2.1 Strateji menecment konsepsiyasının formalaşması prinsipləri və təhlili
Strateji idarəetmənin konsepsiyası, klasifikasiyası, strategiyası haqqında müasir elmdə tələb olunan səviyyədə araşdırmalar aparılmış və təcrübələr toplanmışdır.
Beləki, V.S.Katkalo “Strateji menecmentin nəzəriyyəsinin təkamülü” tədqiqatında apardığı araşdırmalar nəticəsində daha çox məşhur olan aşağıdakı yanaşmaları qeyd etmişdir:
Strategiya prosesləri və mahiyyəti arasındakı dixotomiyaya əsaslanan D.Şendel və K.Xoferin klassifikasiyası;
Strategiyanın nəticələri və onun formalaşdırılması arasındakı fərqlərə əsasən R.Vittinqton klassifikasiyası;
E.Çafrinin xətti, uyğunlaşma (şəraitə və tələblərə) və eyniləşdirmə klassifikasiyası;
L.Rulo və F.Segenin dörd (klassik, vəziyyətə müvafiq, sosial-siyasi və sosial-koqnitiv) bölməyə ayrılan strategiyalarının klassifikasiyası;
D.Tisa və həmmüəlliflərə görə konkret qüvvələrin konsepsiyası, strateji konflikt konsepsiyasına və dinamik sistem konsepsiyalarına əsaslanan klassifikasiya.
Yuxarıda göstərilən və bu istiqamətdə tədqiqat aparan və strateji menecmentin əsaslarını yaradan mütəxəsisislərin tövsiyyələrinə əsasən strateji menecmentin aşağıdakı istiqamətlərini qeyd etmək olar.
Cədvəl 2.1. Strateji menecment prosesinin mahiyyəti
S/s
|
İstiqamətlər
|
Mahiyyəti
|
1
|
Dizayn
|
Təkəmül prosesi kimi formalaşan strategiya
|
2
|
Planlaşdırma
|
Formal proses kimi strategiyanın qurulması
|
3
|
Proqnozlaşdırma
|
Analitik proses kimi strategiyanın qurulması
|
4
|
Sahibkarlıq
|
Öncədəngörmə proses kimi strategiyanın qurulması
|
5
|
Koqnitiv
|
Mental proses kimi strategiyanın qurulması
|
6
|
Təhsil
|
Strategiyanıı inkişaf prosesi kimi formalaşdırılması
|
7
|
Hakimiyyət
|
Strategiyanın danışıqlar prosesi kimi formalaşdırması
|
8
|
Mədəniyyət
|
Strategiyanın kollektiv proses kimi formalaşdırılması
|
9
|
Xarici aləm (mühit)
|
Strategiyanı reaktiv proses kimi formalaşdırılması
|
10
|
Yenidənqurma (konfiquryasiya)
|
Strategiyanın keçid (transformasiya) kimi formalaşdırması
|
Qeyd olunan klassifikatorların hər biri çox sayda tədqiqatların mənbəyi əsasında sistemləşdirilib. Ancaq, təklif olunan klassifikatorların dərin öyrənilməsi bir sıra çatışmamazlıq və kənarlaşmaların olduğunu göstərir. Beləki, qeyd olunan hər bir istiqamət müəssisə və təşkilatın inkişaf strategiyası prosesinin bu həlqəsinin formalaşdırılmasını tam və mükəmməl əks etdirir, yəni onun hər hansı bir vacib cəhətinə diqqət edir. Ona görə də menecerlər strategiyanı formalaşdırarkən onun, yəni strateji menecmentin konstruktiv nəzəriyyəsinin tarixi təkamüll cəhətlərini daimi nəzərdən keçirməli, bu məqsədlə sahədə fundamental təklifləri hazırlayan mütəxəssislərin faktiki məlumatlarına, terminalogiyaların sadə və uyğunluğuna xüsusi diqqət verməlidirlər. Hal-hazırda strateji planlaşdırmanın və idarəetmənin üç konstruktuv nəzəriyyəsi geniş məlumdur, hansı ki, bunlar müasir iqtisad elminin müasir baxışlarına müvafiq müəssisənin konkret inkişaf strategiyasının formalaşdırılmasını təmin etməyə imkan verir. Ümumiyyətlə, müəssisənin inkişaf strategiyasının hazırlanması prosesində yuxarıda qeyd edilən müxtəlif nəzəriyyələrlə yanaşı müəssisənin fəaliyyətinin planlaşdırılması və idarəedilməsi sahəsində inkişaf strategiyasının konkret inkişaf mərhələlələri cədvəldə göstərilən istiqamətlər üzrə nəzərdən keçirilməli, təhlil edilməli və təkmilləşdirilməlidir.
Dostları ilə paylaş: |