Müəssisənin resurs potensiallarının müqayisəli təhlili bir neçə formada (istiqamətlərdə) aparıla bilər:
Birincisi, müəssisənin fəaliyyət göstərdiyi tarixinin təhlili. Bu halda təhlil müəssisənin bütün əsas və köməkçi fəaliyyətinin resurslarını və onların təyinatını əhatə edir. Bu zaman digər amillər ilə yanaşı, əsasən müəssisənin sürətli inkişafına və yaxud onun fəaliyyətinin səmərəliliyinin kəskin azalmasına təsir edən səbəblərə xüsusi fikir verilir. İqtisadiyyatın sahələri üzrə müəssisələrin fəaliyyətinin araşdırılması işgüzar aləmdə müəssisənin formalaşma imicini daha dəqiq müəyyən etməyə imkan verir. Bu zaman ən çox iqtisadi-riyazi metodlardan, diaqramların tərtibi və təhlili, müqayisəli və sistemli təhlil, analitik tədqiqatlar, metod və metodologiyadan və s. istifadə edilir.
İkincisi, sahə normativləri ilə müqayisə etmək. Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın sahələrə bölünməsi və təsnifləşdirilməsi inzibati idarəetmə iqtisadiyyatından kəskin fərqlənir, ona görə də müvafiq müəssisəni müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji müəssisələr ilə müqayisə etməklə (həm ölkədaxili və həm də xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrlə) strateji qərarların qəbul edilməsi üçün əlavə məlumat almaq olar. Aparılan təhlil nəticəsində toplanmış məlumatlardan istifadə etməklə, əsasən özünün dövriyyə vəsaitlərinin normativlərinə, investisiya xidmətinə (kapital qoyuluşuna), mənfəət normasına, bir işçinin əmək məhsuldarlığına və bir sıra göstəricilərə xüsusi diqqət yetirmək lazımdır və bu göstəricilər hesabatın əsası olmalıdır. Ancaq, bu zaman mütləq meydana çıxa biləcək yanlış (neqativ) hallar yaddan çıxarılmamalıdır. Əgər müəssisə milli iqtisadiyyat çərçivəsində lazım olan səviyyədə səmərəli fəaliyyət göstərirsə, onda bu həm də müəssisənin yuxarı idarəetmə qurupunun fəaliyyətinin nəticəsi kimi dəyəndirilməli, bu isə son nəticədə müəssisənin istehsal etdiyi məhsulun rəqabətqabiliyyətinin yüksəlməsin də səmərəli dəyişikliklərin aparılmasını təmin edir.
Müəssisənin resurs potensialının qiymətləndirmə prosesininə bir sistem kimi baxılmalıdır. Bir tərəfdən o, kompleks olmalı, beləki, ayrılmış bütün resurslar haqqında bütün məlumatların toplanması, onların araşdırılması və işlənməsi təmin edilməlidir. Digər tərəfdən isə xərclərə qənaət etmək məqsədi ilə qeyd olunan işlər ilə nəzarət sistemini birləşdirmək, yəni məlumatın toplanması, işlənməsi və nəzarət bir sistem kimi fəaliyyət göstərməlidir. Nəzarət sisteminin nəzəri sxemi aşağıda verilmişdir.