Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Funksiyaların tənzim edilməsi



Yüklə 31,99 Mb.
səhifə16/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Funksiyaların tənzim edilməsi. Müxtəlif funksiyaların tənzim edilməsini orqanizmin daxili mühitinin həyati əhəmiyyətli funksiyalarının parametrlərinin avtomatik nəzarəti həyata keçirir (homeostaz), müxtəlif növ nəzarət məqsədi və orqanlar sisteminin qarşılıqlı təsirinin idarə olunmasını, həmçinin insan orqanizminin xarici mühitə uyğunlanmasını sinir və endokrin sistemi reallaşdırır.
Homeostaz – orqanizmin daxili mühitinin həyati əhəmiyyətli funksiyalarının parametrlərinin saxlanması və nəzarət altına alınması – həm bütöv orqanizmə, həm hüceyrə boşluğuna, həm də hüceyrələrə aid edilir.

32 33
Sinir sistemi, Sensor (mənimsəyici), MSS (birləşdirən) və motor (icraedici) şöbələr onun əsas şöbələridir.
Mənimsəyici şöbə orqanizmin vəziyyətini müəyyən edib, daxili və xarici mühitin dəyişkənliklərinə cavab verir. Baş-beyin məlumatı toplayır, onu saxlayır (mühafizə edir), fəaliyyət proqramını yaradır, sensor siqnallara cavab olaraq reaksiyaları müəyyən edir. Onurğa beyni baş beyindən sensor informasiya və siqnalları alaraq əzələ sistemini də işə salır. Sinir sisteminin xüsusi şöbəsi – avtonom (vegetativ) sinir sistemi daxili orqanların funksiyalarına nəzarət edərək şüuraltı səviyyədə fəaliyyət göstərir.
Endokrin sistem hormonlar adlandırılan kimyəvi maddəni ifraz edən daxili sekresiya vəzilərindən ibarətdir. Hormonlar bədənin bütün sahələrinin hüceyrəxarici mayesinə daxil olaraq hüceyrə funksiyalarını tənzimləməyə köməklik göstərir. Belə ki, qalxanabənzər vəzinin tərkibində yod olan hormonları metabolizmi sürətləndirir, mədəaltı vəzinin hormonu olan insulin qlükoza mübadiləsinə nəzarət edir.
Tənzimedici sistemlərin iş prinsipləri əks əlaqə – idarə edən sistemlərin işinin əsas prinsipi – çox sayda və artıq miqdarda olan tənzimedici konturlar və onların iyerarxikliyi ilə möhkəmlənir, bu da orqanizmin həyatın daima dəyişən şəraitinə adaptasiya olunmasına imkan yaradır.
Orqanizmin nəzarət edən sistemlərinin əksəriyyəti mənfi əks əlaqə prinsiplərindən istifadə edərək fəaliyyət göstərir. Başqa sözlə, fəaliyyətin nəticəsi onun yaratmış səbəb və üsullara mənfi təsir göstərir. Mənfi əks əlaqənin ən azı üç elementə ehtiyacı vardır. Qanın plazmasında qlükoza miqdarının tənzim olunması misalında bunu aydınlaşdıraq. Birincisi, həyati əhəmiyyətli parametri (məsələn, qlükoza) qeydə alan element lazımdır. İkincisi, sistem bu parametrin dəyişməsinə prosesin başlanğıc mərhələsinin xarakteristikalarını dəyişməklə (məsələn, insulin ifrazını aşağı salmaqla) cavab verməlidir. Nəhayət üçüncü sistem elə fəaliyyət göstərməlidir ki, nəzarət olunan parametrin normal qiyməti saxlanılsın (məsələn, qanda qlükozanın səviyyəsi aşağı salınsın). Beləliklə, mənfi əks əlaqə bioloji sistemlərin stabil və davamlı vəziyyətini mühafizə edir və daima nəzarət altında saxlayır.
Mənfi əks əlaqədən fərqli olaraq müsbət əks əlaqə fəaliyyət göstərən səbəbin təsirini gücləndirir və bir çox hallarda fizioloji funksiyanın stabilləşməsinə gətirib çıxarmır, əksinə effekti gücləndirir. Məhz bu səbəbdən tibbdə müsbət əks əlaqə adətən «circulus vitiosus» – çıxılmaz vəziyyət adı ilə tanınır. Məsələn, sağlam insanın ürəyi normal şəraitdə qan damarlarında dövr edən qanın 5 l-ni effektiv şəkildə vurur. Xeyli miqdarda qanın (>2 l) qəflətən itirilməsi nasos funksiyası yerinə yetirmək qabiliyyətini pozur. Bu da AT (arterial təzyiq)-in elə aşağı düşməsinə səbəb olur ki, o, əks əlaqə mexanizmi ilə kompesasiya edilə (bərpa oluna) bilmir. Nəticədə, tac arteriyalarından qanın ürək əzələsinə daxil olması azalır. Bu səbəbdən ürəyin işi zəifləyir, onun nasos funksiyası pisləşir, miokardın qanla təchiz olunması daha da aşağı düşür. Bu tsikl ölüm baş verənə qədər dəfələrlə təkrarlanır. Əlbəttə, fəaliyyət göstərən stimulun qiyməti və xarakterindən asılı olaraq müsbət əks əlaqənin təsirinin qarşısı mənfi əks əlaqə mexanizmlərinin hesabına kəsilə bilər.
Canlı strukturlarda mənfi əks əlaqənin tək-tək yerləşən tənzimedici konturları mövcud deyildir, praktiki olaraq həmişə tək-tək yerləşən hüceyrə, orqan və ya orqanlar sisteminin daxilində və orqanizm səviyyəsində əks əlaqənin öz aralarında qarşılıqlı əlaqədə olan ilgəklər kompleksi olur. Məsələn, insulin qanda qlükoza səviyyəsini aşağı salır, eyni zamanda isə adrenalin və kortizon əks təsir göstərir.
Müxtəlif tənzimedici konturlar arasında iyerarxiklik müşahidə edilir. Məsələn, hipotalamus və hipofizin ön pay hüceyrələrinin endokrin funksiyalarına nəzarət edir, hansının ki, Aderno-kortiko-trop-hormon (AKTH) öz növbəsində böyrəküstü vəzinin qabığındakı funksiyanı nəzarət altında saxlayır, sonuncunun ifraz etdiyi kortizol qanda qlükoza səviyyəsinin saxlanılmasında (insulinə əlavə olaraq) iştirak edir.
Orqanizmin mühitin dəyişən şəraitlərinə uyğunlaşması, onun cavablarının kəmiyyət və xarakterini dəyişmək qabiliyyətindən asılıdır. Əks əlaqə sisteminin konturlarının elastiklik və hərəkətliliyi fizioloji adaptasiyaların bir çox formaları üçün mex-

34 35
anizm hesab olunur. Məsələn, adi şəraitdə tənəffüs zamanı xaric olunan havada oksigenin miqdarının azalması, tənəffüsün tezlik və dərinliyinin kifayət qədər artmasına səbəb olur. Yüksək dağlıq ərazidə oksigenin aşağı miqdarına adaptasiyaolunma mərhələsindən sonra (xaric edilən havada oksigenin aşağı miqdarının təsiri) elə həmin təcrübə ilk nəfəsalmanın qısa müddətli sürətlənməsinə səbəb olur.
36

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin