1.Əmmə mərkəzi. Əmmə refleksi məməlilərdə yeni doğulanlarda müşahidə olunur. Uzunsov beynin tamlığı pozulduqda
229 əmmə refleksi əmələ gəlmir.
2.Çeynəmə mərkəzi. Qida ağıza düşdükdə reflektor çeynəmə aktı baş verir. Bu aktda əmmə refleksində iştirak edən sinirlərdən başqa dil-udlaq sinirinin afferent lifləri və üçlü sinirin çeynəmə əzələlərini sinirləndirən hərəki liflər də iştirak edir.
3.Ağız şirəsi (tüpürcək) ifrazı mərkəzi.Reflektor tüpürcək ifrazı qidanın ağıza düşməsi ilə başlanır. Uzunsov beyin zədələndikdə qidanın ağıza düşməsi tüpürcək ifrazına səbəb olmur.
4.Udma mərkəzi. Udma mürəkkəb aktdır. Bu aktda ağız və udlaq boşluqlarının əzələləri iştirak edir. Uzunsov beynin pozulması nəticəsində yaranan əlamətlərdən biri də udma aktının pozulmasıdır. Bu halda bəzən qida burun boşluğuna və ya nəfəs borusuna düşə bilər.
5.Mədə şirəsi ifrazı mərkəzi.Qida ağıza düşdükdə tüpürcək ifrazı ardınca mədə şirəsi ifraz olunur.
6.Mədənin boşalma (evakuasiya) mərkəzi. Qida mədədən onikibarmaq bağırsağa hissə-hissə keçir. Bu reflektor aktdır və onda azan və simpatik sinirlərin hissi və hərəki şaxələri iştirak edir.
7.Qusma mərkəzi.Qusma aktı müdafiə xarakterli reflektor reaksiyadır. Bu reaksiya mədəyə düşən yararsız və zərərli maddələrin rədd edilməsinə yönəlmişdir.
8.Mədəaltı vəzi (pankreas) şirəsi ifrazı mərkəzi. Qida bağırsaq traktına düşdükdə buradakı hissi sinirləri qıcıqlandırır və oyanmalar uzunsov beyindəki pankreas sekretor sinirləri oyadaraq şirə ifrazına səbəb olur. Bu refleksdə iştirak edən afferent liflər azan sinirə, sekretor liflər isə azan və simpatik sinirlərə aiddir.
9.Öd ifrazı mərkəzi.Öd kisəsinə toplanan öd, onikibarmaq bağırsağa yağlı maddələrin düşməsi ilə əlaqədar olaraq reflektor surətdə öd kisəsi tərəfindən sıxışdırılır və ümumi öd axacağının qurtaracağındakı sfinktorun açılması ilə onikibarmaq bağırsağa qovulur.
10.Asqırma mərkəzi.Asqırma – mürəkkəb reflektor nəfəsvermə aktı olub, müdafiə xarakteri daşıyır.
Nəfəs yolunda selikli qişanı qıcıqlandıran amil xaric edilir.
230 Zökəmli xəstənin tez-tez asqırması xəstəlik sayəsində selikli qişanın çoxlu ifraz etdiyi seliyin həmin qişadakı sinirləri qıcıqlandırmasından irəli gəlir. Bu refleksdə üçlü, dil-udlaq, azan dilaltı sinirlərin şaxələri və bir sıra onurğa beyni sinirləri iştirak edir.