Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


6.13. Divergensiya, konvergensiya və okklüziya



Yüklə 31,99 Mb.
səhifə106/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

208
6.13. Divergensiya, konvergensiya və okklüziya
Eyni bir afferentin başqa neyronlara şaxələr verməsinə divergensiya deyilir.
Periferik reseptorların afferentləri öz yolunda və mərkəzi sinir törəmələrində çoxlu yan kollateral və uc şaxələri verərək müxtəlif aralıq və efferent neyronlarla əlaqələnir.
Görmə, eşitmə, açlıq və s. haqqında olan sinir impulslarının beyin qabığının hərəki şöbəsinin piramid nahiyəsinin neyronlarına daxil olduğunu ilk dəfə Ç.S.Şerrinqton müəyyən etmişdir. Eyni neyrona müxtəlif mənbələrdən sinir impulsları daxil olması konvergensiya prinsipi adlanır. Deməli, konfergensiya müxtəlif afferentlərin eyni bir aralıq və ya efferent neyronda, yaxud da mərkəzi sinir sisteminin müəyyən bir məhdud sahəsində qurtarmasıdır. Bu halda ən müxtəlif reseptorlardan və beyin şöbələrindən gələn oyanmalar bir yerə konvergensiya olunur (şəkil 6.22, B). Mərkəzi sinir sistemində əksər motoneyronlar külli miqdarda afferent neyronlardan impulslar alır.
Konvergensiya məkan daxilində summasiyanı və okkulyuziya hadisəsini aydınlaşdırır. Müəyyən edilmişdir ki, iki müxtəlif mənbədən gələn qıcıqların təsirinə qarşı substratın cavabı, qıcıqların eyni anda və ya tək-tək verilməsindən asılı olur. Belə ki, bir vaxtda verilən qıcıqlara tək qıcığa qarşı olan reaksiyadan artıq cavab alınır. Qıcığa cavablarının cəmindən az olur. Məsələn, itin bir ətrafında 1-ci dizaltı sinirini maksimum qıcıqlandırdıqda ön qamış əzələsinin 1,57 kq, 2-ci dizaltı siniri qıcıqlandırdıqda 1,58 kq qüvvədə təqəllüs baş verir. Hər iki siniri eyni vaxta qıcıqlandırdıqda isə əzələ 1,81 kq qüvvə ilə təqəllüs edir. Belə bir effektin konvergensiyadan asılılığı şəkil 6.22-də aydın görünür.
İki mənbə eyni vaxtda qıcıqlandırıldıqda alınan cavabın həmin mənbələri tək-tək qıcıqlandırdıqda alınan cavabların cəmindən az olmasına funksional okklüziya deyilir.
209

Şəkil 6.22. Okklüziya hadisəsini əks etdirən sxem: (S.Şerrinqtona görə) Dairə daxilində çoxlu miqdarda hərəki hüceyrələr verilmişdir. Altı hüceyrə onlardan xaric olanaksonlarla göstərilmişdir. A və Bhərəki neyrona periferiyadan oyanmanı gətirən sinir lifləri; Maksimal qıcıqlanmada A və B lifi ilə gələn impuls 4 neyronda oyanma baş verir. Eyni vaxtda oyandıqda isə 6 neyron oyanır.
Əgər iki mənbəyi qıcıqlandırdıqda qıcığın qüvvəsi zəifdirsə, qıcıq qapısından aşağıdadırsa məkan daxilində yekunlaşma, əksinə, qıcıq qüvvəlidirsə funksional okklüziya baş verir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin