1.2. Strateji menecmentin baza modeli Harvard Business Review məktəbində 1962-ci ildən F.Gilmor və R.Branderburq yüzlərlə modeli özündə əks etdirən strateji menecment dərslərinə həsr olunmuş “Koorporativ planlaşdırmanın anatomiyası” məqaləsini çap etdirməyə başladı və onlar məqalədə bu prosesin formalaşdırılması prinsiplərini göstərilmişdir. Qeyd etmək lazımdır ki, H.Minçberqin fikrincə bu modellər əsasən bir konstruktiv nəzəriyyə və yaxud bazaya əsaslanıb. Onlar prinsipial konstruksiyaya görə deyil bir-birindən yalnız ayrı-ayrı detallara görə fərqlənirlər. Bunları nəzərə alaraq strateji planlaşdırmanın (menecmentin) baza modelini və onun 3 əsas modifikasiyasını nəzərdən keçirək.
Harvard Biznes məktəbinin modeli.
Harvard Biznes məktəbinin modeli (Harvard qrupu) Harvard alimlərinin apardıqları tədqiqat nəticəsində hazırlanmış və SWOT proseduru kimi məşhurdur. Bu modeli H.Minçberq “layihələndirmə məktəbi modeli” adlandırır, çünki bu model “ləyihənin əsaslandırılmasını” təmin edən bir neçə baza amillərinə əsaslanır. Bu modelin prinsipial sxemi aşağıda göstərilmişdir.
Sxemdən göründüyü kimi strateji planın (strateji planlaşdırma prosesi) formalaşdırılmasının ümumi prinsipləri ardıcıl sistemləşdirilmiş və strateji plan hazırlanarkən ilkin olaraq xarici işgüzar ətraf mühit dəyərləndirilməli, bu zaman mənfi təsirlər hesablanmalı və uğurların əsas amilləri aşkar edilməlidir. Eyni zamanda resurs imkanları, güclü və zəif tərəflər aşkar edilərək dəyərləndirilməlidir və son nəticədə fərqli formalar müəyyənləşdirilməli və onların qarşılıqlı əlaqələri düzgün təyin edilməlidir.
Növbəti mərhələdə qeyd olunmuşları nəzərə alaraq strategiya formalaşdırılmalı və prosesdə sosial məsuliyyət və yuxarı rəhbərliyin dəyərləri də nəzərə alınmalıdır. Bunlar həyata keçiriləndən sonra strateji plan seçilməli və qiymətləndirilməlidir.