Orqanoidlərin yaranması və dağılması yolu ilə daşınma. Bura qədər biz endositoz və ekzositoz proseslərinə vezikulların tərkibinin nəqli prosesi kimi baxırıq. Bu proseslərin digər aspekti də mövcuddur. Bu onunla bağlıdır ki, endositoz yolu ilə hüceyrə səthinin bir hissəsində plazmatik membranın istiqamətli çıxardılması (kənaredilmə) və əksinə, onun ekzositoz yolu ilə əlavə olunması membranın çoxlu sahələrinin yerdəyişməsinə gətirməklə, hüceyrəyə məsələn, çıxıntı formalaşdırmağa və ya hərəkət etməyə imkan verir (şəkil 3.13,B).
Mikrofilamentlər (şəkil 3.2) – ilk növbədə lifli dəstələrə yığılma qabiliyyətinə malik F-aktin zülallardan təşkil olunmuşdur. F-aktin zülalları isə monomerin sitozolda polimerləşməsi nəticəsində lifli dəstələrə yığılır. Dəstələr polyarlaşırlar, yəni onlar yeni aktin molekulunu akkumulyasiya etməklə çox vaxt bir
62 ucdan artır, digəri isə inert ucdan dağılırlar. Bu an polyarizə olunmuş böyümə hesabına mikroflamentlər effektiv olaraq yerlərini dəyişirlər və onların şəbəkəsi və tor quruluşu da dəyişə bilər. Aktinin depolimer vəziyyətdən nizamlanmış (gel) vəziyyətə keçidi digər zülalların təsiri ilə və ya ionların qatılığının
Şəkil 3.13, A-B). Ekzositoz və endositozla bağlı olan proseslərin sxemi. 1-qranulyar endoplazmatik retikul, 2-ekzositoza məruz qalmış qabarcıq, 3-zülal, 4-sekretor qovuqcuq, 5-Holçi aparatı, 6nüvə. A. Zülalın ekzositozu: 1-ASL, 2-plazmatik membran, 3haşiyələnmiş qovuqcuqda endositoz, 4-ASL reseptorunun membrana qayıdışı, 5-endosoma, 6-ikincili lizosom, 7-Hamar qovuqcuqların qovuşması, 8-birincili lizosom, 9-sərbəst xolesterol. B. ASL ekzositozu. 1-ekzositoz, 2-nüvə, 3-endositoz. A.Qranulyar endoplazmatik retikulumda sintez olunan zülal Holci aparatı vasitəsilə plazmatik membrana daşınır və burada ekzositoz yolu ilə sekresiya olunur. B. ASL hissəcikləri ilə birləşmiş xolesterol plazmatik membranla
63 birləşir, membranın bu sahəsində endositoz qovuqcuğun yaranmasını induksiya edir, lizosomlara nəql olunur və burada azad olur. V. Endositoz prosesində tutulmuş hüceyrəxarici material (şəkildə sağda) hüceyrədən vezikullar və ya qovuqcuqlarla keçərək ekzositoz vasitəsilə (şəkildə solda) xaric olur. dəyişməsi ilə çox tez baş verə bilər. Aktin filamentlərini dağıdıb qısa fraqmentlər yaradan zülallar da mövcuddur. Bir çox hüceyrələrin nazik çıxıntıları – filopodilər – aktinin mərkəzi dəstəsini saxlayır (şəkil 3.2) və filopodilərin müxtəlif hərəkətləri ehtimal ki, aktin keçidləri ilə əlaqədar olur: polimerləşmə, depolimerləşmə.