[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
6.11. Mərkəzi sinir sistemində ləngimə
Mərkəzi sinir sistemində ləngimə hadisəsi isə ilk dəfə 1862-ci ildə rus fiziologiyasının banisi İ.M.Seçenov tərəfindən kəşf edilmişdir. Bunun üçün Seçenov qurbağanın beyin yarımkürələrini çıxardıqdan sonra, pəncəsini 0,5% HCl məhluluna salaraq refleks vaxtını təyin etmişdir. Sonra görmə qabarları üzərinə duz kristallarını qoymuş və bir müddətdən sonra həmin refleksin vaxtını təyin etdikdə onun xeyli uzandığını müşahidə etmişdir. Beləliklə, Seçenov fiziologiya tarixində ilk dəfə olaraq sinir sistemində ləngimə hadisəsinin olduğunu müəyyən etmişdir. Seçenov belə güman edirdi ki, mərkəzi sinir sistemində görmə qabarları nahiyəsində beyində ləngimə mərkəzinin olduğunu müəyyən etdi.
F.Hols görmə qabarlarını çıxarmaqla onurğa beyni reflekslərinin ləngidiyini təcrübə ilə isbat etdikdən sonra, beyində ləngimə mərkəzinin olmasının əleyhinə çıxdı. Qurbağa üzrərində təcrübə aparmaqla müəyyən edilmişdir ki, quruldama refleksi almaq üçün döşün yan səthindəki dəriyə yüngülcə təzyiq göstərmək kifayətdir. Onu ləngitmək üçün isə pəncənin dərisini
202 pinsetlə sıxmaq kifayətdir. Əgər onun ətrafını pinset vasitəsilə şiddətlə sıxsaq, bükmə refleksini müşahidə etmək olar. Hər iki halda reflekslərin latent dövrü xeyli uzanır.
Bir çox təcrübələr nəticəsində müəyyən edilmişdir ki, beyin və ya onurğa beyninin hər hansı nahiyəsini qıcıqlandırdıqda qıcıqların güclüsü nisbətən zəif olanını ləngidir. Oyanmalar mərkəzi sinir sistemində adətən toqquşur və nəticədə oyanmaların biri digərini zəiflədir.
MSS oyanma və ləngimə hadisəsi bir-birini əvəz edən fizioloji proseslərdir.
N.E.Vvedenskiyə görə ləngimə, həddindən artıq oyanma nəticəsində alınan bir hadisədir.
Sinapsların qarşılıqlı təsiri. Sinapsların ayrı-ayrı hüceyrələrlə qarşılıqlı təsiri ləngiməyə səbəb ola bilər. Bu zaman oyandırıcı postsinaptik potensialın qısa qapanması gedir. Bundan başqa, ləngimə postsinaptik potensialın (LPSP) membranını hiperpolyarizələşdirir, onun fəaliyyət potensialının həddinə qədər depolyarizatsiyasına mane olur. Belə ki, çoxlu OPSP və LPSP mürəkkəb cəmi son nəticədə aksonda fəaliyyət cərəyanın tezliyini müəyyən edir.
Sinir sistemində təbiətinə və lokallaşmasına görə müxtəlif ləngimə növləri aşkar edilmişdir (şəkil 6.21). Onlardan biri postsinaptik ləngimədir. Müəyyən olunmuşdur ki, beynin ayrıayrı şöbələrində oyandırıcı neyronlarla yanaşı ləngidici neyronlar da mövcuddur. Bu neyronlar öz aksonları ilə başqa neyronların dendritlərinə və cisimlərinə ləngidici mediator vasitəsilə (qammaamin turşusu) təsir göstərir. Ləngidici neyronlar oyandıqda əmələ gələn təsir potensialı oyadıcı neyrondakı təsir potensialından fərqlənir. Lakin bu neyronların akson terminallarında impulsların təsirindən xaric olan mediator postsinaptik membranı depolyarlaşdıra bilmir, əksinə, onun hiperpolyarlaşmasına səbəb olur ki, bu hal müsbət elektrik dalğası kimi qeyd olunur və ləngidici postsinaptik potensial (LPSP) adlanır. Onun əsasında yaranan ləngiməyə postsinaptik ləngimə deyilir.