Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə73/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   109
STRATEJİ MENECMENT (1)

Metodun adı

Mahiyyəti

Sürüşkən (dəyişkən) qiymətin aşağı düşməsi

Bazar müəssisənin istehsal etdiyi məhsulla tam təmin olduğu mərhələlərdə əvvəldən qiymətlərin müəyyən dərəcədə aşağı salınması nəzərdə tutulur. Müəssisə bu formada fəaliyyət göstərməklə dəyişkən bazarda yeni alıcılar qazanır, satışın həcmini artırır, gəlirin səviyyəsini saxlayır və yaxud artırır.




Uzunmüddətli dayanaqlı qiymət

Bir qayda olaraq məhsullara kütləvi tələbat olan hallarda istifadə edilir. Belə stategiyalar istehlakçıları cəlb edir, onlar məhsula biganə qalırlar. Bu hal müəssisənin mənfəətinin artması və istehsal xərclərinin xüsusi çəkisinin azalması hesabına ola bilər.




Çevik qiymət

Bu metoddan rəqibləri sıxışdırmaq, onlara qarşı əks təsir aləti kimi istifadə etmək məqsədəmüvafiqdir. Bu müəssisənin bazar konyukturasında baş verən dəyişikliklərə müəssisənin göstərdiyi reaksiyadır, yəni qiymətlərin aşağı düşməsinə tələb olduqda aşağı salır və artdıqda isə yüksəldir.




Üstün qiymətlər

Qiymətlərin qoyulmasında bu metoddan əsasən rəqibinə nisbətən daha çox aşağı xərcləri olan lider müəssisələrin istifadə etməsi üstünlük təşkil edir. Bu müəssisəyə rəqibin hücum etdiyi dövrdə daha aşağı qiymət qoymağa imkan verə bilər.




İstehsaldan çıxarılmış məhsula qoyulan qiymət

Müəssisə tərəfindən məhsula qiymətqoymanın bu metodundan adətən istehsaldan çıxarılmış məhsulların ehtiyatda olan hissəsi üçün qiymət qoyulduqda istifadə edilir. Bu halda insanların köhnə metodlara psixoloji bağlılığı effektindən istifadə edilir. Bununla yanaşı bazarın bu seqmentinin çox dərindən öyrənilməsi tələb olunur.




İcarə qiyməti

Qiymət qoymanın bu metodundan adətən o məhsullar üçün istifadə edilir ki, alıcı onun alınmasına deyil, icarə götürülməsinə üstünlük verir (məsələn: avtomobil, mənzil, ofis və s.). Bu zaman qiymət məhsulun ilkin qiymətindən, xidmət və icarə müddətindən aslıdır.




Məhsulların hərəkət strategiyası marketinq strategiyasının elementi kimi istehlakçıların məhsula yaranmış münasibətlərini möhkəmlətmək üçün müəssisə tədbirlər sistemini əsaslandırır və hazırlayır. Bu strategiya müxtəlif istehlakçılara- səhm­darlara, hökumətə, idarə və işçi heyyətinə və s. ünvanlandırılır. Eyni zamanda, bu tədbirlər müxtəlif məqsəd, bilik və tələbata malik olan bu qrupların hər biri üçün spesifik olmalıdır.


Məhsulların hərəkəti strategiyasının əsas funksiyası kimi aşağıdakıları qeyd etmək olar:

  1. Məhsullar, xidmətlər və aşağı qiymətlərin cəlbedici obrazını yaratmaq;

  2. Məhsul və xidmətlərin göstəriciləri haqqında məlumat vermək;

  3. Yeni məhsulların və xidmətlərin tanınması;

  4. Satış kanalları iştirakçıları arasında maraqların yaradılması;

  5. İstehlakçıların bir məhsul və xidmət növündən digərinə keçmələrinə inamın yaradılması;

  6. Məhsul və xidmətlərin qiymətlərinin əsaslandırılması;

  7. Şirkət, onun məhsul və xidmətlərinin rəqiblərinə nis­bətən əlverişli olması haqqında məlumatların for­malaş­dırılması.

Məhsulun hərəkət strategiyası özünə bir neçə əsas elementləri birləşdirə bilər:



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin