[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
6.2. Sinir sisteminin ontogenezdə inkişafı
Erkən ontogenezdə sinir sisteminin formalaşması. Orqanizmin ontogenezində (fərdi inkişafında) əvvəlcə mayalanmış yumurta hüceyrə-ziqota ardıcıl olaraq bölünmələrə məruz qalıb rüşeym qovuqcuğunu əmələ gətirir. Sonra onun xarici ektoderma təbəqəsinin bölünməsi nəticəsində sinir lövhəsi əmələ
151 gəlir. Belə ki, ektodermanın üst səthinin bəzi hüceyrələri diferensiasiya edərək neyroepitel hüceyrələrə çevrilir. Əmələ gələn neyroepitel hüceyrələri rüşeym cisminin arxa hissəsində müstəvi üzrə yerləşərək sinir lövhəsini əmələ gətirir. Bu lövhə rüşeymin arxa və ya quyruq (kaudal) hissəsindən başlayaraq, ağız və ya baş (rostral) hissəyə qədər uzanır. Sonrakı mərhələlərdə sinir lövhəsinin kənarları bükülərək bir-birilə birləşərək sinir və ya beyin borusunu əmələ gətirir. Sinir borusunu əmələ gətirən hüceyrələrin bir qismindən əvvəlcə neyroblastlar, sonra isə neyronlar əmələ gəlir. Digər qismindən əmələ gələn spongioblast hüceyrələrdən isə neyroqliya və ependim hüceyrələri başlanğıc alır. Sinir lövhəsi borusunun üst səthinin hüceyrələrindən sonra qanqlioz hüceyrələr adlanan neyron təbiətli hüceyrələr yaranır. Qanqlioz hüceyrələr tədricən ektoderma ilə sinir borusu arasına keçir və sinir düyünlərinin formalaşmasında mühüm rol oynayır.
Embrional inkişaf zamanı sinir borusu divarı təxminən eyni qalınlıqda olur. Sonralar sinir borusunun arxa və ön divarları bir qədər inkişafdan qalır və dərinləşərək, xüsusilə onurğa beyninin boylama şırımlarını əmələ gətirir. Borunun daxili boşluğu ətrafında hüceyrələrin çoxalıb artması nəticəsində onun diametri getdikcə kiçilir və nəhayət, dar mərkəzi kanal əmələ gətirir. Neyroblastların cismləri kanal ətrafında toplaşaraq boz maddə yığınını əmələ gətirir. İlk dövrlərdə beyin borusunun ön (heyvanda) və ya yuxarı (insanda) nahiyəsi aşağı nahiyələrə nisbətən genişlənməyə başlayır. Tədricən dairə şəkli olan bu hissə iki yerdən sıxılaraq üç qovuqcuğa, ön, orta və arxa qovuqcuqlara bölünür. Bunlara ilk beyin qovuqcuqları deyilir. Onlardan uc beyin, ara beyin, orta beyin, arxa beyin və uzunsov beyin şöbələri əmələ gəlir. Dördhəftəlik insan embrionun sinir borusunda aydın şəkildə buğumlaşmış beyin aydın görünür. Bətndaxili inkişafının 6-7-ci həftələrində onun uc qovuqcuğu iki yan qovuqcuğa bölünür ki, bunlardan da beynin sağ və sol yarımkürələri əmələ gəlir. Erkən ontogenezdə insanın sinir borusunun yuxarı nahiyəsində əmələ gələn morfoloji dəyişikliklərin sxematik təsviri 6.5-ci şəkildə verilmişdir.
152 Beyin borusunun heyvanda ön (insanda yuxarı) nahiyəsi hələ rüşeym inkişafının ilk dövrlərində aşağılara nisbstən geniş olur. Bu genişlik sonralar girdə şəkil alıb, iki buğum vasitəsilə üç ilk beyin qovuqcuğunu verir. Bunlardan birincisi ön beyni (prosencephalon), ikincisi orta beyni (mesencephalon), üçüncüsü isə rombaoxşar beyni (rhombencephalon) əmələ gətirir. Bir azdan sonra bu, ilk beyin qovuqcuqlarından birinci və üçüncü yenidən hərəsi iki yerə, yəni ikincidərəcəli beyin qovuqcuqlarına bölünür. Beləliklə, ön beyin qovuqcuğundan uc beyni (telencephalon) və ara beyni (diencephalon), rombaoxşar beyindən isə arxa beyni (metencephalon) və uzunsov beyni (myelencephalon) əmələ gəlir.