Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə11/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   109
STRATEJİ MENECMENT (1)

Şəkil 2.1. Müəssisələrdə Strateji planlaşdırmanın mövcud olan yanaşmalarının istifadə edilmə ardıcıllığı

Eyni zamanda bu prosesi mexaniki qəbul etmək tövsiyyə olunmur, şərait dəyərləndirilməli və planlaşdırmanın tərtibi ardıcıllığı nəzərdən keçirilməlidir. Yəni, hər bir müəssisə öz tarixinə, istehsal həcminə və xüsusiyyətlərinə, bütün əmək­daşlarının və yüksək rəhbərliyin klafikasiyasına müvafiq müəs­sisənin sonrakı inkişaf mərhələlərinə adekvat cavab verən strateji planlaş­dırmaya yanaşmanı müəyyən etmək hüququna malikdir və onu mütləq seçməlidir.


2.3. Strateji menecment strateji proses kimi.

Strateji menecmentin müasir nəzəriyyəsi strateji idarə­et­mə­nin üç “mahiyyət- proses-kontekst” formada və ardıcıllıqla tətqiq edir [113].


Bu konsepsiyanın sxemi aşağıdakı şəkildə verilmişdir.


Şəkil 2.2. Strateji menecmentin üç aspekti,təşkili və məqsədinin müqayisəsi

Bu zaman strateji prosesi və konteksti daimi nəzərə almaqla əsas fikir strategiyanın mahiyyətinə verilir. Ancaq, məsələnin belə qoyuluşu heç də mütləq deyildir. Hal-hazırda ətraf mühitdə baş verən qeyri-müəyyənlik makro və mikro səviyyədə sosial iqtisadi prosesi tam və mükəmməl təhlil etmə­yə imkan vermir, baxmayaraq ki, strategiyanın formalaşması və hə­yata keçirilməsi prosesini sürətləndirən konstruktiv nə­zəriy­yə­lər mövcuddur. Hər şeydən əvvəl bu aşağıdakı hallarda baş verir və bu hal şəraitin daimi tədqiq edilməsi üçün əsas olur.



  1. İdarəetmə öz mahiyyətinə görə müəssisənin fəaliyyəti ilə bağlı qərarların qəbul edilməsində, proqramların ha­zırlan­masında, planlaşdırmada, tənzimləmədə, koordinasiyada və nəzarətdə daimi təkrar olunan prosesdir.

  2. İstənilən idarəetmə qərarları mütləq müəsisənin rəqabət fəaliyyətinin saxlanılması və yüksəldilməsinə, yəni son nəticədə mənfəət dividentlərinin və yeni dəyərlərin alınmasına yönəl­dil­məlidir.

  3. Strateji idarəetmə qərarları o vaxt həlledici olur ki, əgər bu qərarlar şirkətə bazarda və perspektivdə üstünlük verməyi təmin edir. Konkret üstünlük əldə edilməsini təmin edən amilləri formalaşdıran strateji idarəetmə qərarları ilə amillərin həyata keçirilməsini təmin edən strateji idarəetmə qərarlarını fərqlən­dirmək lazımdır.

Strateji menecment müəssisənin idarə edilməsi çərçi­vəsində strateji proses olub, yüksək və dayanıqlı mənfəət əldə etmək üçün şirkətin fəaliyyətinin stabilləşdirilməsini təmin edir. Bu sahədə araşdırma aparan tədqiqatçılar D.Kempbel, D.Stounhaus və B.Hyuston qeyd edirlər ki, strategiya bir proses olub birinci strateji təhlili, ikinci isə strateji seçimi, üçüncüsü menecmenti və strategiyanı reallaşdıran üç mərhələni əks etdirir [89]. Nəhayət, A.Haks və N.Maylaf yanaşmalarına görə strategiyanın formalaş­dırılmasına təsir edən üç fərqli prosesi göstərmək olar:

  • Fərdi müəyyən etmə prosesi, burada xarici mühitin və daxili imkanların rasional qəbulu uyğunlaşdırılır.

  • Sosial və təşkilati proseslər qərarların qəbul edil­məsində konsensus və daxili baxışların əldə edilməsinə təsir edir.

  • Siyasi proses müəssisə daxilində rəhbərliyin formalaş­d­ı­rıl­masına, saxlanılmasına və transformasiyasına istiqamətlənir [110].

Onu da qeyd etmək lazımdır ki, bir sıra elmi araş­dırmalarda və dərsliklərdə strateji menecment anlayışı strateji proseslə əvəz edilir. Şirkətin menecmentinin tərkib hissəsi olan strateji proses daxili anlaşılmazlığı (müxtəlif fikirləri) aradan qaldırılması prosesi olaraq üç hissəyə bölürlər (dixotomi).
Klassiklər ikililik (dichotomy) prinsipinın klassik bazar iqtisadiyyatda məhsul bazarına təsir edən xidmət bazarına, əmək bazarına və kapital bazarına bölünürlər.
V.S.Katkaloya görə strateji idarəetmə nəzəriyyəsi aşağıdakı üç hissəyə bölür.



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin