İnsulinin qaraciyərdə qlükoza mübadiləsinə təsiri. Qaraciyər qlükozanı ehtiyat şəkildə saxlayan orqanizmin orqanlarından biridir. Qlükoza qaraciyər hüceyrələrinə sərbəst diffuziya edə bilər və qanda onun səviyyəsi azaldıqda ordan sərbəst çıxıb qana daxil ola bilər. Qaraciyər hüceyrələrində insulinin təsiri ilə qlükoza qlükogenə çevrilir və onun qandakı miqdarı azalır. İnsulinin əsas biokimyəvi effektliyindən biri qaraciyər hüceyrələrinə daxil olan qlükozanın fosforlaşmasını katalizə edən qlükakinazanın aktivləşdirməsidir. İnsulin digər fermentləri də aktivləşdirir, o cümlədən, fosfofruktokinazanı və qlikogensintetazanı aktivləşdirir, hansı ki, onlar fosforlaşmış qlükozanın qlükogen əmələ gəlməsi ilə polimerləşməsini təmin edir. Bunun köməyi ilə insulinin yüksək səviyyəsi qlükogenin qaraciyərdə qatılığını təmin edir (şəkil 7.16).
Şəkil 7.16.Qanda insulinin qatılığının qlükozadan asılılığı.
314 Qida qəbulundan sonra qlükogenin tez sintezi və qlükogenolizin zəifləməsi hesabına qanda artan qlükozanın qatılığı tez normal səviyyəyə qayıdır və insulinin də miqdarı normallaşır. Orqanizmə enerji lazım olanda qlükogen yenə də qlükozaya çevrilir. İnsulinin qanda qatılığı bu dövrdə çox azalır. Ona görə fosforelaza fəal vəziyyətdə olur və qlükogeni qlükozafosfata çevirir, hansı ki, qlükozafosfataza ilə defosforlaşır. Bu vaxt yaranan qlükoza hüceyrədən diffuziya yolu ilə sərbəst xaric ola bilər. Bu şəkildə qanda qida qəbulundan digər qida qəbuluna qədər keçən vaxt müddətində qlükozanın daimi səviyyəsi sabit saxlanılır. Normal qidalanmada qida ilə qəbul olunan qlükozanın 60%-i müvəqqəti qaraciyərdə saxlanılır, sonra qanda şəkərin miqdarı qlükogenin parçalanması ilə tez azad olub qana daxil olur.
İnsulinin əzələ hüceyrələrində qlükoza mübadiləsinə təsiri. İnsulinin qanda aşağı miqdarı zamanı əzələ hüceyrələri qlükoza üçün keçirici deyil və bütün lazım olan enerjini yağ turşularının oksidləşməsindən alırlar.
Qanda qlükozanın səviyyəsinin qalxması ilə insulinin qatılığının artması (qida qəbulundan sonra) əzələ hüceyrələrini qlükoza üçün keçirici edir. Sonra əzələ hüceyrəsində bu qlükozadan enerji mənbəyi kimi istifadə olunur. Lakin yüksək əzələ aktivliyi zamanı hüceyrə membranı insulinin iştirakı olmadan da qlükoza üçün keçirici olurlar. Bu halda işləyən əzələnin energetik substrat kimi qlükozaya olan təlabatı insulinin, hətta bazal səviyyəsində belə (ən az) təmin olunur. Bu mexanizm incəliyinə qədər hələlik öyrənilməyib. Belə ki, qida qəbulundan dərhal sonra, əzələlər fəal vəziyyətdə olmadığı halda yəni insulin və qlükozanın yüksək qatılığında belə onlarda da qlükogenin bir hissəsi saxlanılır. Yüksək tələbat zamanı bu qlükogen yenidən qlükozaya çevrilir və əzələ hüceyrələri tərəfindən istifadə olunur. Bir qayda olaraq qlükoza qana lazım olanda əksinə olaraq buraxılmır və qida qəbulundan sonra qanda şəkərin səviyyəsinin tənzimlənməsində rol oynayır. İnsulin əzələ hüceyrələrinin