Şəkil 6.1. Məhsul strategiyasının baza elementləri
Məhsulun həyat tsiklinin inkişaf və yetkin mərhələsində dizayn strategiyasına əsas göstərici kimi baxılması məqsədəmüvafiqdir.
Məhsulun dizayn strategiyası nəzərdə tutur ki, həcminə, maliyyə imkanları, populyarlığına görə müəssisə bazara istənilən standartlarda məhsul, xidmət və yaxud sifarişçinin zövqünə və arzusuna müvafiq məhsullar və xidmətlər təklif edə bilər (“sifarişə görə” yəni məhsul və xidmət).
Dizayn strategiyasının strateji alternativləri aşağıdakı sxemdə təklif olunur:
Sxem 6.4. Dizayn strategiyasına strateji alternativlər.
Standart məhsulların modifikasiya ilə strategiyasında bazarda böyük paya malik olmaq üçün böyük həcmli məhsul istehsalı zamanı istifadə etmək məqsədəuyğundur (məsələn, standart bloklardan ibarət mətbəx mebeli toplusu).
Məhsulların bir-birini “əvəz etməsi” strategiyası daxili rəqabət üçün şərait yaratmaqla müəssisənin özünün xarici rəqabətliyinin artırılmasına əsaslanır. Bu əsasən məhsulun həyat tsiklinin yetkinlik mərhələsi üçün daha aktualdır, bu zaman məhsulun satış həcminin dəstəklənməsi, ehtimal olunan məhsulun gələcəkdə diferensiallaşdırılması və onun istehlak tələbatının artırılması şəraitində mümkündür. Ayrı-ayrı komponentləri satmaqla rəqiblərlə kooperasiya mümkündür (məsələn, strateji alyans yaratmaq). Bu strategiyadan bazarı əldə etməyə çalışan, ancaq orada hələlik möhkəm mövqeyə malik olmayan və yaxud öz imicinə inamlı olan müəssisələrdə istifadə edilir.
“Əvəzləyici” məhsullar strategiyasının strateji alternativləri aşağıdakı sxemdə verilmişdir.
Sxem 6.5. Məhsulların “əvəzləyici” strategiyasının strateji alternativlər
Məhsulun həyat tsiklinin aşağı düşdüyü mərhələdə daha çox məhsulun ləğv edilməsi strategiyasından istifadə edilir və əsas alternativi aşağıdakı sxemdə verilmişdir.
Sxem 6.6. Məhsulların ləğv edilməsi strategiyasının strateji alternativləri
“Məhsul yığımı” strategiyası satış həcmi daimi azalan məhsullara tətbiq edilə bilər. Qeyd etmək lazımdır ki, istehsal xərcləri aşağı salındığı zaman müəssisə çalışır ki, bazarda məhsullarını saxlamaq prosesinə vəsait qoymadan maksimum gəlir əldə etsin.
Dostları ilə paylaş: |