Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə114/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Delta-ritm. Amplitudu 250-300 mkV, tezliyi saniyədə 0,5-3,5 hers olan zəif dalğalardır. Delta dalğalar dərin yuxu zamanı, beyin yarımkürələri qabığının müxtəlif patologiyalarında və hipoksiyası şəraitində yaranır.
Aparılmış tədqiqatlar göstərir ki, qabığın hüceyrələri mərkəzi sinir sisteminin digər neyronları kimi təsir potensialını yaymaq qabiliyyətinə malikdir.
Hipoksiyanın başlanğıc mərhələsində alfa-ritm beta-ritmlə, daha sonra isə beta-ritm delta-ritmlə əvəz olunur. İnsan huşunu itirdikdə artıq delta dalğalar əmələ gəlir.
İnsanın sakit vəziyyətində alfa-dalğalar əmələ gəlir. Narkoz
221
efir buxarı ilə nəfəs aldıqda hərəki və danışıq oyanmasına uyğun beta dalğalar üzə çıxır. Sonra narkoz dərinləşdikdə teta, onlarda delta-dalğalarla əvəz olur, sonra elektrik dalğaları itir, «sakitlik» dövrü əmələ gəlir. Ayrılarkən dalğalar əksinə olur.
Patoloji anatomik üsul. Sağlam adamlar xəstəlikdən sonra, məsələn, MSS-nin müxtəlif şöbələrində: onurğa beyni, uzunsov beyin, orta beyin, beyincik, ara beyin və beyin yarım kürələrində şiş və başqa pozğunluqlar müşahidə edildikdə xəstə klinik olaraq ölənə qədər nəzarət altına alınır, öləndən sonra yarılır, onun MSS-ı patoloji-anatomik və histoloji cəhətdən nəzərdən keçirilir, nəticədə illərlə xəstəni narahat edən, fəaliyyətində pozğunluq olan üzvün beyinin hansı şöbəsi ilə əlaqədar olduğu müəyyən edilir.
Kimyəvi üsul. Beyin üzərində aparılan fizioloji təcrübələrdə kimyəvi qıcıqlandırma üsullarından ilk dəfə M.İ.Seçenov geniş istifadə etmişdir. Qurbağa beyninin görmə qabarları nahiyəsinə xörək duzu kristallarını qoymaqla o, baş beynin onurğa beyninin hərəki reflekslərinin təzahürünə təsirini öyrənmişdir. Bu cür təcrübələrlə M.İ.Seçenov beyində «mərkəzi ləngimə» hadisəsini kəşf etmişdir.
Təkamülün fizioloji üsulu. Təkamül fiziologiyası müqayisəli fiziologiyanın son pilləsi olub, öz fəaliyyətini müxtəlif zooloji qruplara aid növlərin və eyni növdən olan canlıların müxtəlif inkişaf mərhələlərindəki spesifik xüsusiyyətlərini öyrənir.
Təkamül hadisəsinin ayrı-ayrı inkişaf mərhələlərində olan heyvanların sinir sisteminin quruluş və fəaliyyətini, heyvanın həyatında oynadığı rolu müqayisə etmək və öyrənmək vasitəsilə sinir sistemi fəaliyyətindəki xüsusiyyətləri, dəyişkənliyi və s. aydınlaşdıra bilirik.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin