Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə97/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

184

Şəkil 6.18. Kimyəvi sinaptik nəqletmənin sxemi.
Elektrik vasitəsilə sinaptik ötürmə. 1930-1950-ci illərdə kimyəvi sinaptik ötürmə konsepsiyası hamı tərəfindən qəbul edildikdən sonra, mütəxəssislər tərəfindən müəyyən edilir ki, oyanmanın hüceyrəarası ötürülməsi elektrik vasitəsilə də həyata keçirilə bilər. Bu prinsip şəkil 6.19-da göstərilmişdir. İki qonşu hüceyrə bir-birilə sıx bitişik olur ki, onların ikisinin membranından keçən cərəyanın müqaviməti, sinapsı olmayan membranın digər nahiyələrinin müqavimətilə müqayisə oluna bilər.

Şəkil 6.19. Elektrik snapsı.
185
Birinci hüceyrənin oynaması zamanı Na cərəyan (1 Na) ona açıq Na-kanalından daxil olur və ondan çıxaraq cərəyanın bir hissəsi membran məsaməsi olan yerdə ikinci hüceyrəyə daxil olur və onun depolyarizasiyasına səbəb olur.
Ehtimal etmək olar ki, burada depolyarizasiyanın səviyyəsi, birinci hüceyrədən 10 dəfə azdır. Lakin o ikinci hüceyrədə fəaliyyət cərəyanını generasiya edən həddən yüksək ola bilər. Çox hallarda belə depolyarizasiya hədd qıcığından aşağı olur və ikinci hüceyrə digər hüceyrədə kimyəvi və elektrik ötürmə nəticəsində yaranan sinaptik potensialların summasiyasının təsiri altında qıcıqlana bilir. Beləliklə, kimyəvi elektrik ötürməni elektrik nəqletmədən fərqləndirən əsas xüsusiyyətlər:

  1. Kimyəvi sinapsda postsinaptik cərəyan postsinaptik membranda olan kanalların açılması hesabına generasiya olunur və postsinaptik hüceyrənin ion qradientilə əsaslandırılmışdır.

  2. Elektrik sinapslarında postsinaptik cərəyanın mənbəyi – peresinaptik hüceyrənin membranıdır. Burada kimyəvi mediatorlar yoxdur və onun xaric olmasına və oyanmanın nəql olunmasına təsir edən amillə, məsələn, Ca2+ hüceyrə xarici qatılığının və ya mediatorların, fermentlərin yox edilməsi haqqında danışılmır.

6.9. Hərəkət sistemi. Refleks təlimi


Dayaq və hərəkətin sinir tənzimi. İnsan və heyvan orqanizminin hərəkət və başqa fəaliyyət formalarının idarə olunması mexanizmini izah etmək təşəbbüslərinin qədim tarixi vardır. Bu haqda ilk fizioloji izahatlara qədim Roma anatomu və həkimi Qalenin işlərində rast gəlinir. O, insanın hərəkətlərini şüurlu (iradi) və şüursuz (qeyri-iradi) hərəkətlərə bölmüş və bu hərəkətlərin sinir sistemi tərəfindən tənzim edildiyini göstərmişir.
Skelet əzələlərinin işinin sinir tənzimi hiss hərəki mərkəzlər vasitəsilə yerinə yetirilir.
Bədənin dayaq və hərəkətinə, onların düzgün təqəllüsünə
186
uyğun gələn sinir təmzimi – hərəkət mərkəzlərinin ən mühüm funksiyalarından birdir. Lakin hərəkətin düzgün yerinə yetirilməsi ançaq gövdə və ətrafların adekvat vəziyyətində mümkündür.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin