Oksitosin. Oksitasinin hədəf orqanı uşaqlığın əzələ qatı – miometriya və süd vəzilərinin mioepiteli hüceyrələri hesab olunur.
Süd ifrazı refleksi. Fizioloji şəraitdə süd vəziləri doğuşdan 24 saat sonra süd buraxmağa başlayırlar və bundan sonra körpə əmə bilər. Əmmə aktı məmələr üçün güclü oyandırıcı hesab olunur. Sinir yolu ilə stimul hipotalomik neyronlara ötürülür, hansı ki, bunlar oksitosin sintez edir. Oksitosin mioepitelial hüceyrələrin yığılmasını təmin edir. Mioepitelial hüceyrələr vəzin alveolları ətrafında düzülür və onların yığılması zamanı süd çıxarılır (şəkil 7.21).
Şəkil 7.21.Süd ifrazı refleksinin sxemi.
326 Miometriya təsir. Uşaqlıq yolunun və uşaqlığın boynunun mexaniki qıcıqlanması zamanı sinir impulsları meydana çıxır ki, bunlar hipotalamusa çatır və oksitosinin ifrazına səbəb olur (Ferqyuson refleksi). Hamiləliyin axırına yaxın estrogenlərin təsiri ilə miometriyanın oksitosinə qarşı həssaslığı artır. Təxminən hamiləliyin 280-cı günü oksitosinin sekresiyası artır ki, bu dölün uşaqlığın boynuna və uşaqlıq yoluna itələnməsinə səbəb olan miometriyanın zəif yığılmasına səbəb olur.
Hamilə olmayan qadınlarda Ferqyuson refleksi çox böyük əhəmiyyətə malik deyil. Lakin buna baxmayaraq, (oksitosin) cinsi əlaqə zamanı buraxılan oksitosin uşaqlığın zəif yığılmasına səbəb ola bilər ki, bu da spermanın hərəkətini asanlaşdıra bilər. Kişilərdə oksitosinlərin rolu haqqında hələlik heç nə məlum deyil. Güman ki, o eyakulyasiya zamanı xayalığı qaldıran əzələlərin peristaltikasını artırır.
Hipofizin arxa payında iki hormon aşkar olunmuşdur: oksitosin və vazopressin və yaxud antidiuretik hormon – ADH. Oksitosin və vazopressin doqquz amin turşularından ibarət qısa peptidlərdirlər. Onlardan yeddisi hər iki hormonlarda eynidirlər. Hər iki hormon hipotalamusun suproptik və paraventikulyar nüvələrinin neyrosekretorlu hüceyrələrində əmələ gələrək, daha sonra bu hüceyrələrin aksonları vasitəsilə hipofizin arxa payına keçirlər. Onlar burada toplanaraq daha sonra qana daxil olurlar.
Oksitosin fəaliyyəti uşaqlığın divarlarının saya əzələlərinin və sidik kisəsi ilə bağırsağın əzələlərinin cüzi şəkildə yığılmasında təsir edir. O laktasiya prosesinin tənzimlənməsində iştirak edərək, süd vəzilərinin saya əzələləri ilə mioepitelial hüceyrələrin yığılmasına şərait yaradaraq, südün ifraz olunmasına səbəb olur.
ADH-nin tərkibi osmotik təzyiq vasitəsilə tənzimlənir. Osmotik təzyiqin azalması hormonun ifraz olunmasının ləngiməsinə səbəb olur. Osmotik təzyiq reseptorları supraoptik nüvənin hüceyrələrində yerləşir. ADH suyun böyrək kanallarına və ilk növbədə Henle ilməsinə, distal kanala və yığıcı hüceyrə bilavasitə təsir etməsi sayəsində suyun böyrək kanallarında
327 sorulması proseslərini gücləndirir.
Məməlilərdə yeganə amin turşusu ilə bir-birindən fərqlənən iki ADH forması aşkar olunmuşdur. Lizin-vazopressin donuz ilə begemotda, arginin – vazopressin isə digər məməli heyvanlarda aşkar edilmişdir. İtin arginin-vazopressini donuzun lizin-vazopressindən 6 dəfə daha güclü effektə malikdir.