VI FƏSIL
SINIR SISTEMI
6.1. Sinir hüceyrələrinin təkamül prosesində formalaşması
Yer üzündə çoxhüceyrəli heyvan orqanizmləri təxminən milyard il bundan əvvəl meydana gəlmişdir. Əsasən oturaq həyat tərzi keçirən hidrapoliplər və sərbəst hərəkətli meduzalar çoxhüceyrəli heyvan orqanizmlərinin ən primitiv nümayəndələridir. İlk sinir hüceyrələri məhz bu heyvanların orqanizmində əmələ gəlmişdir. Bağırsaqboşluqlular tipinə mənsub olan hidranın səthi müdafiəedici epitel hüceyrələrilə örtülmüşdür. Həmin hüceyrələr ilk vəziyyətlərində həm də hissi funksiyasını yerinə yetirən törəmələrə malik olmuşlar. Belə hüceyrələrin bir qismi öz şəklini dəyişərək ektodermanın dərinliyinə keçmiş və çıxıntılı quruluş forması və yüksək oyanıqlıq qabiliyyəti qazanmışdır və tədricən müxtəlif sinir sistemi tiplərini əmələ gətirmişdir.
Sinir sistemi öz filogenez inkişafında dörd mərhələ keçmişdir.
Sinir sisteminin təkamülündə (filogenezində) rast gəlinən ilk quruluş forması səpkin və ya diffuz sinir sistemidir. Onun ən tipik növünə bağırsaqboşluqlularda (hidralarda) rast gəlinir (şəkil 6.1). Hidranın sinir hüceyrələri yaxşı inkişaf etmiş heyvan orqanizminin sinir hüceyrələrindən o qədər də fərqlənmir. Onlar əsl neyron funksiyasına – siqnalları nəql etmək və yenidən işləmək funksiyasına malikdir. Hiss və hərəki neyronlar arasında aralıq neyronlara (interneyronlara)
rast gəlinir, onlar həmin hüceyrələri birbirilə əlaqələndirir.
Hidranın sinir lifində oyanmalar təxminən 0,07 m/san hərəkət sürəti ilə nəql olunur.
Sinir sisteminin inkişafında sonrakı quruluş mərhələsi tipi sapvarı sinir sistemidir. Ona bağırsaqboşluqlulardan sərbəst hərəkətli meduzalarda rast gəlinir (şəkil 6.2).
Sapabənzər sinir sistemi, neyronların bədənin müəyyən yerində toplanıb sapvarı
147
törəmə bir kəmər əmələ gətirməsilə xarakterizə olunur. Bu kəmərdən bədənin digər hissələrinə sinirlər gedir. Qalan sinir hüceyrələri isə səpkin quruluşda təşkil olunmuşdur.
Dostları ilə paylaş: