6.3. Sinir lifinin quruluşu, sinir-əzələlərdə oyanmanın nəqlolunma qanunauyğunluqları Sinir liflərinin quruluşu və fizioloji rolu. Sinir sistemi sinir toxumasından əmələ gəlmişdir. Sinir sisteminin quruluş və fəaliyyət vahidi neyrondur. Sinir hüceyrəsinə cismi və çıxıntıları ilə birlikdə neyron deyilir. Neyronda uzun çıxıntıya akson və ya neyrit, qısa və şaxəli çıxıntıya protoplazmatik çıxıntı və ya dendrit deyilir.
Mərkəzi sinir sistemində dendritlər ayrı-ayrı sinir hüceyrələri arasında əlaqə yaradır. Akson və ya neyritlər isə baş beyin və on-
156 urğa beynindən başlayaraq işcil orqanlara kimi uzanır. Onların üzəri mielin qaşası ilə örtülü olur. Mielin qişasını da xaricdən Şvann qişası örtür. Mielin qişa hər 1-2,5 mm məsafədə kəsilir. Silindrik oxun bu sahəsində (0,5-1 mk enində) qişa olmur. Şvann qişasından neyritə atmalar gedərək, onu buğum şəklinə salır. Buna Ranvye buğumları deyilir (şəkil 6.6). Mielin qişa izolyator və trofiki funksiyalar daşıyır. Mielinli sinir liflərində oynama yalnız Ranvye buğumlarında baş verir.
Sinir impulslarının əmələ gəlməsi və nəql edilməsində silindrik oxun səthi membranı əsas rol oynayır.
Şəkil 6.6. Mielinli sinir lifinin quruluş sxemi.
Mielinli və mielinsiz sinir liflərində oyanmanın nəql olunması. Sinir liflərinin hüceyrələrindən ayrılan akson çıxıntıları müxtəlif qalınlıqlı dəstələrdə toplanaraq, mərkəzi sinir sistemilə ayrı-ayrı orqanlar arasında əlaqə yaradan afferent (hissi), efferent (hərəki) sinirləri əmələ gətirirlər.
Efferent sinirlər oyanmanı MSS-dən işcil orqanlara, afferent sinirlər isə orqanlardan MSS-nə nəql edir. Hər iki sinir lifləri çox vaxt bir yerdə gedir. Trofik sinirləri isə orqan və toxumaların mübadilə prosesini nizamlayır. Trofik sinir liflərinin özləri də hissi olurlar.
Hər bir sinir lifi əzələ protoplazmasına daxil olaraq, həlqə şəklində löhvə-sinaps əmələ gətirir. Sinir hüceyrəsi, lif-neyrit, sinaps və əzələ hüceyrəsi bir yerdə funksional hərəkət vahidi adlanır.
157 Sinir lifləri iki qrupa – mielinli və mielinsiz liflərə bölünür. Mielinli sinir liflərinə somatik və vegetativ sinir sistemi, mielinsiz sinir liflərinə isə əsasən simpatik sinir sistemi aiddir.
Mielinsiz sinir liflərində oyanma membran boyu fasiləsiz bir oyanma sahəsindən digərinə ötürülməklə yayılır. Bundan fərqli olaraq mielinli liflərdə oyanma Ranvye buğumlarının birindən o birinə tullanır. Belə nəqlolunma saltator nəql adlanır. Mielinlə örtülü buğumlararası sahə əslində oyanmır.
Şəkil 6.7-də sinir impulslarının bir buğumdan digərinə tullanması aydın verilmişdir.