıcıllarının rahiblərə və dünyəvilərə
bölünməsinə səbəb olmuşdur. Belə ki, dünyəvilər yalnız əxlaqi normalara riayət
etmək öhdəliyi daşıdıqları halda, rahiblər sərt zahid həyat tərzi sürürlər. Qeyd
etmək lazımdır ki, Caynizmdə rahiblər olduqca ağır qaydalara riayət edirlər.
Məsələn, rahiblər saç saxlamamalı, onları kökündən qoparmalıdırlar.
Bu dində canlılara zərər vermək
(“ximsa”)
olduqca böyük günah sayılır.
Günaha batmamağa görə rahiblər suda ola biləcək canlı varlıqlara zərər
verməmək üçün onu süzgəcdən keçirir, həşəratları əzməmək üçün qabaqlarını
xüsusi süpürgə ilə süpürür, canlı orqanizmləri udmamaq üçün ağızlarını parça
ilə bağlayırlar. Caynizmin mənsublarına gecə vaxtı hərəkət etmək və hər hansı
iş görmək qəti qadağandır. Çünki qaranlıqda özündən asılı olmadan canlı varlığa
zərər yetirmək mümkündür.
Caynizmin tələblərinə görə, rahib eyni yerdə uzun müddət yaşaya bilməz.
Bu dinin
“diqambara”
lar (sanskrit dilində “səma geyinən”.- Red.) adlı əsas
dini cərəyanına görə, rahiblər paltar geyinməkdən belə imtina etməlidirlər.
MULTİKULTURALİZMƏ GİRİŞ
184
Adıçəkilən çərəyanın bəzi rahibləri sansaradan xilas olmaq üçün könüllü şəkildə
ac qalaraq ölməyə üstünlük verirlər.
“Şvetambara”
lar (sanskritcə “ağ paltarlara
bürünənlər” deməkdir.- Red.) adlı Caynizmin digər qolunun tələblərinə əsasən,
rahiblər yalnız ağ paltar geyinməlidirlər.
Qatı vegetarian olan caynlar həyatlarında beş əsas əxlaqi qaydaya riayət
etməyə çalışırlar:
1.
Ahimsa
- canlılara zərər verməmək;
2.
Satya
– səmimi və düz danışan olmaq;
3.
Asteya
- oğurluq etməmək;
4.
Brahmaçarya
– zina etməmək;
5.
Apariqraha
– var-dövlət, dünya malı dalınca qaçmamaq.
Dini mətnlər
Caynizmin dini mətnlər toplusu uzun əsrlər boyu şifahi şəkildə nəsildən-
nəsilə ötürülmüş, e.ə. III əsrdə onların sistemə salınması istiqamətində təşəbbüs
göstərilmişdir. Belə ki, həmin dövrdə Pataliputre şəhərində Caynizmin ardıcılları
dini təlimlərinin sistemləşdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi
məqsədilə ilk dini məclislərini keçirmişlər. Məclisdə şifahi surətdə ötürülən
Caynizm təliminin yazıya alınması və qaydaya salınması məqsədilə addımlar
atılmış, Mahaviraya aid edilən
“Purva”
(“Erkən təlim”) adlı dini mətnlər
toplusunun məzmunu müəyyənləşdirilməyə çalışılmışdır.
Bizim eranın I-II əsrlərində Caynizmin görkəmli xadimlərindən olan
Umasvati
“Tattvarthadhiqama-sutra”
(sanskritcə “kateqoriyaların mənasını
anlamaq sutrası”. –Red.) adlı əsərdə Caynizmin dini-fəlsəfi irsini bir yerə
toplayaraq sistemləşdirmişdir. Bizim eranın V əsrində Valabhi şəhərində
şvetambaralar, yəni ağ paltara bürünən rahib-caynlar dini məclis çağıraraq
Caynizmin dini mətnlərini sonuncu dəfə nəzərdən keçirib sistemləşdirdilər. Bu
məclisdə 45-dən 50-dək dini mətn Mahavira və onun şagirdlərinin təlimlərini
ehtiva edən nüfuzlu qaynaq kimi qəbul olundu. Caynizmin digər cərəyanının
mənsubları, yəni paltar geyinməkdən imtina edən diqambaralar isə Valabhidə
keçirilmiş şvetambaraların məclisinin qərarını və dini mətnlərini tanımayaraq,
özlərinə məxsus dini kitablar tərtib etdilər.
Qeyd edək ki, şvetambaraların dini mətnlər toplusu
“aqama”
və ya
185
MİLLİ DİNLƏR
“siddhanta”
adlandırılır. Prakrit dilində yazılmış həmin külliyyat aşağıdakı dini
əsərlərdən ibarətdir:
1.”
Purv”lar.
On dörd hissədən ibarət olan “Purv”lara Mahaviranın
məktubları daxildir;
2.
“Anq”lar (“Üzvlər”).
Caynizmin ən qədim dini mətnləri hesab
olunur. On iki hissədən ibarət olan “Anq”larda Mahaviranın həyatı təsvir edilir,
Caynizmin etiqad prinsipləri və təlimin əsasları yer alır. Bu mətndə həmçinin
rahib və rahibələr üçün qaydalar göstərilir, müqəddəslər haqqında danışılır və
başqa dini inancların əsassızlığı sübuta yetirilməyə çalışılır;
3.
“Upanq”lar (“Kiçik üzvlər”).
On iki dini əsərdən ibarət olan
“Upanq”larda kainatın, o cümlədən yerin və göy cisimlərinin quruluşu, habelə
müqəddəslərin həyatları haqqında bəhs olunur;
4.
“Prakirn”lar (“Qarışıq dini kitablar”).
On hissədən ibarət olan
“Prakirn”larda müxtəlif mövzulara dair nəsihətlər yer alıb;
5. “Çxeda-sutra”lar (“Natamam sutralar”). Yeddi hissədən ibarət olan
“Çxeda-sutra”larda rahib və rahibələr üçün qaydalardan bəhs olunur;
6.
“Mula-sutra”lar (“Başlıca sutralar”).
Dörd dini əsərdən ibarət olan
“Mula-sutra”lar zahidlər üçün masaüstü kitab mahiyyətindədir;
7.
“Nandi-sutra” (“Kömək edən sutralar”)
- rahiblər üçün yazılmış
ensiklopedik dini bilikləri və şərhləri ehtiva edir;
8.
“Anuyoqa-dvara-sutra” (“Axtarışçı sutranın darvazası”)
– bu dini
mətndə biliyin mahiyyəti müzakirə olunur.
Caynizmin digər qolunun ardıcıllarının, yəni diqambaraçılararın dini
əsərlərinə gəlincə, ilk növbədə qeyd etmək lazımdır ki, onların kitabları prakrit
və sanskrit dillərində qələmə alınmışdır. Diqambaraçılar bu dörd dini kitabı
qəbul edirlər:
1.
“Pratxama - anuyoqa”
– bu dini əsərlər toplusuna “dünya tarixi” barədə
bəhs edən mətnlər daxildir;
2.
“Karana-anuyoqa”
- burada kainatın quruluşu haqda bəhs edən dini
əsərlər toplanılıb;
3.
“Dravya-anuyoqa”
– dini-fəlsəfi əsərlərdən ibarətdir;
4.
“Çarana-anuyoqa”
– etika və dini ayinlər üzrə mətnlərdən ibarətdir.
MULTİKULTURALİZMƏ GİRİŞ
186
Dostları ilə paylaş: |