Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


sekresiyasını tormozlayır. Qanda şəkərin miqdarının hormonal tənzimlənməsi



Yüklə 31,99 Mb.
səhifə170/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

321
sekresiyasını tormozlayır.
Qanda şəkərin miqdarının hormonal tənzimlənməsi. Mədəaltı vəzi toxumasının insulin və qlükaqon kimi hormonları qanda qlükozanın miqdarının tənzimlənməsinin antaqonist sistemini əmələ gətirirlər. Qanın plazmasında qlükozanın qatılığı sağlam insanda 80-120 mq% həddində tərəddüd edir.
Karbohidratlar ilə zəngin qida qəbulu qanda şəkərin qatılığının çoxalması ilə nəticələnir. Qlükozanın bir hissəsi qana daxil olaraq, orada ehtiyat qlikogeninə çevrilir. Şəkərin miqdarının qanda normadan yüksək olması Langerhans adacıqlarının β hüceyrələri tərəfindən insulinin ifraz olunması siqnalı kimi qəbul edilir. İnsulinin əsas fəaliyyəti toxumalar tərəfindən qlükozanın mənimsənilməsi dərəcəsinin kəskin şəkildə çoxalmasından ibarət olduğundan, qlükozanın qandan skelet əzələlərinin hüceyrəsinə və digər fəaliyyətdə olan toxumalara keçidi zamanı şəkərin qanda konsentrasiyası azalaraq, bununla qan plazmasında qlükozanın normal miqdarı bərpa olunur. Qlükozanın qanda miqdarının azalması qlükaqon hasil edən adacıq toxumalarının α-hüceyrələrinin fəallaşması ilə nəticələnir. Qlükaqonun fəaliyyəti qlikogenin qlükozaya çevrilməsi prosesinin sürətlənməsindən, yəni qanda şəkərin miqdarının kopensatorlu artımından ibarətdir. Qanda şəkərin miqdarının artması qlükaqonun ifrazını ləngidir.
Beləliklə, mədəaltı vəzinin adacıq toxuması qanda şəkərin miqdarının həm çoxalmasına, həm də azalmasına cavab verən antaqonist nöqteyi-nəzərindən fəaliyyət göstərən hormonları sayəsində qanda şəkərin miqdarının effektiv tənzimləyicisi olur.
Patofizioloji aspektləri. İlk dəfə alman alimləri Merinq və Minkovski 1889-cu ildə mədəaltı vəzinin xarici sekresiya fəaliyyətinin həzm prosesində rolunu öyrənmək məqsədilə vəzini itin bədənindən çıxaran zaman diabet xəstəliyinin əlamətlərini müşahidə etmişlər. Belə ki, qanda qlükozanın miqdarı artır, sidiklə şəkər ifraz olunmağa başlayır. Mədəaltı vəzini yenidən bədənə transplantasiya etdikdə diabetin əlamətləri yox olmuş, qanda qlükozanın səviyyəsi yenidən normallaşmışdır.
Şəkərli diabet xəstəliyinin əsas əlaməti qanda şəkərin miq-
322
darının normadan (80-120 mq% və ya 4,44-6,66 mmol/l-dən çox olmasıdır). Çox olmasına hiperqlikemiya, az olmasına hipoqlikemiya deyilir. Diabet zamanı orqanizmdən xaric olan sidiyin miqdarı xeyli artır (poliuriya). Belə xəstələr çoxlu su qəbul edirlər (polidipsiya). Mədəaltı vəzin hormonunu almaq o qədər də asan olmamışdır. Belə ki, ilk dəfə 1923-cü ildə rus alimi L.V.Sobolyevin təklif etdiyi üsul ilə (mədəaltı vəzin onikibarmaq bağırsağa açılan axacaqlarını bağlamağı təklif etmişdir) Langerhans adacıqlarından insulin preparatını aldılar.
Orqanizmdə insulin çatışmazlığı qanda qlükozanın miqdarının kəskin şəkildə çoxalması ilə nəticələnərək, şəkərli diabet xəstəliyinin inkişaf etməsinə şərait yaradır. Diabet xəstəliyinə yoluxan xəstələrdə qanda külli miqdarda şəkərin olmasına baxmayaraq orqanizmin toxumaları onu mənimsəməyərək, əsas enerji mənbəyi olan qlükozaya qarşı daima çatışmamazlıq hiss edirlər. Bu orqanizmin digər enerji mənbəyi olan yağlar ilə zülallardan istifadə olunması ilə nəticələnir. Yüksək yağ mübadiləsi Krebs tsiklinin biokimyəvi reaksiyaları nəticəsində müəyyən pozğunluq ilə nəticələnir; yağlar mübadiləsinin qeyriturşulu məhsulları – aseton tərkibli ketonlu cisimlər meydana çıxır.
Heyvanların insulin çatışmazlığına qarşı həssaslığı da müxtəlifdir. Məməli heyvanlar arasında yüksək həssaslıq itlər, pişiklər və siçovullar üçün xarakterikdir; ot ilə qidalanan heyvanlar insulin çatışmazlığına qarşı o qədər də həssas deyildirlər. Toxumaların insulinə qarşı cüzi həssaslığı reptililər ilə quşlarda müşahidə olunur.
Əgər insulin çox az hazırlanırsa və ya o, hədəf hüceyrəyə təsir etmirsə, onda şəkərin miqdarı artır və şəkərli diabet yaranır. Bu cür adlandırma ona görədir ki, sidik şirin olur, çünki qandakı artıq şəkər sidiklə xaric olur. İnsulin böyük defisitdə bütün istifadə olunmamış qlükoza sidiklə xaric ola bilmir. Bundan başqa insulin çatışmamazlığı lipolizin stimulyasiyasına gətirir ki, nəticədə keton cisimləri yaranır. Əgər xəstəlik daha da artarsa, xəstədə diabetik koma ola bilər. Əgər ki, həddən çox insulin sintez olunursa
323
(məsələn, adacıqların işi zamanı) və ya həkimin göstərişi ilə insulinin böyük dozası yeridilirsə, qlükozanın qandakı səviyyəsi düşür və hipoqlikemik şok yaranır. Hər iki hal ölümlə nəticələnə bilər, əgər vaxtında qlükoza və ya insulin verilsə, ölümün qarşısı alınar (uyğun olaraq birində hipoqlikemik, digərində diabetik şokda ola bilər).

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin