Satışa əsaslanmış məqsəd bazarda öz payının artırılması və satış həcminin yüksəldilməsinə çalışan aqresiv müəssisələr üçün xarakterikdir.
Mövcud olan vəziyyətə əsaslanan məqsəd satış həcminin aşağı düşməsindən və eyni zamanda dövlət tərəfindən aparılan tədbirlərin təsirinin minumumlaşdırılmasının qarşısının alınmasına hədəflənib. Bu bazarda liderlik mövqeyinə malik olan müəssisələr üçün xarakterikdir.
Mənfəətə əsaslanan məqsəd bütün sahibkarlar üçün qlobal məqsəddir. Bu zaman əsas məqsəd mənfəətin maksimum olması və yaxud uzunmüddət ərzində mənfəətin yüksək və davamlı olmasıdır.
Qeyd etmək lazımdır ki, müəssisədə məhsula və xidmətə qiymətin qoyulması prosesində həm daxili və həm də xarici amillərin təsiri nəzərə alınmalıdır. Məhsulun qiymətinə təsir edən amillər aşağıda göstərilən kimi sistemləşdirilmişdir.
Sxem 6.8. Məhsulun qiymətinə təsir edən əsas amillər
Daxili amillərə müəssisənin vəziyyəti, istehsal və xidmət sektorunda istifadə edilən yeni texnika və texnologiyanın səviyyəsi, idarəetmənin və əməyin təşkili, maliyyə vəziyyəti və s. aid edilir. Yekun nəticədə bu amillər istehsal xərclərini, yəni qiymətin aşağı həddini müəyyən edir.
Xarici amillərə o amillər aiddir ki, praktiki olaraq onlara müəssisə heç bir təsir göstərə bilmir.
Bir çox hallarda, istehsalatda defisit resurslardan istifadə edildikdə təchizatçılar xərclərə təsir edə bilərlər.
Satış kanallarının iştirakçıları daşınma, saxlanma, qablaşdırma, seçmə və komplektləşdirmə işlərinə sərf edilən xərclərin məhsulun istehsal və satışının ümumi xərclərinə təsirini nəzərə alaraq məhsulun qiymətinin müəyyən edilməsinə təsir göstərirlər.
İstehlakçılar məhsul və xidmətlərin qiymətinin yuxarı həddini müəyyən edirlər, bundan yuxarı qiymətə malik olan məhsul satılmır və yaxud istehlakçıların diqqətini çox az cəlb edir. Məsələn, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə müxtəlif istehlakçı təşkilatlar məhsulun qiymətinin aşağı salınmasına nail ola bilmirlər.
Hökümət məhsula çəkilən xərclərin dəyişməsinə (məsələn, ətraf mühitin qorunmasına qoyulan ciddi tələblər, texniki təhlükəsizlik və s.) və eyni zamanda məhsulun son qiymətinin səviyyəsinin müəyyən edilməsinə (antimonopoliya qanunvericiliyi, gömrük rüsumları, aksizlər, ayrı-ayrı məhsulların qiymətlərinin həddi və s.) hiss ediləcək dərəcədə təsir göstərə bilər. Qiymət üzrə qərarların qəbul edilməsinə hökümətin təsir mexaizmi aşağıda göstərilməsidir.
Sxem 6.9. Qiymətlərin qəbul edilməsinə hökümətin həyata keçirdiyi tədbirlər
Müəssisədə qiymətqoyma metodlarının müəyyən edilməsi prosesi, metodikanın əsaslandırılması və təsnifatı məhsul və xidmətlərin qiymətinin formalaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Aşağıda müəssisələrdə qiymətqoymanın klasfikasiyası verilmişdir.
Sxemdən göründüyü kimi, qiymətqoymanın əsas metodları aşağıdakılardır:
1.“Orta xərclər üstəgəl gəlir” metoduna görə qiymətin hesablanması malların maya dəyəri üzərinə əlavələrin hesablanması. Bu zaman maya dəyəri faiz və yaxud mütləq dəyər formasında müəyyən edilir.
2. Məqsədli gəlirlərin təmin edilməsi və müəssisənin itkisiz işləməsinə əsaslanan qiymətin hesablanması, müxtəlif satış səviyyəsində bütün daxil olmalar və ümumi xərcləri nəzərə alan itkisiz qrafikdən istifadə etməklə aparılır. Belə ki, aşağıda məhsulun hədəf qiymətini təyin etmək üçün qrafik verilmişdir.
Sxem 6.10. Müəssisədə qiymətqoyma metodlarının klassifikasiyası (təsnifatı).
Dostları ilə paylaş: |