Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə120/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

11.Öskürmə mərkəzi. Öskürmə də asqırma kimi mürəkkəb müdafiə refleksidir. Bu refleks qırtlaq, traxeya və bronxların selikli qişasının qıcıqlanması nəticəsində baş verir.

  1. Fonasiya mərkəzi. Uzunsov beyində fonasiya (səs çıxarma) mərkəzi də vardır.

  2. Gözqırpma mərkəzi. Bu zaman hissi sinirləri qıcıqlandıran amil konyuktiv kisəyə toplanan göz yaşıdır.

  3. Göz yaşı ifrazı mərkəzi. Göz yaşı ifrazı refleksinin mexanizmi də gözqırpan refleks kimidir.

  4. Tənəffüs mərkəzi. Uzunsov beynin rombvarı çuxurunun alt hissəsində yerləşir və tənəffüs hərəkətlərini tənzim edir.

Tənəffüs mərkəzi sinir tənzimindən əlavə, humoral tənzimləmə mexanizminə də malikdir. Asqırma və öskürmə refleksləri, burun və qırtlağın qıcıqlanmasına qarşı alınan şəklini dəyişmiş tənəffüs hərəkətləridir. Bu, onların tənzimində də tənəffüs mərkəzlərinin iştirak etdiyini göstərir.
16.Ürək fəaliyyətinin tənzimi mərkəzi. Vaxtilə İ.P.Pavlov müəyyən etmişdir ki, azan sinirin ürəyə gələn şaxələri ürək fəaliyyətini zəiflədir və tormozlayır. Bu sinirin nüvəsi uzunsov beyində yerləşir, humoral və reflektor yolla oyanır.
17.Vazomotor mərkəz. Uzunsov beyində qan damarlarının daralmasını və genişlənməsini nizamlayan vazomotor mərkəz yerləşir. Vazomotor mərkəz simpatik sinir sistemi ilə sıx əlaqədardır. Sinir borusunun uzunsov beynindən bir qədər aşağı nahiyədə kəsilməsi dammar tonusunu zəiflədir. Bu bir daha göstərir ki, qan damarlarının ilkin (bazal) tonusunu tənzim edən, uzunsov beyindəki vazomotor mərkəzdir.
18.Tər ifrazı mərkəzi. Dəridə olan tər vəzilərini tənzim edir.
19.Maddələr mübadiləsi mərkəzi. Uzunsov beynin müxtəlif sahələrinin qıcıqlandırılması maddələr mübadiləsində bir sıra
231
dəyişikliklər törədir. Su və duz mübadiləsinin tənzimində də uzunsov beyin iştirak edir.
Uzunsov beyin həm də bəzi davranış aktlarının formalaşmasında iştirak edir.
Onun fəaliyyəti beyin yarımkürələri qabığına tabedir.
Uzunsov beynin və Varol körpüsünün ikinci mühüm vəzifəsi onurğa beynilə beynin yuxarı şöbələri arasında müəyyən əlaqə yaratmaqdır. Onurğa beynin ön, arxa və yan sütunları tərkibində qalxan və enən sinir yolları mütləq uzunsov beyin və Varol körpüsü sahəsindən keçir.
Uzunsov beynin digər mühüm funksiyalarından biri də onun əzələ tonusunun tənzimində iştirak etməsidir. Onları bükmək və açmaq üçün çox qüvvə sərf etmək lazım gəlir, ətrafları qatlayıb buraxan kimi ayaq yenə də əvvəlki gərgin vəziyyətə qayıdır. Boyunun açıcı əzələləri o qədər gərginləşir ki, baş arxaya doğru qatlanır, onurğa sütunu yuxarı əyilərək qövsvarı forma alır. Buna deserebrasiya qıclığı (rigidliyi) deyilir. Bir sözlə, uzunsov beyni beynin başqa şöbələrindən ayırdıqda bütün əzələlərin tonusu kəskin şəkildə artır və uzun müddət bu halda qalır. Deserebrasiya qıclığında açıcı əzələlərin tonusu, bükücü əzələlərin tonusundan yüksəkdir. Orta beyinlə uzunsov beynin əlaqəsi pozulmasa, onda deserebrasiya rigidliyi müşahidə olunmur. Belə heyvanın qabaq və arxa ətrafları həddindən artıq gərilir (şəkil 6.27). Dəhliz siniri nüvəsini və xüsusilə onun Deyters nüvəsi adlanan hissəsini pozduqda deserebrasiya qıclığı zəifləyir. Deyters nüvəsi ilə birlikdə uzunsov beynin retikulyar formasiyası pozulduqda deserebrasiya rigidliyi tamamilə kəsilir.
Beynin daha ali şöbələrinə tabe olan uzunsov beyin onurğa beynin geniş yayılmış funksiyalarını birləşdirərək öz nəzarəti altında saxlayır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin