[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Reflektorlu hərəkətlər. Orqanizmin belə qıcıqlara avtomatik, sterotipik, məqsədyönlü reaksiyasını Uniser 1771-ci ildə refleks adlandırmışdır. Refleks termini ilk dəfə 1640-cı ildə R.Dekart tərəfindən elmə daxil edilsə də, onun elmi izahını çex alimi Proxaske düzgün vermiş, rus alimləri Seçenov və Pavlov isə onu daha ətraflı öyrənmişlər.
Refleks termini latın sözü olan reflekto (əks edirəm) sözündən götürülmüşdür.
Orqanizmin MSS iştirak ilə xarici və daxili qıcığa qarşı verdiyi cavab reaksiyasına refleks deyilir. Onurğa beyninin pozulması ilə reflekslər yox olur; deməli, onlar MSS-nin aktivliyinin nəticəsidir. Reflekslər Pavlov tərəfindən anadangəlmə (şərtsiz) – bəbək, öskurmə, udma, dartma reaksiyası və s., həmçinin bütün həyatı boyu qazanılan reflekslər (şərti) mədə və bağırsaqda qidanın həzmi və hərəkətini orqanizmin hazırkı vəziyyətinə qan dövranı və tənəffüsün daima uyğunlaşması və s. aiddir.
XIX əsrin ikinci yarısında İ.M.Seçenov refleks təlimini yeni nəzəri və təcrübi baxımdan işıqlandırdı. O, Dekartın fizioloji düalizminə qarşı fizioloji materializm baxışı irəli sürdü. İ.M.Seçenova görə təkcə hərəkətlər deyil, şüur və psixi hadisələr də təbii fizioloji qanunlara tabedir, psixi fəaliyyətin əsasını da reflektor prinsipi təşkil edir. İ.P.Pavlov insan və heyvanların bütöv davranışının reflektor təbiətə malik olduğu fikrini qəbul edərək onun formalaşmasının üç mühüm prinsipini müəyyən etdi. Bunlar aşağıdakılardır: 1) səbəbiyyət (determinizm), 2) analiz və sintez, 3) quruluş (struktur) prinsipi – bütün reflektor proseslər mütləq sinir törəmələrinin iştirakı ilə həyata keçir.
İ.P.Pavlov insanda və heyvanlarda mürəkkəb qarşılıqlı əlaqələrinin tənzimində beyin yarımkürələri qabığının rolunu müəyyən etmişdir. İ.P.Pavlovun şərti reflekslər nəzəriyyəsinin əsas müddəalarından biri bu idi ki, funksiyaların qabıqüstü
187 mexanizmləri ali, qabıqaltı mexanizmləri isə ibtidai mexanizm olub, sonradan yaranma, qazanılma şərti reflektor fəaliyyətini formalaşdırır. Hər iki mexanizm vasitəsilə insan və heyvan orqanizmi ilk növbədə mühüm həyati funksiyaları – qidalanma, müdafiə, cinsi və digər mürəkkəb davranış reaksiyalarını həyata keçirir. Beyin yarımkürələri qabığı və beynin digər ali şöbələrinin iştirakı ilə anadangəlmə, şərtsiz reflekslər əsasında fərdi inkişaf prosesində yaranan daha geniş uyğunlanma imkanları qazanan şərti reflekslər həm də orqanizmin ali sinir fəaliyyəti sferasını müəyyən edir.
Refleks təlimində dönüş yaradanlardan biri akademik P.K.Anoxinin fikrinə görə refleks qövsünün qayıdan afferentasiya xüsusiyyəti var. Qayıdan afferentasiya-reaksiya baş verdikdən sonra onun haqqında baş-beyinə xəbər verir.
Hər bir refleks xarici və ya daxili qıcıqların təsir etməsilə başlayır və bunun nəticəsində üzvlərin fəaliyyətində baş verən dəyişikliklə qurtarır.
Misal üçün, qurbağanın aşağı ətrafını turşu məhluluna salsaq və ya ona sancaq batırsaq, o bükmə, döş və ya qarın nahiyəsində dəri üzərinə turşu ilə isladılmış filtr kağızı qoymuş olsaq – silmə, yazda erkək qurbağanın döş nahiyəsindəki dərisinə toxunmuş olsaq, onda quruldama hərəkətlərinin meydana çıxdığını görərik.
Bu reaksiyalar xassələrinə görə bükülmə, silmə və quruldama refleksləri adlanır.
İtlərdə müşahidə olunan reflekslərdən bunları misal gətirmək olar: ayaq altının dərisini mexaniki sürətdə qıcıqlandırmış olsaq, bu qıcığa qarşı ayağın və ayaq barmaqlarının refleks yolu ilə büküldüyünü görərik, buna ayaqaltı refleks deyilir. Südəmər uşaqların ağzına əmziyi saldıqda əmmə hərəkətləri, udlağın arxa səthini kobud cismlə qıcıqlandırdıqda hamıda qusma hərəkətləri alındığı kimi, gözün buynuz qişasına toxunmaq göz qapaqlarının qapanması – konyüktiv refleksini, şiddətli işıq isə bəbəyin daralması – bəbək refleksini verir.
Onurğa beynin işilə bağlı olan reflekslər spinal, uzunsov beynin iştirakı ilə həyata keçən reflekslər bulbar, orta beynin iştirakı
188 ilə formalaşan reflekslər mezensefal, aralıq beyin törəmələrinin və beyin yarmıkürələri qabığının fəaliyyətindən irəli gələn reflekslər kortikal reflekslər adlanır.
Reflekslər reflektor reaksiyanın son nəticəsinə və onda işçi üzvlərin iştirakına görə də fərqlənir. Əgər refleks əzələ fəaliyyətilə əlaqədardırsa, buna motor və ya hərəki reflekslər, vəzilərdə müəyyən sekretlərin ifrazı ilə nəticələnirsə, sekretor reflekslər deyilir və i.a.
Bu reflekslər zahirən başqa-başqa olsalar da onların fizioloji təbiətləri bir-birinə oxşayır. Bunların hamısı refleksdir. Bunların bir qismi bədənin xarici səthində yerləşmiş reseptorların qıcıqlanması ilə başlanır. Bu cür xarici səthdə yerləşmiş reseptorlara eksteroreseptorlar deyilir. Reflekslərin ikinci qismi daxili üzvlərin qıcıqlanması ilə baş verir. Qıcığın bilavasitə selikli qişaya təsirindən başlayır. Selikli qişadakı reseptorlara interoreseptorlar adı verilir. Bunlardan başqa bir qism reflekslər də vardır ki, bunlar oynaq kisələrində, bağ və vətərlərdə, əzələlərdə yerləşmiş reseptorların qıcıqlanmasına qarşı verilən reflekslərdir. Bu cür reseptorlara proprioreseptorlar deyilir. Proreseptorlardan refleks almaq üçün əzələyə və ya onun bağlandığı vətərə yüngülcə vurmaq kifayətdir.
Lakin qeyd etmək lazımdır ki, normal fizioloji şəraitdə bu reflekslər ancaq onurğa beyni, uzunsov və orta beynin mərkəzləri ilə əldə edilmir. Burada bütün mərkəzi sinir sistemi, xüsusən beyin yarımkürələrinin qabığı da iştirak edir. Bu cür refleksləri yalnız təcrübə şəraitində beynin ali şöbələrinin iştirakı olmadan almaq mümkündür.
Yuxarıda qeyd etdiyimiz reflekslərdən görünür ki, refleks hadisələri bədənin müəyyən nahiyələrinin qıcıqlanması ilə başlayır. Qıcığı qəbul edən sinir uclarının yerləşdiyi bədən nahiyəsi, xüsusən dəri nahiyəsi reflekslərin reseptiv sahəsi adlanır. Qıcıqlanması bu və ya digər refleksin baş verməsinə səbəb olan bədən nahiyəsi, refleksogen zona da adlanır.
Hər bir refleksin meydana gəlməsi üçün müəyyən bir yol lazımdır. Refleks aktında sinir hadisəsinin getdiyi yola refleks 189 qövsü adı verilir. Refleks qövsü beş hissədən:
Reseptor üzvdən (qıcıqları qəbuledici üzvdən),
Həmin efferent sinir lifinin işcil üzvlərdə qurtaran ucları və effektor (işcil) üzvdən ibarətdir.
Hal-hazırda refleks qövsünə altıncı komponent – qayıdan afferentasiya da daxil edilir. Refleks qövsləri sadə və mürəkkəb refleks olmaqla iki yerə bölünür (şəkil 6.20 A.B.). Sadə refleks qövsündə iki neyron iştirak edir. Birinci qəbuledici neyron adlanır. Sinir impulsu ondan ikinci reflektor neyronuna daxil olur.
Hər hansı reflektor aktın həyata keçməsi üçün müəyyən anatomik və fizioloji əsas lazımdır, əks halda heç bir refleks yarana bilməz. İkidən artıq neyron iştirak edirsə mürəkkəb refleks qövsü deyilir. Sadə refleks qövsündəki birinci neyron, qəbuledici neyron olub, sinir impulsu bu neyrondan ikinci effektor neyrona və oradan da işcil üzvə verilir (şəkil 6.20 A). Belə refleks qövsünə eyni zamanda bir sinapslı refleks qövsü də deyilir. Çünki burada iki neyronu bir-birindən ayıran bir sinaps iştirak edir. Lakin fizioloqlardan bir çoxunun rəyinə görə hər bir refleks qövsü ən azı üç neyrondan təşkil olunur. Bu halda qəbuledici neyronla efferent neyron arasında üçüncü neyron yerləşir ki, ona birləşdirici və ya aralıq neyron deyilir (şəkil 6.20 B). Bu neyronun çıxıntıları mərkəzi sinir sisteminin içərisində şaxələnərək müxtəlif mərkəzləri bir-birilə birləşdirir. Polisinaptik reflekslərdə oyanma hissi neyrondan aralıq neyrona verilir. Aralıq neyronun olmasının əhəmiyyəti ondan ibarətdir ki, eyni hərəki neyron müxtəlif reseptor neyronlardan siqnallar ala bilər, ona görə də eyni bir refleksin ən müxtəlif nahiyələrdə yerləşən reseptiv sahələrdən yaratmaq mümkündür.