Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021


FƏSİL 6. FUNKSİONAL STRATEGİYA



Yüklə 1,42 Mb.
səhifə67/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   109
STRATEJİ MENECMENT (1)

FƏSİL 6.
FUNKSİONAL STRATEGİYA

Fəslin məqsədi. Müəssisənin inkişafının funksional strategiyası haqqında təssəvvür yaratmaq, yəni müəssisənin strateji planlaşdırma və idarəetmə prosesində bu strategiyanın mahiyyətinin açıqlanması, hər bir funksional strategiya və onun formalaşdırma metodlarının əsas elementlərinin xarakte­risti­kasını verməkdir.


Qeyd etmək lazımdır ki, müəssisənin baza strategiyaları əvvəlki paraqraflarda ətraflı nəzərdən keçirilmişdir. Baza strategiyalar formalaşdırılarkən mütləq funksional strategiya nəzərə alınmalıdır.
Funksional strategiya müəssisənin (təşkilatın) müvafiq bölmələri tərəfindən hazırlanır. Onu da qeyd etmək lazımdır ki, müəssisələrin xüsusiyyətini nəzərə alaraq hazırlanmış strate­giyalar heç də həmişə üst-üstə düşmür. Bəzi hallarda isə bir-birinə əks olurlar. Belə ki, müəssisənin fəaliyyəti istiqa­mətində qarşıya qoyduğu məqsədə nail olmaq üçün müəssisənin xüsusi yanaşmaları və ehtimalları vardır. Ona görə də müəssisə rəhbərinin məharəti funksional strukturlar ilə hazırlanıb həyata keçirilən strate­giyaların qarşılıqlı balanslaşdırması və əlaqələn­diril­məsini- koordinasiyasını təmin etməkdən ibarətdir. Buna əsas iki yolla nail olmaq olar: birincisi, müəssisənin funksional bölmələrinin rəhbərləri müəssisənin baza strategiyasının əsaslandırılması və hazırlanmasında iştirak edir; ikincisi, müəssisənin tamamlanmış yekun inkişaf strategiyasının hazırlanması razılaşdırma və koordinasiya da daxil olmaqla çox pilləli olmalıdır.
Aparılan praktiki və nəzəri araşdırmalar nəticəsində belə qənaətə gəlmək olar ki, müəssisə funksional strategiyanın aşağıdakı formalarını hazırlamalıdır.

  1. Marketinq strategiyası;

  2. Maliyyə strategiyası;

  3. İnnovasiya strategiyası;

4. İstehsal strategiyası;
5. Sosial strategiya;
6. Təşkilati dəyişikliklər strategiyası;
7. Ekoloji strategiya.

6.1. Marketinq strategiyası

Marketinq strategiyasına xarici ölkə ədəbiyyatlarında müəssisənin inkişafının funksional strategiyasının ən aparıcı strategiyası kimi baxılır. Bundan başqa bir sıra marketoloqlar çox hallarda marketinq strategiyasını müəssisənin strateji inkişaf planına müvafiq müəyyənləşdirilməsini zəruri hesab edirlər [91]. Marketinq strategiyasının vacibliyi müəssisəni xarici mühit ilə əlaqədar məlumatlar, onun strateji və operativ əlaqələrlə təmin etməkdən ibarətdir. Bunun nəticəsi olaraq marketinqin birbaşa fəaliyyəti müəssisənin fəaliyyətinin idarə edilməsinin digər alt sistemləri ilə sıx əlaqədar olmasıdır.


Marketinq fəaliyyətinin əsasını, birinci növbədə, bazarın müasir vəziyyəti haqqında məlumat toplamaq və qiymət­ləndirmək təşkil edir. Marketinq fəaliyyətinin səmərəli idarə edilməsi məlumatların həmişə yenilənməsi və etibar­lılığının dəqiqləşdirilməsi olmadan praktiki olaraq mümkün deyildir. Rəqa­bət mühitində fəaliyyət göstərmək üçün müəssisə həmişə ba­zar­da baş verən bütün dəyişilikləri mütləq izləməli (isteh­lak­çı­ların tələblərini, qiymətlərin müqayisəsini, rəqabətin və­ziy­yə­tini), eyni zamanda yeni məhsulların yaradılmasını, yeni ele­ment­lə­rin daxil edilməsini və distributer şəbəkəsi haqqında mə­lu­mat­la­ra malik olmalıdır. Müəssisənin marketinq fəaliyyəti ona konkret bazar mühitində daha yaxşı istiqamətlənməyə imkan verir. Müəssisənin marketinq strategiyasının əsaslan­dırılması və hazırlanması prosesində həll olunması tələb olunan əsas problemlər aşağıdakı sxemdə verilmişdir.



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin