Hipofiz – və ya aşağı beyin artımı, beyin əsasında türk yəhər adlanan payşəkilli sümüyünün üzərindəki çuxurda yerləşir və bu onu zədələnmədən qoruyur. Çəkisi 0,5-0,7 qr olub orqanizmdə daha əhəmiyyətli funksiyalar yerinə yetirən daxili sekresiya vəzilərindən biridir. Hipofiz hormonları nəinki orqanizmin müxtəlif fizioloji sistemlərinə, eləcə də digər endokrin vəzilərin fəaliyyətinə təsir göstərirlər. Hipofiz çox mürəkkəb bir vəz olub, həm struktur, həm də funksional baxımdan bir-birindən fərqlənən arxa, aralıq və ön paylardan ibarətdir (şəkil 7.20). Arxa pay neyrohipofiz hipotalamusda yerləşən neyronların akson uclarından təşkil olunub. Ön pay adenohipofiz – hormon sekresiya edən hüceyrələrdən təşkil olunub. Ön və arxa payları ayıran nazik hüceyrələr qatı aralıq payı əmələ gətirir. Bu pay hipotalamusdan gələn sinirlərlə innervasiya olunur. Aralıq pay aşağı sinif onurğalılarda məməlilərə nisbətən daha çox əhəmiyyət daşıyır.
Şəkil 7.20. Hipotalamus və qapı damarına münasibətdə hipofizin ön,
324 aralıq və arxa paylarının yerləşməsi: SN-supraoptik nüvə; PN-paraventrikulyar nüvə; RH və SH-rilizinq və ingibirləşdirici hormon.
7.13. Hipofizin arxa payının endokrin funksiyaları
Arxa payın hormonları. Hipotalamusda supraoptik və paraventrikulyar nüvələrin neyronlarının aksonları hipofizin ayaqcığından türk yəhərinə keçib burada hipofizin arxa payını əmələ gətirir. Bu aksonların genişlənmiş terminallarında 2 hormon saxlanılır-oksitosin, antidiuritik hormon (ADH) və ya vazoprossin (şəkil 7.20). Aralıq pay yalnız 1-2 qat hüceyrələrdən təşkil olunub və yəqin ki, insanda heç bir funksiya görmür. Ön pay epitelial quruluşa malikdir. Onun hüceyrələrinin aktivliyi rilizinq və ingibirləşdirici neyrohormonlar tərəfindən tənzimlənir ki, bunlar da hipotalamus hüceyrələri tərəfindən sekresiya olunurlar. Bu neyrohormonları sintez edən hipotalamik neyronlar limbik sistem və orta beyin və həmçinin hipotalamusun özünün neyronları tərəfindən innervasiya olunur. Bu yolla hipotalamusun hüceyrələri xarici və daxili təsirlər haqqında informasiya alırlar.
Hipofizin arxa payından ADH və oksitosin ümumi qan dövranına buraxılır. Hər 2 hormonun molekulları 9 amin turşu qalığından təşkil olunub ki, bunlardan da ikisi sisteindir. Axırıncılar bir-biri ilə disulfid körpücüyü ilə birləşib həlqə əmələ gətirir.
Fizioloji şəraitdə ADH-un hədəf orqanı rolunda böyrəklər çıxış edir. Bu hormonun (təsiri) osmorequlyasiya təsiri ilk dəfə Verneyin pioner təcrübəsində müəyyənləşib. O, yuxu arteriyasına (pişiklərin) NaCl (məhlulunun) hiper və ya hipotonik məhlulunu yeridir və supraoptik nüvədə təsir potensialını yazdı. Hipertonik məhlul supraoptik nüvələrin aktivliyini artırır, hipotonik isə azaldır.
Çoxlu miqdar ADH-in yeridilməsi qan təzyiqini artırır. Qanitirmə zamanı və ya şokda arterial təzyiqin azalması ADH-nin sekresiyasını artırır və nəticədə arterial təzyiqin artmasına gətirir. Bununla yanaşı böyrəyin qapı sistemində ADH qan təzyiqinin azalmasına səbəb olur.
ADH-nun sekresiyasının pozulması zamanı şəkərsiz diabet
325 adlanan xəstəlik yaranır. Bu xəstəlik zamanı çoxlu miqdar sidik yaranır və şirin olmur. Haçansa həkimlər dəqiq diaqnoz qoymaq üçün sidiyin şirinliyini dadırdılar, əgər şirin idisə şəkərli, şirin deyildisə şəkərsiz diabet diaqnozu qoyurdular. O vaxtlar bu xəstəliyin səbəbinin ADH-nun defisitindən asılı olduğunu bilmirdilər.
Müasir dövürdə ADH-nu sintetik yolla alırlar, ona görə bu xəstəliyin müalicəsi ciddi problem deyil.