Şəkil 6.24. İ.P.Pavlova görə şərti qida şirə refleksinin yaradılması təcrübəsi. Solda – təcrübi heyvan üçün kamera, sağda – tədqiqatçı otağı.
Sonra heyvana yemək verməklə yanaşı, onun yerləşdiyi kamerada işıq yandırılır. Bu, onun üçün şərti qıcıq olacaqdır. Əgər şərtsiz və şərti qıcıqların heyvana təsiri dəfələrlə birgə baş verərsə, onda heyvan şərtsiz qıcıq almadan tək şərti qıcığa qarşı
218 tüpürcək ifrazı reaksiyasını təzahür etdirəcəkdir.
Təcrübə heyvanın üzərində şərti refleksi almaq üçün aşağıdakılara əməl etmək lazımdır:
Şərti reflekslər yalnız fitri, anadangəlmə şərtsiz reflekslər üzərində qurula bilər.
Bir qayda olaraq, şərti qıcıq orqanizmə şərtsiz qıcıqdan azacıq əvvəl və ya onunla birgə təsir etməli və qüvvəcə ondan zəif olmamalıdır.
Şərti reflekslərin yaranması üçün mütləq refleks yolunun bütün elementlərinin tamlığı, normal funksiyası zəruri şərtdir. Mərkəzi sinir sisteminin pozulması, xəstəlik halı və s. bu kimi amillər şərti reflekslərin əmələ gəlməsini çətinləşdirir.
Şərti reflekslərin yaranmasında orqanizmə əlavə təsir göstərən qıcıqlandırıcıların əhəmiyyəti böyükdür. Verilmiş şərti qıcıq hər bir kənar, yad qıcıqlandırıcı refleksin baş verməsinə, mənfi təsir göstərir.
Mikroskopik metodlar.Kontrast, flüoressent və elektron mikroskopla aparılan neyrohistoloji tədqiqatlar sinir toxumasının, onun hüceyrəvi ünsürlərinin və onların törəmələrinin statik və dinamik quruluş xüsusiyyətlərini, bu və ya digər funksional vəziyyətdə qazandığı incə anatomik dəyişiklikləri müəyyən etməyə geniş imkanlar açmışdır.
Son illərdə icad edilmiş vital mikroskopiya, canlı toxumanın mikroskopla öyrənilməsində beynin mikrostrukturlarında bəzi subhüceyrə və molekulyar dəyişikləri müşahidə etməyə imkan verir.
Mikrotom dəzgahları vasitəsilə bir neçə mikron qalınlığında alınan kəsiklər elektron-mikroskopik tədqiqatlar üçün daha zəruridir.
Elektrofizioloji üsul.Məlum olduğu kimi sinir, əzələ və bütün digər toxumalar oyanarkən onda fəaliyyət potensialı yaranır, əmələ gələn biocərəyanların gərginliyini (elektroensefaloqrafla) xüsusi cihazlar, vasitəsilə (katod ossilloqrafı, elektroensofaloqraf) gücləndirib ossiloqrafda müşahidə edir və ossilloqrafda alınan biopotensial hərəkət edən fotokağız üzərində yazılır. Mərkəzi və mühiti sinir sisteminin ayrı-ayrı nahiyələrində əmələ gələn fəaliyyət cərəyanını və o cərəyanın gərginliyini elektroensofaloqrafla
219 ölçməklə, biz, o nahiyələrin oyanma və oyanmanı nəqletmə dərəcəsi haqqında fəaliyyət cərəyanı və ya oyanma əmələ gələn beyin nahiyyəsinin hansı üzvün (görmə və ya eşitmə) mərkəzi olması haqqında fikir söyləyirik.