[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
1.6. Azərbaycanda fiziologiya elminin inkişafı
Azərbaycanda insan və heyvan fiziologiyasının inkişafı Bakı Dövlət Universitetinin adı ilə bağlıdır.
İlk dəfə 1919-cu ildə İ.P.Pavlovun şagirdlərindən biri olan fizioloq İ.S.Sitoviçin iştirakı ilə Bakı Dövlət Universitetində fiziologiya kafedrasının əsası qoyulmuşdur. 1920-ci il oktyabrın 29-da isə tibb fakültəsinə və təbiət elmlərinə xidmət edən fiziologiya kafedrası təşkil olunmuşdur.
Kafedranın ilk müəllimi və təşkilatçısı A.D.Landaunun anası Lyubov Veniaminovna Qarkavi-Landau olmuşdur.
Təşkil olunduğu ilk vaxtlardan kafedranın elmi istiqaməti «Mərkəzi sinir sisteminin ümumi fiziologiyası» və «Ali sinir fəaliyyəti» olmuşdur. Bu problemin əsasında 1924-cü ildə A.M.Çernikov tibb elimləri doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. Bu universitetin fiziologiya kafedrasında müdafiə olunmuş ilk dissertasiya işi idi.
1926-28-ci illərdə kafedranın ilk diplomant mütəxəssisləri –
A.İ.Qureviç, Y.İ.Makarova, S.R.Ocaqverdizadə, A.İ.Qarayev, İ.İ.Hacıyev, Z.A.Muğanlinskaya; 1930-cu ildə isə M.M.Mustafayev olmuşdur. 1928-ci ildə fizioloqlar hazırlamaq məqsədi ilə BDU-nun pedaqoji fakültəsinin «Təbiət» şöbəsinin həmin məzunları fiziologiya kafedrasında assistent kimi saxlanılmışdır.
1924-cü ildən başlayaraq universitetin fiziologiya kafedrasına akademik İ.P.Pavlovun yaxın tələbəsi P.Y.Rostovtsev rəhbərlik etmişdir.
Azərbaycanda fizioloji məktəbin təşkilində və ilk fizioloqların hazırlanmasında Pavel Yuryeviç Rostovsevin (Kaufman) çox böyük xidmətləri olmuşdur. P.Y.Rostovsev 1877-ci il iyulun 6-da Moskvada anadan olmuşdur. O, 1901-ci ildə Peterburq Hərbi-Tibb Akademiyasını bitirdikdən sonra fiziologiya kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1918-ci ildə P.Y.Rostovsev Zaqafqaziya Universitetində fiziologiya kafedrasının professoru, 1921-ci ildə əvvəlcə Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinin, sonra isə ADU-nun tibb fakültəsində farmakologiya kafedrasının professoru vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.
1925-1930-cu illərdə P.Y.Rostovsev ADU-nun və 1931-ci ildən ömrünün sonuna qədər isə (1951-ci il) Azərbaycan Dövlət Tibb İnstitutunun fiziologiya kafedrasına rəhbərlik etmişdir.
1924-1925-ci illərdə gənc mütəxəssislərin hazırlanması nəinki rus, həmçinin Azərbaycan dilində də aparılmışdır. Bu məqsədlə kafedraya A.Əmirov və Q.Qəmbəroğlu dəvət olunmuşlar.
A.A.Əmirov (1989-1939) kafedrada laborant (1926), assistent (1929), dosent (1930) və professor (1936) vəzifəsində çalışmış, eyni vaxtda APİ-nin insan və heyvan fiziologiyası kafedrasına rəhbərlik etmişdir.
ADU-nun tibb fakültəsinin fiziologiya kafedrasında (1926) işə başlayan Q.Qəmbəroğlu sonralar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun fiziologiya kafedrasına (1934-cü ildən) rəhbərlik etmişdir.
BDU-nun fəaliyyətinin ilk dövrlərində (1919-1930) insan və heyvan fiziologiyası kafedrasında mərkəzi sinir sisteminin ümumi fiziologiyası və ali sinir fəaliyyəti istiqamətlərilə yanaşı vegetativ funksiyaların və maddələr mübadiləsinin fiziologiyası sahəsində də geniş tədqiqatlar aparılmışdır.
24 25
P.Y.Rostovsevin rəhbərliyi altında fiziologiya kafedrasının dissertantı David Natanoviç Belenki və Lyubov Veniaminovna Qarkavi-Landau limon turşusunun Na duzunda qanın konservləşdirilməsinin fizioloji-farmakoloji əsaslarını işləyib hazırlamış və 1927-1928-ci illərdə konservləşdirilmiş qanı ilk dəfə Bakıda, eləcə də keçmiş SSRİ-də 7 xəstəyə köçürmüşlər.
A zərbaycanda insan və heyvan fiziologiyasının inkişafında akademik Abdulla İsmayıl oğlu Qarayevin (1910-1968) adı xüsusi yer tutur. Akademik, əməkdar elm xadimi Abdulla İsmayıl oğlu Qarayev Azərbaycanda «Eksperimental fiziologiya» məktəbinin yaradıcısı, «Nəzəri və təcrübi fiziologiya»nın banisidir. A.İ.Qarayev 1910-cu ildə Bakıda anadan olmuşdur. 1930-cu ildə ADU-nin
təbiət fakültəsini, 1936-cı ildə isə ATİ-nun müalicə-profilaktika