Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə12/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   109
STRATEJİ MENECMENT (1)

Cədvəl 2.2. Strateji idarəetmənin dixotomiya nəzəriyyəsi



Nəzəriyyənin əsas istiqamətləti

Hissələr (dixotomiya)

  1. Şirkətin strategiyasının tədqiqinə istinad

Strategiyanın məzmunu

Strategiya prosesi

  1. Uğurlu strategiya mexanizmi

Sahibkarlıq

İnzibatçılıq

  1. Rəqabət üstünlüyünün mərhələləri

Xarici

Daxili

Strategiya fəaliyyəti və strategiya fəaliyyətinin nəticəsinin sonunda strategiyanın mahiyyəti və strategiya fəaliyyətinin dəqiq bölgüsü, daha doğrusu alınmış nəticədən elan edilmiş məqsədə uyğunluğu müəyyən edilir. Bu hədlər strategiyanın formalaşdırılması və həyata keçirilməsində birgə və əks duran proses kimi çıxış edir.
Strateji idarəetmənin sahibkarlıq və inzibati aspektləri ikinci həddir və bu uğurlu strategiyanın fəal və adaptasiya mexanizmini xarakterizə edir. V.S.Katkalo haqlı olaraq qeyd edir ki, strateji idarəetmədə iş yerinin yaradılması və mövcud olanın inkişaf etdirilməsi arasındakı müvafiq balansın yara­dıl­ma­sı bu tarazlığın təmin edilməsi üçün çox zəruri məsələdir [82]. Ey­ni zamanda, praktikada müəssisənin inkişafının (təmiz innovasiyanın) prio­ritet istiqamətlərini müəyyən etmədən və müəssisədə res­truk­turizasiya (yenidən qurma) aparılmadan adaptasiya strat­e­gi­ya­sı həyata keçirilə bilməz. Onu da qeyd etmək la­zım­dır ki, istənilən innovasiyalı inkişaf şirkətdə yaranmış, isteh­sal, sosial və digər münasibətlər balansını pozur, şirkətin stabil fəa­liyyətini aşağı salır ancaq, şirkəti irəli aparır, onun rəqa­bət­lili­yi­ni və dayanıqlığını artırır. Əksinə, sabit olmayan ətraf mü­hit­də köhnə, sınanılmış metodla fəaliyyət göstərilməsinə çalışmaq müəsisənin bazarda mövqeyinin və deməli rəqabətliliyin itirilməsinə gətirib çıxarır. Bunlar isə strateji idarəetmənin ikinci həddinin çatışmamazlıqlarıdır.
Strateji iarəetmənin üçüncü bölgüsü rəqabət üstünlüyünün mənbələri ilə əlaqədardır. Bunlar daxili və xarici mənbədən ibarətdir. Burada R.Xoskinson və digər tədqiqatçılar strateji idarəetmə nəzəriyyəsinin yaranmasının xronologiyasını tərtib etmək üçün tarazlıq nöqtəsinin ətrafının hərəkət prinsiplərindən istifadə ediblər. Bu zaman hərəkət ampilitudasının kənar nöqtələri müəsisənin konkret üstünlüklərinin daxili və xarici mənbələrinin möhkəm prioritetlərini təşkil edir [111]. Bu yanaşma aşağıdakı sxemdə kimi verilmişdir.




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin