Şəkil 6.7. Oyanmanın mielinsiz (A) və mielinli liflərdə (B) yayılması. Oyanan (a) və qonşu (b) buğumlar arasında əmələ gələn cərəyanın istiqaməti oxla göstərilmişdir.
Sakit halda oyanan membranın xarici səthində bütün Ranvye buğumları müsbət yüklənir. Qonşu buğumlar arasında potensiallar fərqi olmur. Oyanmamış – abuğumu qonşu b buğumuna nisbətən mənfi yüklənir. Bu zaman əmələ gələn elektrik cərəyanı (ionlar axını) lifi əhatə edən toxumaarası maye, membran və aksoplazma ilə yayılır. b buğumundan çıxan cərəyan onu oyadaraq membranı yükləndirir. a buğumunda oyanma hələ davam edir və o müəyyən vaxt oyanmaz olur. Ona görə bbuğumu növbəti v buğumunu oyanma vəziyyətinə gətirir. Buğumlararası sahədə tullanma ona görə mümkün olur ki, fəaliyyət potensialının amplitudası hər buğumda qıcıq həddini 5-10 dəfə ötür. İ.Takasaqi müəyyən
158 etmişdir ki, bir buğumda meydana çıxan fəaliyyət potensialı nəinki qonşu buğumu, hətta yanındakı kokainlə zəhərlənmiş daha iki buğumu oyada bilər.
Mielinli liflərdə oyanmanın yayılma sürəti saniyədə 70-120 metr. Halbuki mielinsiz sinir liflərində 3-14 metrə bərabərdir.
Sinir liflərində oyanmanın nəql olunmasını öyrənərkən bir neçə qanunauyğunluqlar və ya qanunlar müəyyən edilmişdir.
1. İkitərəfli nəqletmə qanunu. Sinir lifini qıcıqlandırdıqda əmələ gələn oyanma iki istiqamətdə-mərkəzəqaçma və mərkəzdənqaçma istiqamətlərində yayılmasını Nil naqqa balığının elektrik orqanı üzərində öyrənmişlər.
İlk dəfə rus alimi Babuxin sinir lifini kəsərək orqanın orta payını çıxarmış və paycıqlardan birini-inervasiya edən sinir sahəsini qıcıqlandırmışdır. Bu zaman nəinki aşağı hissə, hətta orqanın yuxarı yarısı da boşalmışdır. Babuxin təcrübəsinin sxemi 6.8-ci şəkildə göstərilmişdir.
Şəkil 6.8. Babuxin təcrübəsinin sxemi: 1-elektrik orqanına lif göndərən sinir hüceyrəsi; 2-sinir gövdəsinin kəsildiyi yer; 3-təcrübə zamanı kəsilib götürülən hissə sıx cizgilərlə örtülmüşdür.
Oyanmanın hər iki tərəfə nəql olunmasını digər bir klassik təcrübə ilə də müşahidə etmək olar. Qurbağanın arxa ətrafından
159 hazırlanmış preparatda budun arxa hissəsində əzələlər küt sürətdə ayrılır və oturaq siniri tapılır.
Bud və baldır əzələləri yalnız oturaq siniri ilə əlaqədə olan preparat hazırlanır və siniri dəyişən cərəyanla qıcıqlandırdıqda həm bud, həm də baldır əzələləri eyni zamanda təqəllüs edir.