3.1. Hüceyrə mübadilənin fizioloji prosesinin vahidi kimi Plazmatik membran (plazmalemma). Heyvan hüceyrələri plazmatik membranla əhatə olunmuşdur (şəkil 3.2). Əksər hüceyrədaxili membranlarla çox oxşar olan plazmatik membran quruluşu üzərində bir qədər ətraflı dayanaq. Membranın əsas matriksi lipidlərdən, əsas etibarilə fosfotidilxolindən təşkil olunmuşdur. Bu lipidlər hidrofil qruplu başcıqdan və ona birləşən uzun hidrofob karbohidrat zəncirli quyruqcuqdan ibarətdir. Suda bu cür lipidlər spontan olaraq 4-5 nm qalınlıqda ikiqat təbəqə yaradırlar ki, burada da hidrofil qruplar sulu mühitə tərəf istiqamətlənir. Hidrofob karbohidrat zəncirləri isə iki cərgədə düzülərək susuz lipid faza yaradırlar. Hüceyrə membranları məhz bu tipli ikiqat lipiddən ibarət olub, özlərində qlikolipidləri, xolesterolu və fosfolipidləri saxlayır (şəkil 3.3).
Qlikolipidlərin hidrofil hissəsi oliqosaxaridlərdən təşkil olun-
37 muşdur. Qlikolipidlər plazma membranının xarici səthində yerləşirlər və molekulun oliqosaxarid hissəsi ətraf mühitə çıxmış tükcük şəklində istiqamətlənir. Fosfolipidlər arasına səpələnmiş xolesterol molekulları isə onlarla birlikdə membranı sabitləşdirir. Müxtəlif lipidlərin membranın xarici və daxili qatlarında yayılması eyni deyildir və hətta bir qatda elə sahələr vardır ki, onlarda xüsusi lipid növləri olur. Bu cür qeyri-bərabər yerləşmə güman
Şəkil 3.2. Hüceyrənin ən əsas orqanoidlərinin təsvir olunduğu
38 sxematik şəkli: 1-qlikogenin qranulaları, 2-plazmatik membran, 3lipid damcıları, 4-fəal mikroflamentlər, 5-aqranulyar endoplazmatik retikul, 6-mikroborucuq, 7-peroksisom, 8-Holçi aparatı, 9-qranulyar endoplazmatik retikul, 10-nüvə, 11-xromatin, 12-mitoxondri, 13-sentriol, 14-sərbəst ribosomlar, 15-lizosomlar, 16vezikula, 17-desmosomlar, 18-kiprikcik.
Şəkil 3.3. Plazmatik membranın sxematik təsviri. Zülallar ikiqat düzülmüş fosfolipid molekullarına batmış, onlardan bəziləri bisloy qatına daxil olduğu halda, digərləri ancaq ya xarici, ya da daxili qatda hələ məskən salır: 1-xolesterol, 2-qlikolipidlər, 3-membranın xarici qatında olan zülallar, 4-fosfolipid, 5-qlobulyar zülal, 6molekulanın hidrofob hissəsi, 7-molekulanın hidrofil hissəsi, 8membranın α-spiral hissəsi, 9-membranın daxili qatında olan zülallar.
olunur ki, hələlik məlum olmayan hər hansı funksional əhəmiyyət daşıyır. Membranın lipid matriksinə daxil olan əsas funksional elementlər zülallardır. Zülallar müxtəlif membranlarda kütləcə 25 %-dən 75%-ə qədəri təşkil edir. Lakin zülal molekulları lipid molekullarına nisbətən çox böyükdür, belə ki, 1 zülal molekulu 50 lipid molekuluna uyğun gəlir (kütləcə 50 %-də ekvivalent münasibət). Bir qisim zülallar membranın
39 xaricindən daxili qatına keçir, digərləri isə yalnız hər hansı bir qatda yerləşir. Zülal molekulları adətən elə düzülür ki, onların hidrofob qrupları lipid membrana batır, polyar, hidrofil qrupları isə membranın xarici səthində sulu faza tərəfə düzülür. Membranın xarici səthinin bir çox zülalları qlükoproteidlərdir. Onların hidrofil şəkər qrupları hüceyrədən xarici mühitə tərəf səmtlənir.
Hüceyrə həcminin təqribən yarısı sitoplazmadan membranla ayrılmış orqanoidlərdan ibarətdir. Hüceyrə orqanoidlərı membranlarının ümumi səthi plazma membranının səthindən 10 dəfə çoxdur. Daha geniş yayılmış membran sistemi – endoplazmatik retikulum (şəbəkə) öz növbəsində güclü burulmuş borucuqlardan və ya kisəcikli uzanmış törəmələrdən ibarət tordur. Endoplazmatik retikulumun böyük sahələri ribosomlarla dolu olur ki, bu cür retikulum qranulyar və ya dənəvər endoplazmatik retikulum adını alıb (şəkil 3.2).