Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Arxa sütunun qalxan yollarına –



Yüklə 31,99 Mb.
səhifə117/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Arxa sütunun qalxan yollarına – Nazik dəstə (Holl dəstəsi). Bədənin aşağı hissəsinin və aşağı ətrafların reseptorlarından lamisə təzyiq və əzələ-dayaq hissiyyatı (proprioseptiv) siqnalları nəql edir.
Pazvarı dəstə (Burdax dəstəsi). Bədənin yuxarı hissəsinin və yuxarı ətrafların reseptorlarından lamisə və proprioseptiv siqnalları daşıyır.
Yan sütunların qalxan yollarına – Arxa onurğa beyni-beyincik yolu (Fleksii dəstəsi). Onurğa beyninin hissi köklərindən başlanır və beyinciyin qabıq hissəsinə daxil olur, beyinciyə propriosetiv siqnalları nəql edir.
Ön onurğa beyni-beyincik yolu (Hovers dəstəsi). Fleksi dəstəsi kimidir, lakin onurğa beyninin ön tərəfində yerləşən arxa buynuzlardan başlanır.
Onurğa beyni-talamus yolu. Onurğa beyninin yan buynuzlarından başlayıb baş beynin görmə qabarları sahəsinə qalxır. Temperatur, ağrı, lamisə və təzyiq siqnallarını daşıyır.
Dəstələrdəki lifləri qısa və uzun liflərə bölürlər. Qısa liflər arxa sütunun tərkibində bir neçə seqment qalxaraq onurğa beyninin boz madəsinə daxil olur və onun refleks qövslərinin ya aralıq
226
neyronlarında, ya da afferent neyronlarında qurtarır. Uzun liflər isə uzunsov beynin nüvələrində qurtarır, oradan başlayan ikinci afferent neyronların lifləri ilə çarpazlaşaraq əks tərəfə keçir və görmə qabarlarına doğru gedir.
Onurğa beyni funksiyalarının həyata keçirilməsində enən sinir yollarının da mühüm əhəmiyyəti vardır. Onurğa beyninin enən sinir yollarına aşağıdakı lif dəstələri aiddir:
Qabıq – spinal ön və ya düz piramidal yol. Qabığın hərəki mərkəzlərinin iri piramidal neyronların hərəki lifləridir, onurğa beyni ön buynuzlarının hərəki neyronlarında qurtarır. İradi hərəkətləri təmin edən impulsları nəql edir.
Qabıq-spinal yan və çarpazlaşmış piramidal yol. Qabığın hərəki zonalarından başlanır, uzunsov beyin səviyyəsində çarpazlaşaraq onurğa beyninin əks tərəflərindəki ön buynuzlarda qurtarır. Piramidal yollar yalnız məməlilərdə meydana çıxır və insanda özünün ən yüksək inkişafına çatır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin