Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə68/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   109
STRATEJİ MENECMENT (1)

Sxem 6.1. Müəssisənin inkişafında marketinq strategiyasının formalaşmasının əsas problemləri
Bunlara uyğun olaraq müəssisələrin marketinq strate­giyalarının hazırlanması və əsaslandırılması prosesində üç qarşılıqlı əlaqəli məsələ həll edilir:

  • Kompleks marketinq tədbirlərinin hazırlanması (yeni məhsul növlərinin hazırlanması, alyansların qurulması, bazarın diversifikasiya edilməsi), bazara daxil olduqda maneələrin aradan qaldırılması və s.;

  • Xarici mühit dəyişikliklərinə müəssisənin fəaliyyətinin adaptasiya olunması (cəmiyyətlə əlaqələrdə mədəni-mənəvi yanaşmalar, ölkədə sosial durum, iqtisadi konyunktura və s. nəzərə almaq);

  • Müştərilərin tələbatlarının dəyişməsinə müəssisənin mar­ketinq siyasətinin adevkat olmasının təmini (istehsal olunan məh­s­ulun və xidmətlərin nomenklaturasının dəyişməsi, müştə­ri­lərin tələbatlarını bilmək, bazarın seqmentlərinin dəqiq­ləş­dirilməsi və s.).

Marketinq strategiyası və yaxud müəssisənin inkişafının marketinq strategiyası özünü müəssisənin bazara istiqamət­lən­miş fəaliyyətinin məcmusu kimi təqdim edir.
Müəssisənin marketinq strategiyası müəyyən vaxt ərzində arzu edilən konkret mövqeyə malik olmaq üçün tələb olunan şəraitin yaradılmasını təmin edir və bu aşağıdakı sxemdə öz əksinin tapmışdır.



Sxem 6.2. Rəqabət üstünlüyünə görə səmərəliliyin əldə edilməsi üçün müəssisənin marketinq strategiyası
Marketinq strategiyasının planlaşdırılmasında dörd əsas yanaşmanı ayırmaq qəbul edilmişdir:

  • İ.Ansoffun mallar-bazar üzrə imkanlar matrisası;

  • Boston məsləhət qrupunun matrisası (BMQ);

  • Gəlirə görə bazar strategiyasının təsir proqramı (PİMS);

  • M.Porterin ümumi rəqabət strategiyası.

Müəssisənin inkişafının marketinq strategiyasının əsas komponentləri aşağıdakı sxemdə verilmişdir:



Sxem 6.3. Marketinq strategiyasının əsas elementləri







Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin