Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə94/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Neyronların təsnifatı. Sinir lifləri sinir uc aparatı ilə qurtarır. Vəzifəsinə görə üç cür sinir ucu ayırd edilir. Deməli, mərkəzi sinir sistemində: 1) hissedici və ya reseptor, 2) hərəki, sekretor və effektor və 3) neyronlararası kontakt neyronlar (şəkil 6.14, d, c).
Reseptor və ya sensor və ya hissi neyronlara bipolyar sinir hüceyrələri aiddir. Onlar oyanmanı xarici (ekstroreseptorlar), daxili (intero reseptorlar) və oynaq, bağ, vətər (proprioreseptorlar) və s. üzvlərdən qəbul edərək mərkəzi sinir sisteminə nəql edirlər. Reseptor neyronların cisimləri mərkəzi sinir sistemindən kənarda – onurğa beyin düyünlərində yerləşir. Neyronun uzun çıxıntısı reseptorlarda qurtarır. İkinci çıxıntı onurğa və ya uzunsov beyinə daxil olub, ara və effektor neyronlarla sinapslar əmələ gətirir. Reseptor neyronların sayı effektor neyronlardan təxminən 5 dəfə çoxdur.
Effektor neyronlar. Onlar hərəki və sekretor olurlar (şəkil 6.14, d). Oyanma periferiyaya neyronların uzun aksonları ilə daşınır. Skelet əzələrinə gedən hərəki sinir lifləri əmələ gətirən effektor neyronlar-motor və ya hərəki neyronlar adlanırlar. Bunların cismi onurğa beyni boz maddəsinin ön buynuzlarında yerləşir. Hərəki sinir ucları əzələ toxumasında hərəki
179
hüceyrələrində neyritlərin uclarının şaxələnməsi olub, sinir əzələ ucları adlanır.
Vegetativ sinir sisteminin effektor neyronları mərkəzi sinir sistemindən kənarda, periferik düyünlərdə yerləşirlər. Ara və ya kontakt və ya qondarma neyronlar mərkəzi sinir sisteminin əsas kütləsini təşkil edirlər. Onlar reseptor və effektor neyronlar arasında əlaqə yaradır. Ara neyronlar törətdiyi effektə görə oyandırıcı və ləngidici olmaqla iki qrupa bölünürlər.
Sekretor uclar vəzilərdə sinir-vəzi uclarını əmələ gətirir.
XIX əsrin axırlarında neyronlarının bir-birilə əlaqəsi haqqında iki nəzəriyyə neyron və neyrofibrilyar nəzəriyyə hökm sürurdü.
Neyron nəzəriyyəsinin tərəfdarları olan fizioloqlar bir sıra fizioloji hadisələri təhlil edərək belə nəticəyə gəlmişlər ki, neyronlar bir-birindən ayrıdırlar və iki qonşu neyron arasında birləşdirici səth vardır. Bu birləşdirici səth yarımkeçirici zar olub, sinir impulslarını bir neyrondan digərinə verir. İki neyronu birbirilə birləşdirən bu səthə sinaps deyilir (şəkil 6.13). Neyronlar arasında sinapsların olması mərkəzi sinir sistemində oyanmanın bir tərəfə nəql olunmasına səbəb olmuşdur.
Zəlinin, xərçəngin sinir sisteminin quruluşunu tamamilə başqa cür izah edən bir də neyrofibrilyar nəzəriyyə vardır. Bu nəzəriyyə tərəfdarlarının fikrinə görə, sinir impulslarının nəql olunması üçün maddi substrat olan neyrofibrillər qırılmadan bir neyrondan digərinə keçir və bütün sinir sistemi boyunca yayılır. Bu nəzəriyyəni əsaslandırmaq üçün lazım gələn müşahidələr başlıca olaraq onurğasız heyvanların səpkin və düyünlü sinir sistemləri, onurğalı heyvanların rüşeym dövründə inkişaf etməkdə olan sinir toxuması üzərində aparılmışdır.
Hər iki nəzəriyyə tərəfdarlarının topladığı müşahidə və təcrübələrə yekun vursaq deyə bilərik: çox ehtimal ki, sinir sistemi inkişafının aşağı pillələrində neyrofibrillər fasiləsiz olaraq bir neyrondan digərinə keçir. İnkişafın nisbətən yüksək pillələrində fibrillər qırılır və ayrı-ayrı neyronlar arasında yeni əlaqə forması – sinaps əmələ gəlir.
Hazırda müəyyən edilmişdir ki, yalnız aşağı sinif onurğasız
180
heyvanlarda – bağırsaq boşluqlularda sinir hüceyrələrinin çıxıntıları protoplazmatik əlaqə yaradır.
Onların sinir sistemi sinsit tiplidir. Belə sinsit neyropil adını almışdır. Neyropil oyanmanı diffuz şəkildə, yəni hər tərəfə nəql edə bilir. Yuxarı sinif onurğasız heyvanlar və bütün onurğalıların mərkəzi sinir sistemində neyronlar çıxıntılar vasitəsilə əlaqəyə girirlər. Hər bir neyronun aksonu başqa sinir hüceyrəsinin cisminə və dendritlərinə müvafiq çoxlu şaxələrə bölünür. Hər bir şaxə sinapsın elementidir (şəkil 6.15, 6.17).


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin