Uc beyin – beyin yarmıkürələri, beyin yarımkürələri və onların funksiyaları. Neyroontogenezdə yarımkürələr sinir borusunun ön hissəsində formalaşan iki yan qovuqcuqdan inkişaf edir.
Mərkəzi sinir sisteminin, daha cavan şöbəsi beyin böyük yarımkürələri və onun qabığıdır (şəkil 6.5, 6.31, 6.32). Baş beyinin ən iri və mürəkkəb şöbəsi olan beyin yarımkürələrinin əmələ gəlməsi nəticəsində mərkəzi sinir sisteminin ümumi morfofunksional formalaşması başa çatır.
Şəkil 6.31.Beyin yarımkürələri qabığında bəzi funksiyaların yerləşmə sxemi (K.Bıkova görə, 1956): I-onurğa və uzunsov beyin, II-beyin sütunu, III-beyin qabığı.
250
Şəkil 6.32. İnsanda böyük beyin yarımkürələri qabığı sahələrinin sitoarxitektonik xəritəsi (Brodmana görə): a–beyin yarımkürələrinin xarici səthi, b–beyin yarımkürələrinin daxili səthi. Rəqəmlər hüceyrəvi sahələrin nömrəsini göstərir.
Ontogenez baxımdan uc beynin əsasında ən tez əmələ gələn qanqlioz qabar, qoxu qabarları. Ammon buynuzları və hippokamp adlanan törəmələrdir.
Beyin yarımkürələrinin inkişafında müşahidə edilən ən
251 xarakter əlamətlərdən biri onların toxumasında girinti və çıxıntıların əmələ gəlməsidir.
7-12 yaşında yarımkürələrin şırım və qırışıqlarının anatomik mənzərəsi yaşlılarda olduğu kimidir.
Yarımkürələr çəpkəndən (pallium) və qoxu beynindən ibarətdir. Hər yarımkürədə dörd pay – öndə alın, arxada ənsə, ortada təpə və yanlarda gicgah şöbəsi ayırd edilir.
Yarımkürələrin alt səthindən Silvi çuxuru şəklində başlanıb beynin yan tərəfləri ilə yuxarı və öndən arxaya doğru uzanan yan şırım (silvi şırımı) gicgah payını alın və təpə paylarından ayırır.
Yarımkürələri çıxarılmış quşu havaya buraxdıqda uçur, görmə, eşitmə qabiliyyətini saxlayır. Onlar qidanı və suyu sərbəst tapa bilmir, nəsil qayğısına qalmaq instinktlərini qismən itirir.
Beyin yarımkürələri çıxarılmış it çox yatır, ətrafa laqeyd olur, yeməkdən imtina edir, iy seçə bilmir.
Beyin yarımkürələrinin çıxarılmasını makak – rezus meymun çox ağır keçirir, uzun müddət yaşamır.
Beyin yarımkürələri inkişaf etməmiş (anansefal) insan cəmi bir neçə gün yaşayır. Nadir hal kimi, bir anansefal uşaq 3 il 9 ay yaşamışdır. Bu uşağın beyin yarımkürələri yerində iki qalın divarlı qovuqcuq, aralıq beyin isə normaldır.