Sinaptik reseptorlar. Sinaptik reseptorlar haqqında olan təlim mediatorların postsinaptik membrana təsir mexanizmini başa düşməyə imkan verir. Hazırda müxtəlif mediatorların təsirini qəbul edən bir sıra membran reseptorları ayırd edilmişdir. Onlara
183 asetilxolin, noradrenalin və ya adrenalin, serotonin qamma-amin yağ turşusu və başqaları aiddir.
Reseptorla əlaqəyə girən mediator burada ya parçalanır ya da sinaptik ötürülmədə təkrar istifadə olunur. Təsir göstərən asetilxolin postsinaptik sahədə xolinə və asetata parçalanır. Reaksiyanı asetilxolinesteraza (AXE) fermenti kataliz edir. Reaksiya dönəndir: əmələ gələn xolin və asetat yenidən presinaptik sahəyə diffuziya edərək asetilxolinin yeni ehtiyatlarının sintezinə sərf olunur.
Oyanmaların hüceyrəarası verilməsində müasir məlumatlar.Sinaptik ötürmə üçün xüsusi mexanizm lazımdır. Kimyəvi sinapslar üçün xüsusi maddə – mediator, amma elektrik sinapsların da cərəyanın xüsusi paylanması tələb olunur. Kimyəvi sinapslar daha çox maraqlıdırlar, belə ki, onlar hüceyrələrin çox mürəkkəb qarşılıqlı təsirlərini təmin edirlər. Buna görə də kimyəvi sinapsları biz daha diqqətlə nəzərdən keçirəcəyik.
Kimyəvi sinapslarla oyanmanın ötürülməsi.Kimyəvi sinapsların ən mühüm komponentləri sxematik olaraq şəkil 6.18-də verilmişdir. Fəaliyyət cərəyanı sinir hüceyrəsinin «presinaptik» ucunu depolyarizə edir. Bu – lokal olaraq ondan pre- və postsinaptik hüceyrələr arasında olan yarığa «mediatorun» (aralıq-maddə) ifraz olunmasına səbəb olur.
Mediator postsinaptik hüceyrənin plazmatik membranına daxil olur. Orada o spesifik reseptorlarla əlaqəyə girir; nəticədə membranda ion kanalları açılır. Onlardan keçən ion cərəyanı postsinaptik hüceyrənin membran potensialını dəyişir və onu fəaliyyət cərəyanı əmələ gələn hədd səviyyəsinə qədər depolyarizasiya edir.
Sinir lifinin fəaliyyət cərəyanı sinaps önünün ucunu deporyarizə edir. Nəticədə ondan mediator xaric olur, hansı ki, sinaptik yarığa (mediator) daxil olur və postsinaptik hüceyrənin membranın reseptorları ilə birləşir. Onun birləşməsi bu membranda kanalların açılmasına səbəb olur və onlardan spesifik ionlar keçərək onun potensialın dəyişilməsinə səbəb olur.