[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Oyaqlıq və parabioz. Sinirin bir nahiyyəsini narkotik maddələr, düz məhlulları, qüvvəli elektrik cərəyanı, qızdırma, mexaniki təzyiq və sairə təsiri sayəsində alterasiyaya uğratdıqda oranın labiliyi aşağı düşür və orada yerli davam edən ətrafa yayılmayan oyanma halı inkişaf edir. Dəyişmiş nahiyyədən impulsların nəql olunmasını öyrənən Vvedenski göstərmişdir ki, belə nahiyənin oynaqlığı azalır və orada xüsusi hal əmələ gəlir. Sinirin zəhərlənmiş nahiyyəsində əmələ gələn bu hala Vvedenski 1902-ci ildə parabioz (para – yanında, bios - həyat) demişdir.
N.E.Vvedenskinin klassik təcrübələri qurbağanın sinir-əzələ preparatında aparılmışdır. Tədqiq olunan sinirin kiçik bir hissəsi alterasiyaya uğradılmış, yəni hər hansı kimyəvi maddələrləkokain, xlorform, fenol, kalium xlor, güclü elektrik cərəyanı və mexaniki təsirlə zədələndirilmişdir. Qıcıq sinirin zədələnmiş yerinə və ya bir qədər yuxarı hissəsinə verilmişdir. Oyanmanın sinirdə nəql olunmasını N.E.Vvedenski əzələnin təqəllüsü ilə
167 sübut etmişdir.
Sinirə zəhər öz təsirini göstərənə qədər onun qıcığa cavabı qüvvələr nisbəti qanununa tabe olur. Lakin parabioz inkişaf etdikdə bu nisbət qanunauyğun şəkildə dəyişir. Belə ki, parabiozun bir-birini əvəz edən aşağıdakı üç ardıcıl mərhələ müşahidə edilir (şəkil 6.9, A, B, V).
Şəkil 6.9. N.E.Vvedenskiyə görə parabiotik mərhələlər. A-normal vəziyyət; B-bərabərləşmə mərhələsi; V-təəccüblü mərhələ.
Provizor bərabərləşdirici və ya transformasiyaedici dövr (şəkil 6.9, A). Əvvəlcə parabioza uğramış nahiyə, göndərilən zəif və qüvvəli qıcıqlar arasındakı fərqi seçmir. Başqa sözlə desək, göndərdiyimiz zəif və qüvvəli qıcıqlar həmin dəyişmiş yerdən keçərkən qüvvəcə bərabərləşir və eyni hündürlüyə malik təqəllüs verir.
Təəccüblü və paradoskal dövr. Sonra narkotik maddələrin təsiri artdıqca həmin dəyişmiş yerdə çox qəribə və ilk baxışda başa düşülməyən bir hal baş verir. Bu, zəif qıcığın verdiyi təqəllüsün qüvvəli qıcığın verdiyi təqəllüsdən yüksək olmasından ibarətdir (şəkil 6.9, B).
Ləngimə dövrü. Bu dövrdə impulslar dəyişmiş yerdən keçə bilmir, çünki bu zaman verilən qıcıqlar, sinirlə nəql olunmağa qabil adi oyanma əvəzinə xüsusi yerli hadisə törədir ki, bu da
168 həmin nahiyyəyə düşən impulsu ləngidir (şəkil 6.9, V).
Buradan Vvedenski ləngimə hadisəsinə, sinirin eyni nöqtəsində əmələ gələn oyanmaların toqquşması kimi baxır. Bu oyanmaların sıxlığı yüksək olduğundan, hər bir qıcıq, ondan əvvəlki qıcığın törətdiyi oyanma hadisəsi qurtarmamış düşür, ona görə də bu oyanmalar toplanaraq o nahiyəni ləngidir. Bu nöqteyinəzərdən Vvedenskiyə görə refraktor dövr belə izah olunur: birinci qıcığın dalınca dərhal verilən ikinci qıcıqda zahiri nəticənin (məsələn, təqəllüsün) alınmamasına səbəb toxumanın bu vaxt oyanmaz halda olması deyildir. Əksinə, toxuma ikinci qıcığın yetişdiyi vaxt optimal dərəcədə oyanmış olduğundan bu oyanma ikinci qıcığın təsirindən daha da güclənir və bunun sayəsində optimal haldan pessimal hala çevrilir, yəni ləngiyir. Beləliklə, Vvedenskiyə görə refraktor dövr birinci qıcıqdan sonra deyil, ikinci qıcıqdan sonra, bu iki qıcığın toplanması sayəsində əmələ gələn hadisədir.