Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Reflektor hadisələrin koordinasiyası və respirok sinirlənmə



Yüklə 31,99 Mb.
səhifə104/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

6.12. Reflektor hadisələrin koordinasiyası və respirok sinirlənmə
Mərkəzi sinir sistemində müşahidə olunan neyron
səviyyəsində ki, sinir hadisələri arasındakı qarşılıqlı təsirə koordinasiya nizama salınma deyilir.
1862-ci ildə İ.M.Seçenov qurbağanın görmə qabarlarının üzərinə duz kristalları qoymaqla sübut etdi ki, mərkəzi sinir sistemində oyanma hadisəsilə yanaşı olaraq, eyni zamanda ləngimə hadisəsi də baş verir. Müxtəlif reseptorları eyni zamanda və ya ritmik qıcıqlandırmaqla müəyyən etmişdilər ki, müxtəlif mühit şəraitinə uyğunlaşma daha incə, daha düzgün reflektoru hərəkətlərin koordinasiya sayəsində mümkün olur. Bu iş prinsipi sayəsində orqanizm qıcıqların bir qisminə cavab verir, digərlərini ləngidir.
Mərkəzi sinir sistemində resiprok ləngimənin kəşf olunması rus fizioloqu N.E.Vvedenskiyə nəsib olmuşdur.
Əzələlərdən bir qrupunda oyanmanın, digər qrupunda həmin vaxtda ləngimənin baş verməsini və bunun koordinasiya üçün nə
205
kimi əhəmiyyətə malik olmasını N.E.Vvedenski qiymətləndirdi.
Respirok sinirlənmə. Mərkəzi sinir sistemində oyanma prosesi ətrafında ləngimə baş verir. Ləngimə isə beyinin digər nahiyələrində oyanmaya səbəb olur. Bunun nəticəsində reflektor yolla olduqca mürəkkəb əlaqələndirici hərəkətlər əmələ gəlir. Antaqonist əzələlər arasında qarşılıqlı əlaqə buna misal ola bilər. İnsan yeridikdə sol ayaqda diz bükülmüşsə, sağ ayaqda diz açılmış olur.
Buna uyğun olan beyin qabığında sol ayağın bükmə mərkəzi oyanmış, açma mərkəzi isə ləngimiş halda olur. Əks tərəfdə isə bunun əksinə olan qarşılıqlı bir əlaqə yaranır. Sağ ayağı açma mərkəzi oyanmış, bükmə mərkəzi isə ləngimiş vəziyyətdə olur.
Oxşar fəaliyyətə malik sistemlərin qarşılıqlı əks təsirlərinə respirok sinirlənmə deyilir.
Bildiyimiz kimi, əzələlər icra etdikləri hərəkətlərinə görə iki qrupa bölünür: sinergistlər antaqonistlər. Sinergist əzələlərin hərəkət aktında iştirakı eyni istiqamət üzrə olduğu halda, antaqonist əzələlər tamamilə əks istiqamətdə hərəkət edən əzələlərdir. Sinergist əzələlərə misal olaraq, ətrafı bir və ya bir neçə oynaqda bükən əzələləri, bunların antaqonistlərinə misal olaraq, həmin oynaqlarda ətrafı açan əzələləri göstərmək olar.
Ancaq Vvedenski 1897-ci ildə müəyyən etdi ki, qabıq mərkəzlərindən birisini, məsələn ön ətrafın bükücü əzələlərini, sinirləndirən mərkəzi qıcıqlandırdıqda, digər yarımkürədəki eyni adlı mərkəzin oyanıcılığı enir və həmin mərkəzin antaqonisti olan mərkəzin oyanıcılığı isə yüksəlir.
Beləliklə, elmdə birinci dəfə olaraq antaqonist mərkəzlər deyilən mərkəzlərdə oyanıcılığın əlaqəsi və ya respirok surətdə dəyişməsi faktı müəyyən edildi.
Sinir mərkəzləri arasındakı bir-birinə əks olan qarşılıqlı sinir əlaqələrini və respirok ləngiməni göstərən faktlar haqqında Vvedenski 1896-cı ilin yayında Münxendə psixoloqların III Beynəlxalq konqresində məlumat vermişdir.
Eyni halı 1897-ci ildə Ç.Şerrinqton spinal heyvanda açıcı və bükücü əzələ mərkəzlərini qıcıqlandırarkən müşahidə etmişdir.
206
Beləliklə, mərkəzi sinir sistemində antaqonist mərkəzlərin mövcudluğu müəyyənləşdirildi.
Sinir mərkəzlərinə gəlincə Vvedenski 1896-cı ildə müəyyən etmişdir ki, beyin qabığının müxtəlif nöqtələrindən bədənin hər bir əzələsinə, o əzələnin fəal və ya sakit halından asılı olmayaraq belə, ləngidici səciyyəvi təsir göstərmək olar. Əzələ sakit haldadırsa, o zaman beyin qabığında, hərəkət nöqtəsinin qıcıqlandırılması onun fəaliyyətə gəlməsinə, fəal haldadırsa, həmin qıcıq əzələnin boşalmasına səbəb olur.
Mərkəzi sinir sistemində induksiya hadisəsini Şerrinqiton öyrənmişdir. Məlum olmuşdur ki, ardıcıl induksiyanın mənfi və müsbət induksiya adlanan dövrləri vardır. Mərkəzlər arasında qarşılıqlı təsirdən asılı olaraq, əgər bükücü əzələlərə sinir impulsları göndərən mərkəz qıcıq verməklə oyandırılarsa, onda açıcı əzələlərin mərkəzi ləngiyir. Mərkəzlər arasındakı belə qarşılıqlı təsirə ardıcıl induksiya deyilir. Oyanmadan sonra mərkəzin ləngimə qabiliyyətinin artmasına mənfi induksiya, ləngimədən sonra isə həmin mərkəzin oyanma qabiliyyətinin yüksəlməsinə müsbət induksiya deyilir. Deməli, mərkəzi sinir sistemində məkan və zaman daxilində oyanma ləngimə ilə, ləngimə isə oyanma ilə əvəz olunur. Bunu Şerrinqtonun təcrübəsindən də müşahidə etmək olar. Belə ki, o heyvanın pəncəsinə qüvvətli qıcıq verməklə, qaşınma refleksinin ləngidiyini – mənfi induksiya; qıcıq kəsilən kimi isə refleksin qüvvətləndiyini – müsbət induksiya, müşahidə etmişdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin