Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə122/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Beyincik. Beyincik kütləcə arxa beynin ən böyük hissəsidir. Beyincik iki kiçik yarımkürədən və onları birləşdirən soxulcanvarı cisimdən ibarətdir.
Ayrı-ayrı heyvanlarda beyincik müxtəlif dərəcədə inkişaf etmişdir. Suda-quruda yaşayanlarda, sürünənlərdə ibtidai şəkildə olan beyincik quşlarda daha yaxşı inkişaf etmişdir. Məməlilərdə, xüsusilə insanda, beyincik öz inkişafının ən yüksək mərhələsinə çatmışdır. İnsanda beyincik beyin yarımkürələrinin ənsə payının altında, Varol körpüsü ilə uzunsov beynin üstündə yerləşmişdir.
Beyinciyin soxulcanvarı hissəsi, filogenez etibarilə nisbətən köhnə şöbəsi olub, köhnə beyincik, onun yarımkürələri isə daha cavan şöbə olub, yeni beyincik adlanır.
Beyincik üç cüt ayaqcıqla beynin demək olar ki, bütün hissələri ilə birləşib çox mürəkkəb afferent və efferent yollara
234
malikdir. Beyinciyə oyanma siqnallarını gətirən afferent liflər onun ayaqcıqlarının tərkibinə daxil olur.
Orta ayaqcıq, beyinciyi Varol körpüsü ilə birləşdirdiyindən körpü ayaqcıqları adlanır. Yuxarı ayaqcıqlar birləşdirici ayaqcıqlar adlanıb, beyinciyi dördtəpəli cismə birləşdirir. Üçüncü cüt ayaqcıqlar, alt ayaqcıqlar kəndirəoxşar cisim adlanıb, beyinciyi uzunsov beyinlə birləşdirir. Beyinciyin yarımkürələri və soxulcanı xaricdən boz maddə təbəqəsi – qabıqla örtülüb, daxilində ağ maddədən ibarətdir. Ağ maddənin içərisində beyinciyin dörd cüt nüvəsi: ən böyük dişli nüvə, beyinciyi yarmıkürəsinə aid olan mantar, kürəyə oxşar, nəhayət, soxulcanın ağ maddəsində yerləşən IV mədəciyin damında yerləşən dam nüvəsi.
Beyincik, həm afferent, həm də efferent liflər vasitəsilə MSSnin bütün şöbələri ilə əlaqədardır. Beyincik yerinə yetirdiyi funksiyalara görə baş beyinin köməkçisidir.
Beyincik bədənin əsas sensor yollarından kənarda yerləşmiş və onlardan bilavasitə hissi siqnallar almır. Buna baxmayaraq, beyinə gələn afferent somatik impulslar müəyyən mexanizmlərlə beyinciyə ötürülür ki, həmin sensor məlumatlar əsasında o, bədənin vəziyyətindən xəbərdar olur. Beyinciyin əsas vəzifəsi bədən tonusunu və hərəkətlərini tənzimləməkdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin