Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Beyincik çıxarıldıqda və ya pozulduqda hərəkətlərdə baş verən dəyişikliklər



Yüklə 31,99 Mb.
səhifə123/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Beyincik çıxarıldıqda və ya pozulduqda hərəkətlərdə baş verən dəyişikliklər. Beyinciyin funksiyasını öyrənmək üçün heyvanlarda onu bütünlüklə və ya ayrı-ayrı hissələrini cərrahi yolla çıxarıb heyvanın hərəkətlərində baş verən dəyişiklikləri müşahidə etmək lazımdır. İnsanlarda belə müşahidələr beyinciyin xəstəlikləri zamanı aparılır.
Beyinciyin cərrahi yolla birtərəfli çıxarılması zamanı ilk ağrılar keçdikdən sonra heyvan ayağa qalxa bilsə də, onda hərəkət pozğunluğu müşahidə olunur.
Beyincik tam çıxarıldıqdan (şəkil 6.28) sonra ilk vaxtlar heyvanın ayağa qalxmaq cəhdləri baş tutmur. Sonralar heyvan tərpənmək istədikdə yıxılır, heyvan öz bədəninin vəziyyətini məkanda saxlamaq üçün ayaqlarını geniş açıb dayanır və i.a.
235
İnsanda beyincik pozulduqda o gözləri açıq halda ayaq üstə dayansa da səndələyir, gözlərini örtəndə yıxılır, düzgün yeriyə bilmir.
Beyinciyi çıxarılmış heyvanların hərəkətlərində bir sıra pozğunluqlar baş verir. Bu pozğunluqlara: atoniya, asteniya, astaziya, ataksiya, dezekvilibrasiya və dismetriya aid edilir.

Şəkil 6.28. Beyinciyi çıxarılmış itdə yerimə hərəkətlərinin dəyişməsi (E.B.Babski və b., 1966).
Dezekvilibrasiya – bədən müvazinətinin pozulmasıdır. Bu əlamət beyinciyin arxa beynin dəhliz nüvələri ilə sıx əlaqədə olan nahiyəsi çıxarıldıqda müşahidə olunur.
Atoniya və ya əzələ tonusunun zəifləməsi – beyincik çıxarıldıqdan bir neçə gün sonra baş verir. Düzgün, beyincik çıxarıldıqdan sonra əvvəlcə əzələ tonusdan düşür. Lakin sonralar açıcı əzələlərin tonusu bərpa olunur və əvvəlkindən daha yüksək olur. Bükücü əzələlər isə əvvəlki zəif tonusunu mühafizə edir.
Astaziya – beyincik zədələnən zaman baş və ətraflarda müşahidə olunan əsmə hərəkətləri kimi xarakterizə edilir. Beyinciyi zədələnmiş it pəncəsini qaldırmaq istədikdə onu bir neçə dəfə yuxarı və aşağı hərəkət etdirir, yemək istərkən heyvan başını yemək qabının üzərinə dəqiq istiqamətləndirə bilməyib başını dəfələrlə qaldırıb endirir, başladığı hərəkəti dərhal dayandıra bilmir.
Ataksiya – beyincik çıxarıldıqdan sonra hərəkətlərin
236
əlaqələndirilməsində baş verən xüsusi pozğunluqdur. Belə heyvanlarda hərəkətlər son dərəcə yöndəmsiz olur, yeriş zamanı ayaqlar normada olduğundan yuxarı qalxır; «xoruz yerişi» əmələ gəlir. Müəyyən vaxt keçdikdən sonra da belə vəziyyət qalır.
Asteniya – beyinciyi zədələnmiş heyvanın son dərəcə tez yorulmasına, əzələlərin qüvvədən düşməsinə deyilir.
Beyinciyi zədələnmiş adamın yerişi sərxoş adamın yerişinə bənzəyir. Yeriyərkən əllərin və ayaqların hərəkəti qeyri müəyyən olur. Xəstə əlini dəqiq hərəkət etdirə bilmir. Əgər ondan əlin baş barmağını hər hansı bir əşyaya yaxud öz burnunun ucuna dəqiq toxundurmağı tələb edilərsə, o bunu bacarmayacaqdır.
Beyinciyin çıxarılmasından uzun müddət sonra hərəki pozğunluqlar bir qədər azalır, lakin bir neçə il keçdikdən sonra da tamamilə aradan çıxmır. Beyincik çıxarıldıqdan sonra hərəki funksiyaların bərpası yeni şərti hərəki reflektor əlaqələr yaratmaqla mümkündür.
Beyincik, xüsusilə bədənin əzələ-dayaq hissiyyat aparatından çoxlu məlumat alır ki, bunun sayəsində beyincik bədənin məkanda vəziyyətinə tənzimləedici təsir göstərir. Beyin sütununun retikulyar formasiyası və orta beynin qırmızı nüvə kimi hərəki mərkəzi ilə beyinciyin əlaqələri daha mürəkkəbdir. Bu əlaqələr hesabına əzələlərin tonusu çox incə bir şəkildə idarə olunur. Beyincik, qabığın hərəki reaksiyaları ilə bağlı olan sahələrin neyronlarına, onların fəallığına tənzimləedici təsir göstərir. Beyincik zədələnərkən qanda şəkərin miqdarının artması bağırsaq və mədənin tonusu və hərəkətinin dəyişməsi, ürək və ağciyərlərin fəaliyyətində dəyişiklik əmələ gəlməsi, beyinciyin eyni zamanda vegetativ funksiyaların tənzimində iştirak etdiyini göstərir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin