Beyin yarımkürələri qabığının elektrik fəallığı. Elektroensefaloqrafiya üsulu ilə beyin qabığının və qabıqaltı nüvələrdə yaranan elektrik potensiallarının qarşılıqlı əlaqəsi öyrənilir (şəkil 6.25).
Şəkil 6.25. Elektroensefaloqramın əsas ritmləri: I-beta-ritm, II-alfaritm, III-teta-ritm, IV-delta-ritm, V-qıçolma zamanı yaranan bioelektrik boşalmaları (E.B.Babkin və b., 1966).
Elektroensefaloqrafiya üsulu.Beyinin elektrik dalğalarını və
220 ya ritmlərini yazan cıhaza elektroensefaloqraf, alınan əyriyə elektroensefaloqramma (EEQ) deyilir. Müasir elektroensefaloqraflar xüsusi elektron gücləndiricilərinin vasitəsilə beyin potensiallarını bir neçə yüz min və hətta milyon dəfələrlə gücləndirərək qeyd etməyə imkan verir. Hazırda 8, 16, 32 və daha çox kanallı və yüksək həssaslığa malik elektroensefaloqraf vasitəsilə eyni zamanda beyinin çoxlu sahələrindən biopotensiallar qeydə alına bilər.
Heyvanların, o cümlədən, ali məməlilərin EEQ-si, əsasən, delta və teta dalğalarının yüksək fəallığı ilə xarakterizə olunur.
Beyinin müxtəlif nahiyələrinə mikroelektrod qoyub sükunət və fəaliyyət halında yaranan potensial dalğaları yazsaq, beta, alfa, teta və delta dalğaları müşahidə edilir (şəkil 6.25).
Alfa-ritm. Bu, seyrək, uzun və iri amplitudlu dalğalardır.
Tezliyi 8-13 hers/san, gərginliyi 0,5-0,9 mkB, amplitudu isə 90120 mkV-a çatır. Alfa-ritm fiziki və mənəvi rahatlıq vəziyyətində və xarici qıcıqların təsiri olmadıqda müşahidə olunur. Kor adamlarda alfa-ritm ya çox zəif olur, ya da heç olmur.
Beta-ritm. Bu kiçik, qısa və sıx dalğalardır. Onun tezliyi saniyədə 20-30 hers, gərginliyi 0,13 mkV-dur, əsasən beyin qabığının alın nahiyəsində daha yaxşı müşahidə edilir.
Teta-ritm. Bu, tezliyi saniyədə 4-8 hers, amplitudası 100-150 mkV olan dalğalardır. Belə dalğalar yuxu zamanı və bəzi patoloji hallarda (hipoksiya və dərin narkoz zamanı) müşahidə olunur.