Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qlükozanın səviyyəsinin tənzimlənməsi



Yüklə 31,99 Mb.
səhifə169/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Qlükozanın səviyyəsinin tənzimlənməsi. Qanda şəkərin miqdarının artması beta hüceyrəsi tərəfindən insulinin sekresiyası üçün güclü stimuldur. Qlükozanın normal qatılığında insulinin sekresiyası bazal sürətə malik olur, ancaq qlükozanın qatılığının 0,9q/l-dən aşağı olması vaxtı qanda insulin tapılmır. Ağızdan 100 q qlükoza qəbul edildikdən sonra onun qandakı qatılığı dərhal artır ki, bu insulinin xaric olmasına səbəb olur. Bu cür asılılıq şəkil 7.17də verilib. İnsulinin çatışmazlığı vaxtı qanda şəkərin qatılığının azalması ləngiyir (şəkil 7.18, 7.19).
319

Şəkil 7.17. Qanda qlükaqonun miqdarının qanda şəkərin qatılığından asılılığı. Normal şəraitdə və hiperqlikemiyada qanda qlükaqonun qatılığı aşağı səviyyədə olur, ancaq hipoqlikemiyada artır.

Şəkil 7.18. Qlükozaya tolerantlıq nümunəsi.
320

Şəkil 7.19. Qanda insulinin çatışmazlığı və şəkərin əyrisi arasında münasibət.
Normada qanda qlükozanın qatılığı təxminən 100 mq/100 ml plazmadır, insulinin miqdarı isə bu şəraitdə bazal səviyyədədir. 100q qlükoza saxlayan məhlulu qəbul etdikdən sonra cavab olaraq qanda qlükozanın miqdarı artır.
Qlükozaya olan tolerantlıq nümunəsi beta-hüceyrələrin qanda şəkərin miqdarını nizamlamağa qadir olmasını başa düşməyə imkan verir. Bir qədər əvvəllər göstərilirdi ki, amin turşuları və sərbəst yağ turşuları da insulinin sekreksiyasını stimulə edir, baxmayaraq ki, qlükozaya nisbətən az effektlidir. Qeyd edək ki, bu hüceyrələr təkcə bu komponentlərlə deyil, mədə-bağırsaq traktının müəyyən peptid hormonları, həmçinin parasimpatik sinir sistemi ilə də aktivləşə bilər. Bu effektlərə əks insulinin sekresiyasını b andrenergik reseptorların iştirakı ilə simpatik sinir sisteminin aktivləşməsi ilə zəiflədə bilənlər aiddir. Sakit vəziyyətdə parasimpatik sinir sistemi qidanın həzminə şərait yaradır. Stres zamanı enerji lazım olduğu üçün qlükoza qlükogenə çevrilmir.
Bu halda o fakt əhəmiyyətlidir ki, katexolaminlər insulinin sekresiyasını dayandırır, bu da qlükozanın enerji mənbəyi kimi istifadə olunmasına səbəb olur. Qlükaqonun sekresiyası hipoqlükemiya zamanı artır, belə ki, qlükogen qlukoza mənbəyidir və onun parçalanması hipoqlükemiyaya əks təsir edir.
Samatostatinin sekresiyası qanda qlükoza, amin və yağ turşularının yüksək qatılığında artır. Bu şəkildə samotostatin insulinin

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin