Şəkil 2.3. R.Xoskincona görə strateji menecment nəzəriyyəsi metodologiyasının təkamülü
FƏSİL 3.
MÜƏSSİSƏDƏ STRATEJİ TƏHLİLİN APARILMASI METODOLOGİYASI
3.1. Müəssisənin resurs imkanlarının təhlili
Müəssisənin ehtiyat imkanlarının (daxili imkanlarının) təhlili strateji təhlilin ikinci zəruri mərhələsidir. İstehsalın göstəriciləri birlikdə (tam) və ayrılıqda tədqiq edilərək müəssisənin səmərəli fəaliyyət göstərə bilmək imkanları müəyyən edilir, müəssisənin inkişafının təmin edilməsinin zəruri istiqamətləri müəyyənləşdirilir, sual yaradan məsələlər aydılaşdırılır və istiqamətlər üzrə fəaliyyət planları hazırlanır. Yəni, gələcəkdə müəssisənin məhsul istehsalı həcmini artırma ehtiyatları və yaxud fəaliyyətində yarana biləcək çətinliklər proqnozlaşdırılır və bunları nəzərə alaraq müəssisənin fəaliyyətinin stabilliləşməsi və inkişafını təmin edən zəruri tədbirlər hazırlanmalıdır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, daxili imkanların müəyyən edilib qiymətləndirilməsi prosesində müasir qərb metodikası qiymətlər sisteminə əsaslanır [93]. M.Porter “Rəqabət üstünlüyü” kitabında qeyd etmişdir ki, təsərrüfatçılıq fəaliyyətinin hər bir mərhələsinin öz qiyməti yaradılır və hansı ki, bu istehsalçılar tərəfindən qəbul edilərək ödənilir [92]. Beləki, hər bir mərhələdə müəssisənin rəqabət üstünlüyünün prinsipləri qiymətlərin müəyyənləşdirilməsi prinsipi əsasında yaradılır. Bunun mahiyyəti ondan ibarətdir ki, məhsul istehsalının müxtəlif mərhələlərində marketinq fəaliyyətinə, satışda yaradılmış istehlak imkanlarına, bu fəaliyyətlərə çəkilən xərclər ilə əlaqədar müqayisəli təhlil aparılır və buna müvafiq onların dəyərləri müəyyən edilir.
İlk öncə məhsulun əsas dəyərlərini formalaşdıran təsərrüfat fəaliyyətinin beş əsas mərhələsini qeyd etmək vacibdir:
Material - texniki təchizat (loqistika).
Məhsulun hazırlanması.
Məhsulun anbarda yerləşdirilməsi, daşınması və bölgüsü.
Marketinq (satış da daxil olmaqla).
İstehlakçılara məhsul xidməti.
Məhsulun dəyərini formalaşdıran digər ümumi, yaradımçı fəaliyyət növlərinə isə aşağıdakılar aid edilir:
İdarəetmə strukturu.
Heyyətin idarə edilməsi.
İstehsalatın texnoloji təminatı.
Müəssisə daxili material təminatı.
Əsas və yardımçı fəaliyyət növləri bir sistemdə birləşdirilir və bu sistem məhsulun istehlak dəyərlərinin artırılmasına və eyni zamanda müəssisə daxili potensialının yaxşı təşkili hesabına öz daxili xərclərinin azaldılmasına yönəlməlidir. Bu fəaliyyət növü sadəcə müəssisənin qiymətlilərinin yaradılmasının bir konkret hissəsinə (halqası) hesablanmışdır.
Dostları ilə paylaş: |