Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Labillik – funksional mütəhərlik



Yüklə 31,99 Mb.
səhifə88/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Labillik – funksional mütəhərlik. Labillik anlayışını ilk dəfə 1892-ci ildə N.E.Vvedenski elmə gətirmişdir. Təbii halda qıcıqlanmalar zamanı fəaliyyət potensialları sinir lifi ilə tək-tək impulslarla deyil, ritmik dalğalar şəklində yayılır. Qıcıq təsirindən reseptorda əmələ gələn zəif elektrik cərəyanı sonra reseptorlardan hissi sinirlərə ritmik bioelektrik siqnalları göndərir. Bu bioelektrik siqnalları beyində işləndikdən sonra eyni prinsiplə beyindən efferent sinirlərlə işçi orqanlara (əzələ, vəzi) siqnallar daxil olur.
Əgər işçi orqan skelet əzələsidirsə, onda sinirlə gələn impulsların ritminə müvafiq oyanma boşalmaları yaranır.
Oyanan toxumaların qıcıq tezliyinə qarşı eyni sayda cavabı müəyyən həddə qədər olur. Qıcığın sayını artırmaqla N.E.Vvedenski müəyyən etmişdir ki, oyanma dalğaları təsir edən qıcıq tezliyindən xeyli gec əmələ gəlir. Məsələn, neyron saniyədə 500 qıcığa 400 cavab verirsə, əzələ toxuması 150-200 cavab verir. Lakin eşitmə analizatorunun hiss sinirində və ləngidici Renşon hüceyrələrində
166
saniyədə 1000-ə qədər qıcıq verdikdə eyni sayda cavab alınır.
Vahid zaman ərzində toxumanın törətdiyi maksimum oyanma sayına labillik və ya funksional mütəhərriklik deyilir. N.E.Vvedenski labillik və ya funksional mütəhərriklik dedikdə «fizioloji fəaliyyətdə müşaiyət edilən toxumanın işinin, oyanıcılığının və oyanma qabiliyyətinin elementar reaksiyalarının az və ya çox sürətini» nəzərə alırdı.
Sinir lifinin labilliyi xeyli çox, simpatik aparatın labilliyi isə daha az olur.
O.Meves qurbağanın təcrid edilmiş sinir lifində əvvəlcə 500 qıcığa qarşı, 500 cavab almış, sonra qıcığın sayını 500-dən 700-ə çatdırmışdır. Nəticədə, bir müddətdən sonra cavabın sayı artaraq 700-ə çatır. Buna səbəb Na+ ionlarının protoplazmadan xaricə axınını təmin edən maddələr mübadiləsinin sürətlənməsilə əlaqədardır. Bu prosesi A.A.Uxtomski qıcıq ritminin mənimsənilməsi adlandırmışdır.
Lakin verilən qıcığın tezliyindən asılı olaraq, verilən cavabın sayı dəyişilə bilir. Yəni qıcığın sayı həddən çox olduqda, toxuma qıcığa qarşı oyanma tezliyi ilə cavab verə bilmir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin