6.16. Mərkəzi sinir sisteminin funksiyasının öyrənilmə üsulları Ekstirpasiya – beyin şöbələrini kəsib, bədəndən çıxarmaq üsuludur. Fizioloji təcrübələrdə beynin funksiyasını öyrənmək üçün istifadə olunan klassik üsullardan biridir. Baş-beyin şöbələrinin ayrı-ayrı çıxarılması əməliyyatından sonra, orqanizmdə, onun orqan və toxumalarında meydana çıxan pozğunluqlar, eləcə də beyin şöbəsinin orqanizmin hansı funksiyası üçün cavabdeh olduğu öyrənilir.
Kəsiklər aparmaq usulu – Baş ilə onurğa beyni arasında (spinal heyvan) uzunsov beyinlə orta beyin arasında (bulbar heyvan),
215 orta beyin ilə ara beyin arasında (mezinsefalon) ara beyin ilə beyin yarımkürələri arasında (diensefalon) kəsiklər aparmaqda əsas məqsəd bu pozğunluqlar zamanı kəskin və xroniki halda əmələ gələn dəyişiklikləri, onların bərpa olunması formaları, beynin hansı funksiyalarının yox olması və ya qalmasını öyrənməkdən ibarətdir.
Qıcıqlandırma üsulları.Elektriklə qıcıqlandırma üsulu ilə klassik fiziologiyada bir sıra mühüm kəşflər edilmişdir, xüsusilə hərəki aparat orqanlarının və daxili orqanların fəaliyyətini idarə edən sahələrin yerini müyyən etməkdə bu metodun əhəmiyyəti çox böyük olmuşdur.
Qıcıqlandırıcı vasitə kimi mexaniki, elektrik, kimyəvi, termiki qıcıqlardan istifadə olunur. Mərkəzi və periferik sinir sisteminin funksiyasının öyrənilməsində elektriklə qıcıqlandırma üsullarından fiziologiyada daha çox istifadə edilir. Bu halda qıcığın qüvvəsi çox dəqiqliklə ölçülə bilər.
Elektriklə qıcıqlandırmanın başqa bir üsulu da var. Təcrübi heyvanın (məsələn, siçovulun) beyninə ucu mikron qalınlığında olan qoşa metal elektrodu qoyulur və elektrodların beynə bitişməsi prosesi keçdikdən sonra onlar elektrostimulyator cihazına birləşdirilir. Əvvəlcə tədqiqatçı təcrübə heyvanının ayağını elektrostimulyatorla əlaqədar olan və cərəyan dövrəsinin açılıbbağlanmasını təmin edən elektrik dəstəyinə bir neçə dəfə toxundurur. Bu zaman təcrübə altındakı heyvan hər dəfə qısamüddətli (təxminən 0,2 saniyə) elektrik qıcığı alır. Qıcıq heyvanda müəyyən hiss oyadır. Əgər bu hiss müsbət emosiya doğurarsa, heyvan bir vaxtdan sonra stimulyatoru işə salan elektrik dəstəyini özü ayağı ilə basmağa çalışacaq və özünü stimullaşdırmağa başlayacaqdır. Təcrübi heyvan buna o qədər aludə olur ki, bəzən o hətta saatlarla ayağını dəstəkdən çəkmir, gün ərzində onu yüz dəfələrlə basaraq elektrik qıcığı ilə özünü stimullaşdırmaqda davam edir. Mənfi emosiya yaranacağı hallarda isə o dəstəyə toxunmaqdan imtina edəcəkdir.
Lakin bu yolla, xüsusilə, beynin hipotalamus törəməsində həzz, qorxu, aclıq, toxluq və s. bu kimi hissləri idarə edən vegeta-