[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Qadın cinsityyət vəziləri. Qadınlarda 1-ci cinsi əlamətlərə yumurtalıqlar, fallop boruları, uşaqlıq yolu, uşaqlıq aiddir. Qadın cinsiyyət vəzilərində yumurtalıqlarda estrogenlər, progesteron və androgenlər kimi hormonlar əmələ gəlir. Daha geniş yayılmış estrogenlər estradiol və estrondur. Estrogenlər yumurtalıq follikullarını daşıyan hüceyrələr vasitəsilə ifraz olunaraq, ovulyasiyadan əvvəlki dövrdə külli miqdarda hasil olunur. Bu uşaqlıq divarının mayalanmış yumurtanın implantasiyasına hazırlanması üçün zəruridir. Estrogenlər zülallar ilə əlaqədar şəkildə orqanizm boyu qan vasitəsilə nəql olunur. Estrogenlərin təsiri altında əlavə və ikincidərəcəli qadın cinsiyyət əlamətlərinin inkişafı və formalaşması baş verir. Estrogenlər qadının bədən quruluşunun xüsusiyyətlərini təmin edərək, sümüyün inkişafına təsir göstərir: uzun boruşəkilli sümüklərin artımı dayandırılaraq, epifizar qığırdaqların sümükləşməsi prosesi fəallaşır.
Progesteron dağılmış follikulun yerində formalaşan sarı cisimdə əmələ gəlir: bundan başqa o, plasenta və böyrəküstü vəz qabıq maddəsində ifraz olunur. Progesteron qadın cinsiyyət
340 əlamətlərinin formalaşmasına cüzi şəkildə təsir göstərsə də, endometriyanın inkişafının tənzimlənməsində və onun mayalanmış yumurtanın implantasiyasına hazırlanmasında vacib rol oynayır. Progesteron estrogenlər ilə birlikdə yumurtanın implantasiyası və embrionun sonrakı inkişafı üçün uşaqlığın sonuncu hazırlıq prosesini həyata keçirdiyindən qadın cinsinə hamiləliyi qoruyub saxlamaq üçün lazımdır.
Progesteron süd vəzilərinin inkişaf prosesinin fəallaşmasında estrogenlərin effektini tamamlayır. Progesteronun effekti daha tam şəkildə yalnız yumurta hüceyrələri ilə mayalanma hallarında təzahür edir. Progesteronun uzunmüddətli ifrazı plasentanın əmələ gəlməsinə, süd vəziləri sekretor epitel yollarının inkişafına, tsiklik proseslərin yumurtalıqda və digər cinsiyyət orqanlarında başa çatmasına səbəb olur.
Yumurtalıq hormonlarının əmələ gəlməsi hipofizin ön payının qonadotrop hormonlarının tənzimləyici təsiri altında olur – FSH, LH və LTH. Yumurtalıq ilə hipofiz hormonların sıx qarşılıqlı əlaqəsi məməli heyvanlarda menstrual (aybaşı) və estral tsiklərinin endokrinli tənzimlənməsinin əsasını təşkil edir.
Estrogenlərin təsiri altında SPSH-nin hasilatı tormozlanaraq, LH və LTH-nin əmələ gəlməsi fəallaşır. Əksinə, progesteron LHnin prosesini ləngidərək, FSH ifrazın stimullaşdırır, lakin progesteronun LH-nin əmələ gəlməsinə təsiri qatılıqdan asılıdır: cüzi qatılıq zamanı progesteron estrogenlər ilə birlikdə LH-nin ifrazını stimulə edir.
Orqanizmdə hipofizin müxtəlif cür zədələnməsi və yaxud yumurtalıqlarda çatışmamazlıq nəticəsində qadın cinsiyyət hormonlarının cüzi miqdarı zamanı yumurtalıqların, uşaqlığın və ikinci dərəcəli cinsiyyət əlamətlərinin qeyri-kafi inkişafı ilə xarakterizə olunan qadın hipogenitalizmi inkişaf edir.
Qadınlarda cinsi fəaliyyət dövrü 27-28 gün davam edir və 4 mərhələdə gedir:
Ovulyasiya önü (praeoestrus) – hamiləliyə uşaqlıq tərəfindən rüşeymi – embrionu qəbul etməyə hazırlıq estrogen ifrazı ilə başlayır.
341 Ovulyasiya mərhələsi – yetişmiş birinci follikul yumurtalığın üzərinə düşüb partlayır və daxilindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna tökülür, yəni ovulyasiya baş verir. Yumurta hüceyrə uşaqlıq borusuna keçir, orda spermatazoidlə görüşüb mayalanır, rüşeym uşaqlığa düşür, onun divarına implantasiya olunur.
Ovulyasiyadan sonrakı mərhələ – mayalanma olmadıqda aybaşı (menstruasiya) əmələ gəlir. Mayalanmamış yumurta hüceyrəsi uşaqlığı tərk edir.
Nisbi sakitlik mərhələsi – uşaqlıq daha təqəllüs etmir. Sarı cisim yox olur. Progesteron ifrazı artır. Heyvanlarda bu mərhələlər olmur. Onlarda cinsi fəaliyyət dövrü fəsli xarakter daşıyır. Uşaqlıq yolundan selik ifraz olunan dövrdə dişi heyvanlar erkəkləri cinsi əlaqəyə buraxırlar.